Məhkəmə qərarları › İş №3(032)-222/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-222/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-222/2024 06.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:30 radələrində Şirvan şəhər Polis şöbəsinin binasında ucadan nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Şirvan şəhər Polis şöbəsinin sahə rəisi X3 bildirmişdir ki, Şəxs polisin qanuni tələblərinə məhəl qoymamış və bunun nəticəsi olaraq onun barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək, izahatında bildirdi ki, işləmək qabiliyyəti olmadığı üçün qohumları hər ay onun kartına pul atır. Tanışından onun kartına pul atmasını xahiş etmiş, o da kartına 10 manat pul atmışdır. Daha sonra kartdan 3 manat pulun olmadığını görmüşdür. Yaxınlarından bunun səbəbini soruşmuş, onlar da banka zəng etməyini demişlər. O da "xxxx" ASC-nin qaynar xəttinə zəng vuraraq işçi xanımdan soruşmuş, o, isə 3 manat deyil 30 (otuz) qəpik çıxıldığını bildirmişdir. Özünü narahat hiss etdiyi üçün kafedə bir stəkan araq və dovğa sifariş vermişdir. Vermiş olduğu sifariş üzrə dovğanı və arağı işçmişdir. Daha sonra DİN-nin 102 mərkəzinə zəng etmiş və "xxxx" ASC tərəfindən ona xidmət göstərilmədiyini bildirmişdir. 30-40 dəqiqə keçdikdən sonra Şirvan şəhər polis şöbəsinə Şirvan şəhər Polis şöbəsinə izahat vermək üçün getmiş, sərxoş olduğu üçün polis əməkdaşları ilə mübahisə etmiş, onların qanuni tələblərinə əməl etməmişdir. Hazırda əməlindən peşmandır. Şirvan şəhər Polis şöbəsini təhqiqat bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X2 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixində Şəxs adlı Şirvan şəhər sakini DİN-nin 102 xidmətinə müraciət edərək 3 manat pulunun "xxxx" ASCyə məxsus kartından oğurlanmasını bildirmişdir. Daxil olmuş məlumatdan sonra Şəxs Şirvan şəhər Polis şöbəsinə gələrək ərizə verəcəyini bildirdi.Təxminən 20 dəqiqə sonra bir nəfər şəxs Şirvan şəhər Polis şöbəsinin növbətçi hissəsinə yaxınlaşaraq Şəxs olmasını bildirdi. Şəxs ərizəsini və izahatının alınması üçün xidməti otağına daxil oldu. Bu vaxt İbrahim Şirvan şəhər Polis şöbəsinin birinci mərtəbəsində sərxoş vəziyyətdə qışqıraraq 3 manat pulunun təcili olaraq tapılmasını bildirərək, nalayiq ifadələr işlətməyə başlamışdır. Şəxs dəfələrlə polis şöbəsinin inzibati binasında səs-küy salmamasını, nalayiq ifadələr işlətməməsini bildirmişdir. Lakin o, cibindən qara rəngli plastik kartı çıxararaq xidməti otağında olan masanın üzərinə vuraraq, 3 manat pulun onlar tərəfindən veriləsi olduğunu qışqıraraq demişdir. Şəxs tərəflərindən dəfələrlə qanuni tələbləri izah olunsa da, qanuni iradlarını səmimi qəbul etmədiyi üçün şəxs tərəflərindən polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X4 izahat verərək X1 izahatındakı xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:30 radələrində Şirvan şəhər Polis şöbəsinin binasında ucadan nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 05 mart 2024-cü il tarixdə saat 20:15-də inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il il tarixli, 72 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğunun orta dərəcəsi olmuşdur. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3(032)-1289/2023 saylı qərarı ilə inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətinə inzibati həbs tətbiq olunması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Məhkəmə icraat iştirakçılarının izahatlarına, iş materiallarına obyektiv və hərtərəfli qiymət verərək belə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatına tənqidi yanaşaraq hesab edir ki, bu cür izahat özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir və inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, məhkəmə icraatı zamanı davranışını, nəzərə alaraq məhkəmə belə qənayətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər,sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində minimum həddə inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 05 mart 2024-cü il tarixdən, saat 20:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar