Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-216/2025 27.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, X3 katibliyi, Şirvan şəhər Polis şöbəsinin Dövlət yol polisi bölməsi yol-patrul xidməti inspektoru, polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2025-ci il tarixdə saat 09:30-da radələrində sürücülük vəsiqəsi olmadan sərxoş halda «OPEL ASTRA minik» markalı ** DM *** dövlət nömrə nişanlı avtomobili idarə etmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhər Polis şöbəsinin Dövlət yol polisi bölməsi yol-patrul xidməti inspektoru, polis serjantı X2 protokolun məzmununa uyğun izahat verərək izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 09:30 radələrində Şirvan şəhəri 1 May küçəsində xidmətdə olan zaman «OPEL ASTRA minik» markalı ** DM *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə tərəflərindən saxlanılmış, sənədlərini yoxlayan zaman müəyyən edilmişdir ki, şəxs sürücülük vəsiqəsi və etibarnamə olmadan avtomobili idarə edir. Eyni zamanda sürücünün qeyri səmimi danışığı zaman onun narkotik vasitənin təsiri altında olması şübhələr yaranmışdır. Daha sonra avtomobil müvəqqəti duracağa yerləşdirilmiş, həmin şəxs raport əsasında polis şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə heç bir idarəetmə hüququ olmadan «OPEL ASTRA minik» markalı ** DM *** dövlət nömrə nişanlı avtomobil Şirvan şəhəri 1 May küçəsində hərəkətdə olan zaman Şirvan şəhər Polis şöbəsinin DYPB-nin YPX-i əməkdaşları ona saxla işarəsi vermiş və sənədlərini tələb etmişdir. Bu zaman onun narkotik vasitə qəbul etməsindən şübhələndikləri üçün onu Şirvan şəhər Polis şöbəsinə aparıb alkotester müayinəsindən keçirmişlər. Etiraf edir ki, narkotik vasitə olan marixuanadan Bakı şəhərində işlədiyi müddətdə, təxminən 20 gün bundan qabaq istifadə etmiş, lakin həmin günü, yəni xx.xx.2025-ci il tarixdə narkotik vasitə qəbul etməmiş, onun təsiri altında olmamışdır. Hazırda əməlindən peşmandır. Maddi imkanı cərimə ödəmək imkanında deyildir. İnzibati xəta haqqında protokola əlavə edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə xx.xx.2025-ci il tarixli, 939 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində MTD (+), THC (+) aşkar olunmuşdur. Müayinə zamanı Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334-1.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin aidiyyəti üzrə Şirvan şəhər PŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özü də izahatında maddi imkanının ağırlığını vurğulayaraq cərimə ödəmək imkanın olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. İnzibati həbsdə saxlamanın əvvəli 27 fevral 2025-ci il tarixdən, saat 16:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-216/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-216/2025
27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver