Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-22/2023 19.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Heydərov Fərrux Fəttah oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs X1 Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1985-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: X6 xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində dayısı oğlu X3 döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. İnzibati xəta hadisənin olması 19 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında MN ******* nömrəli protokolla, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 dekabr 2022ci il tarixli qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 izahat verərək bildirdi ki, X2 dayısı oğludur və onunla münasibətləri normal olmamışdır. Belə ki, sonuncunun ona pul borcu olmuş, dəfələrlə istəsə də geri verməmişdir. Sonuncu dəfə onunla məhz borc üstündə mübahisələri olmuşdur. Elçin onun qohumlarını təhqir etdiyindən ağzından yumruqla vurmuşdur. Bundan sonra Elçin onun yanından uzaqlaşmışdır. Polis əməkdaşı ona zəng vuraraq Elçinin ondan şikayət etməsini bildirmış və onu izahatının alınması üçün Şirvan ŞPŞ-nə dəvət etdiyini bildirmişdir. Özü təxminən dekabr ayında Binəqədi rayon Məhkəməsinin qərarı ilə 8 gün müddətinə həbs edilmişdir. Məhkəmə iclasında X7 izahatında bildirdi ki, X6 onun bibisi oğludur. Təxminən 1 aya yaxındır ki, Vüqar ilə danışmır. Buna səbəb kimi Vüqarın işlədiyi restoranın sahibini aldatması, lakin ona yalan deməsi və bir neçə nəfər şəxslərdən də pul alaraq aldatması olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində Vüqarın Şirvan şəhərində olduğunu öyrənmiş, sonra Vüqarın tez-tez getdiyi “Tural” şadlıq sarayına məxsus olan çay evine getmişdir. Çay evinə çatan zaman Vüqar çay evinin bağlı otaqlarından birində əyləşdiyini öyrənmiş, sonra içəri daxil olmuş və həmin vaxt Vüqar onu nalayiq ifadələrlə söyüb-təhqir etməyə başlamış, sonra isə üz nahiyyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Sonra o baş vermiş mübahisə barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş və çay evindən çıxıb getmişdir. Özü İİ Qarabağ müharibəçisi iştirakçısıdır, kəllə-beyin tarvaması alıb, qazidir. Hal-hazırda onunla barışmır, barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. X10 polisə müqavimətə görə Binəqədi rayon Məhkəməsinin qərarı ilə 8 gün müddətinə həbs edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 21 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, X7 və X6 arasında baş vermiş mübahisə zamanı Elçin Beydizadənin sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Ona görə də, X1 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X11 Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, 679 saylı rəyində göstərilmişdir ki, X2 bədən səthində aşkar edilmiş xəsarətlər-üst dodağın sağ yarısının iç dəthində qansızma-küt əşya təsirindən törənmiş, qərarın təsvir hissəsində göstərilən 07 dekabr 2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə,tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məcəllənin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə verilməsi inzibati tənbehin məqsədlərini təmin etmədiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbi nəzərə alınmaqla barəsində müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. X1 törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, şəxsiyyətini xarakterizə edən halları, onun törətmiş olduğu əmələ münasibətini, zərərçəkmiş şəxsin onunla barışmamasını, şikayətçi olmasına tənqidi mövqedən yanaşaraq qeyd olunanlara əsasən məhkəmə belə qənayətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, X5 qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər,18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə təqsirli bilinərək barəsində 30 (otuz) müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbsdə saxlamanın əvvəli 19 yanvar 2023-cü il tarixdən, saat 12:50-dən hesablansın. Azərbaycan Republikası DİN-i tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-22/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-22/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver