Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-234/2023 01.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Muğan regional X5 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Kağız məmulatlar zavodu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 518.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən 27 yanvar 2023-cü il tarixdə Şirvan şəhəri, X4 yerləşən Şəxs MMC-nin sement zavodunda planlı yanğın-texniki müayinə (bundan sonra YTM) keçirilərkən yanğın təhlükəsizliyi qaylarının (bundan sonra YTQ) № 01-2001, B3.1.1, 10.4, 93, 4.4 və 6.4-cü bəndlərinin pozulması edilmişdir. Bu səbəbdən "xxxx" MMC-nin Şirvan regional satış şöbəsi barəsində Muğan regional DYNİ-nin böyük inspektoru X6 tərəfindən 27 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Muğan regional DYNİ-nin böyük inspektoru X6 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şirvan şəhəri, X4 yerləşən Şəxs MMC-yə məxsus Sement zavodunda planlı yanğın-texniki müayinə (bundan sonra YTM) keçirilməsi məqsədi ilə sahibkar subyektinin VÖEN (**********) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri” sistemində qeydiyyatdan keçirilmiş və Ədliyyə Nazirliyi tərəfindən qeyd edilmiş obyektdə planı yanğın-texniki müayinə keçirilməsi üçün 23-xx.xx.2023-cü il tarixli, KY ********* saylı çıxarış verilmişdir. Bununla bağlı idarənin əməkdaşları tərəfindən yanğın-texniki müayinə keçirilmişdir. 27 yanvar 2023-cü il tarixdə keçirilərkən yanğın təhlükəsizliyi qaylarının (bundan sonra YTQ) № 01-2001, B3.1.1, 10.4, 93, 4.4 və 6.4-cü bəndlərinin pozulması halı müəyyən edilmişdir. Bununla bağlı olaraq xx.xx.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati akt tərtib edilmişdir. Qeyd edilənlərə əsasən Şəxs MMC-nin inzibati xətalar məcəlləsinin tələblərinə uyğun olaraq inzibati tənbeh edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. İnzibati xəta haqqında işə baxılmasının yeri və müddəti ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə məhkəmə bildirişi göndərilmiş, lakin tərəflərin nümayəndələri məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Muğan regional X5 İdarəsinin nümayəndəsi X2 izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Şəxs MMC-nin Şirvan regional satış şöbəsi barəsində Yanğın Texniki müayinə aparılması haqqında xx.xx.2022-ci il tarixli, 276 nömrəli qərar qəbul etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin xx.xx.2023-cü il tarixli, 0277 nömrəli X1 görünür ki, Şəxs MMC-nin Sement Zavodunda aşkar olunmuş qanun pozuntu olaraq müəyyən edilmişdir – obyektin ərazisi quru alaq otlardan kol-kosdan təmizlənməyib, YTQ-01-2001 bənd 3.1. Sement zavodun ərazisi ilkin odsöndürən balonla tam təchiz olunmayıb, YTQ-01-2001 bənd 10.4. inzibati bina, anbar, yataqxana, digər yardımçı tikililərdə yanğın xəbərverici səs siqnalizasiya qurğusu quraşdırılmayıb, YTQ-01- 2001 bənd 9.3. inzibati binanın qabaq hissəsində olan taxta konstruksiyaya oda davamlı məhlul hopdurulmayıb, YTQ-01-2001 bənd 4.4. zavodun elektrik təsərrüfatı normativ sənədlərin tələblərinə dair quraşdırılmış istismar olunma protokol akt təqdim olunmadı, YTQ-01-2001 bənd 6.1. sement zavodun istismarı FHNB DYNX ilə razılaşdırmadan istismar olunur Azərbaycan Respubılikası Yanğın təhlükəsizliyi haqqında Qanununun 25-ci maddəsi. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC-yə məxsus Kağız məmulatlar zavodunda yanğın təhlükəsizliyi qaylarına riayət edilməsinin yoxlanması ilə bağlı xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və yanğın təhlükəsizlik qaydalarına riayət edilməməsi aşkar olunmuş və bu barədə xx.xx.2023-cü il tarixdə 0277 nömrəli yanğıntexniki müayinə aktı tərtib edilmiş və bunun bağlı xx.xx.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati akt tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 518.3-cü maddəsinə əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 115-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 518.3-cü maddəsində maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 2000 (iki min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-234/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-234/2023
01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver