Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-234/2024 07.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə , xx.xx.1995-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay , orta təhsilli, işləməyən , Şirvan şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)-1989/2018 saylı , 31 oktyabr 2018-ci il tarixli icra sənədinə əsasən 6350 manat sığorta ödənişi məbləğində pulun alınaraq tələbkar "xxxx" ASC-yə verilməsi , Şirvan şəhər 1 saylı Notariat Ofisinin 8İ-1241 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 6604 manat 4 qəpik məbləğində pulun alınıb tələbkar "xxxx" ASC-yə verilməsi və Şirvan şəhər 1 saylı Notariat Ofisinin 8İ-1783 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 574 manat 97 qəpik məbləğində pulun alınıb tələbkar "xxxx" ASC-yə verilməsi barədə icra sənədlərinin icrası ilə bağlı Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən 01 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta hadisəsinin olması 07 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, işləmir, maddi imkanı olmadığından icra sənədləri üzrə borcunu ödəyə bilmir. Belə ki, 10 gündür ki, işə düzəlib, işləyib borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1989/2018 saylı , 31 oktyabr 2018-ci il tarixli icra sənədinə əsasən 6350 manat sığorta ödənişi məbləğində pulun alınaraq tələbkar "xxxx" ASC-yə , Şirvan şəhər 1 saylı Notariat Ofisinin 8İ-1241 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 6604 manat 4 qəpik məbləğində pulun alınıb tələbkar "xxxx" ASC-yə və Şirvan şəhər 1 saylı Notariat Ofisinin 8İ-1783 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 574 manat 97 qəpik məbləğində pulun alınıb tələbkar "xxxx" ASC-yə verilməlidir. Borcluya xx.xx.2019-cu il tarixdə,xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə “icraata başlamaq haqqında” qərarlar və tələbin könüllü icrası haqqında bildirişlər göndərilməsinə baxmayaraq icra sənədi üzrə tələb icra edilməmişdir. Şəxs bugünə kimi borc məbləğlərindən tələbkara heç bir ödəniş etməyərək icra sənədlərinin icrasından yayınmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)-1989/2018 saylı , 31 oktyabr 2018-ci il tarixli , Şirvan şəhər 1 saylı Notariat Ofisinin 8İ-1241 saylı, xx.xx.2023-cü il tarixli və Şirvan şəhər 1 saylı Notariat Ofisinin 8İ-1783 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə yaranmış borcunun alınıb tələbkarlara ödənilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir . İnzibati xəta haqqında protokola əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və Şirvan şəhər İcra şöbəsinə ünvanlanmış məktubdan görünür ki, Şəxs Şirvan şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası adından çıxarılmış qətnamənin icraya yönəldilməsindən artıq üzun müddətin keçməsinə baxmayaraq qət edilmiş qətnamə əsasında yaranan borc məbləği hal-hazıradək Cəmiyyətə ödənilməmişdir. Qeyd edilənlərə əsasən Şirvan şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası adından çıxarılmış qətnamənin icrası ilə bağlı zəruri icra tədbirlərinin görülməsi, borclu barəsində axtarış qərarının verilməsi və inzibati məsuliyyətə cəlb edilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, borclu Şəxs məxsus əmlakın axtarışı bir nəticə verməmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs yazılı izahatından görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1989/2018 saylı , 31 oktyabr 2018-ci il tarixli , Şirvan şəhər 1 saylı Notariat Ofisinin 8İ-1241 saylı, xx.xx.2023-cü il tarixli və Şirvan şəhər 1 saylı Notariat Ofisinin 8İ-1783 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə borcu iş yeri olmadığından və maddi imkanı olmadığından ödəyə bilmir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədlərinin icrasını tam təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə inzibati xətanın xarakterini (idarəçilik qaydaları əleyhinə olması), inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması, borclunun icra sənədinin icrasından yayındığını, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın aliment borcunun icrası ilə əlaqədar olduğunu, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbs növündə inzibati tənbehin müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən müddətə inzibati həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: xx.xx.1995-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay , orta təhsilli, işləməyən , Şirvan şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 07 mart 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-234/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-234/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver