Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-223/2025 14.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlu, Məhkəmə iclas katibi Hüseynov Elvin Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Sabirabad rayonu, Qaragüney kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində Şəxs idarə etdiyi “Mercedes Benz C200” minik markalı, ** RP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozmaqla Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarətləri yetirmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək bildirdi ki, “Mercedes Benz C200” minik markalı, ** RP *** dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə əsasında idarə edirdi. xx.xx.2024-cü il tarixdə, saat 23:30-da idarə etdiyi minik avtomobili ilə Şirvan şəhərində yerləşən Nərimanov parkından yaşadığı ev istiqamətində hərəkətdə, yəni, “Salyan dairəsi” istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt onun hərəkətdə olduğu G.Şıxbalaoğlu küçəsi ilə 1 May küçəsinin kəsişməsində “VAZ 2170” markalı ** BH *** dövlət qeydiyyat nişanlı minik avtomobili onun hərəkət zolağına çıxmışdır. O, həmin avtomobilə xəbərdaredici işıq vursa da həmin avtomobil hərəkət zolağında manevretməyə başlamış, təxminən toqquşma yerindən 20 metr öncə əyləcə basmış, lakin onun idarə etdiyi minik avtomobili sürüşərək “VAZ 2170” markalı ** BH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa hissəsinə dəymişdir. Həmin vaxt onun idarə etdiyi avtomobilin surəti 70 km/saat olmuşdur. Həmin avtomobili idarə edən şəxsə yaxınlaşaraq xəsarət alıb-almaması ilə maraqlanmış, həmin şəxs xəsarət almadığını bildirmişdir. Spirtli içki qəbul etməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, “VAZ 2170” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin atasına məxsusdur. Avtomobili etibarnamə əsasında idarə edirdi. xx.xx.2024-cü il tarixdə, saat 23:30-da idarə etdiyi minik avtomobili ilə yaşadığı evdən “Salyan dairəsi” istiqamətində hərəkətdə olmuşdur. O, 1 May küçəsində G.Şıxbalaoğlu küçəsinin kəsilməsində “STOP işarəsi olduğu üçün bir qədər dayanmış, G.Şıxbalaoğlu küçəsində hərəkət zolağının boş olduğunu gördükdən sonra “Salyan dairəsi istiqamətində hərəkətə başlamışdır. O, dönmə prosesini yerinə yetirdikdən sonra təxminən 15 metr hərəkət etdikdən sonra “Mercedes” markalı ** RP *** dövlət qeydiyyat nişanlı minik avtomobili onun idarə etdiyi minik avtomobilinə vurmuş, toqquşma nəticəsində onun idarə etdiyi minik avtomobili yolun əks hərəkət zolağına keçərək digər hərəkət zolağının hərəkət istiqamətində səkiyə toxunaraq dayanmışdır. O, yol nəqliyyat hadisəsi zamanı sol əlindən, sol çiynindən və bel nahiyyəsindən xəsarət almış, idarə etdiyi avtomobilin isə yük hissəsi və hadisənin nəticəsində ban və ön alın şüşəsi zədələnmişdir. O, avtomobili təxminən 30 km/saat surətlə idarə etmiş, spirtli içki qəbul etməmişdir. O, “STOP” işarəsində hərəkəti dayandıran zamanı hərəkət etmək istədiyi hərəkət zolağında minik avtomobili görmədən hərəkətə başlamış, hadisə zamanı avtomobildə heç kim olmamışdır. Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 554 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlərsol əlin ovuc səthində səthi dəri cırılması, onurğa sütununun bel şöbəsində əzələ-bağ aparatının gərilməsi-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd edilən xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/3359 saylı rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən: 1.2. “VAZ 2170” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4. "Mercedes-Benz C230" markalı, **-RP-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasi Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması yol nişanının) tələblərin uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması yol nişamının) tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 fevral 2025-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 2639 saylı material üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsin inzibati xəta törətmiş şəxsə qarşı şikayət və tələbinin olmaması, hadisə nəticəsində xəsarət almış şəxslə barışmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-223/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-223/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver