Məhkəmə qərarları › İş №3(032)-235/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-235/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-235/2023 08.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1967-ci ildə Qazaxıstan, Karkaralinsk şəhərində anadan olmuş, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2023-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrı yetirmişdir. İnzibati xəta hadisənin olması xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin, zərərçəkmiş şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Zərərçəkmiş şəxs tanıdığını, onunla münasibətinin yaxşı olmadığını bildirmişdir. Qızı Zarinanın Bakı şəhərində reabilatasiya mərkəzində müalicə aldığını, onun oğlu 2020-ci il təvəllüdlü Toğrula özü baxdığını, Toğrulu təhsil alması üçün 2 saylı Nərgiz uşaq baxçasına yerləşdirdiyini, Zərərçəkmiş şəxs Toğrul Əsədovun müəlliməsi olduğunu, Zərərçəkmiş şəxs mütəmadi olaraq onun mobil nömrəsinə zəng etdiyini, Toğrulu baxçadan gəlib götürməyini istədiyini, hər dəfə ona saat 18-də gəlib götürəcəyini bildirdiyini, bir neçə dəfə zəng edəndə telefona cavab vermədiyini, xx.xx.2023-cü il tarixdə saat 18:30-da baxçaya getdiyini, bir neçə dəfə Toğrulu çağırsada Toğrulun ona cavab vermədiyini, içəri daxil olduğunu, bu vaxt onun müəlliməsi Zərərçəkmiş şəxs gördüyünü, ondan nə üçün zəng etdiyini soruşduğunu, Elnarə cavabında Toğrulu tez götürmək lazım olduğunu bildirdiyini, ona cavabında baxçada təhsilin saat 18-də bitdiyini, o vaxt gəlib götürəcəyini bildirdiyini, aralarında bir neçə dəqiqəlik sözlə mübahisə olduğunu, bundan sonra oradan baxça direktoru Arzu Kişiyevanın otağına getdiyini, onunla görüşdüyünü, ondan dərs vaxtının nə vaxt bitdiyini soruşduğunu, Arzu Kişiyevanın saat 18-də bitdiyini və X1 Abdullayevanın onu mütəmadi olaraq narahat etdiyini bildirdiyini, bu vaxt Zərərçəkmiş şəxs gəldiyini, orada ona Toğrula baxmadığını, ona qarşı nəzarətsiz olduğunu, qızı Zarinanın həbsdə olduğunu dediyini, bundan sonra aralarında mübahisə olduğunu, mübahisə zamanı əsəbilərini sakitləşdirə bilməyib onun üz nahiyəsindən sillə zərbəsi endirdiyini, bu vaxt Arzu Kişiyevanın onları ayırdığını və Zərərçəkmiş şəxs otaqdan çıxaraq getdiyini, sonra isə barəsində şikayət etdiyni bildiyini və izahatının alınmsı üçün polis şöbəsinə dəvət edildiyini göstərmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında hal-hazırda 2 saylı Nərgiz uşaq baxçasında müəllimə işlədiyini, xx.xx.2023-cü il tarixdə Şirvan ŞPŞ-nə Lyuda adlı qadının onu döyməsi barədə ərizə ilə müraciət etdiyini, həmin qadının adının Alla olduğunu, onun adının səhv qeyd etdiyini, Alla adlı qadını tanıdığını, onun qızının həbsdə olduğunu və nəvəsi Toğrul Əsədovun 2 saylı Nərgiz uşaq baxçasında təhsil aldığını, ona dərs keçdiyini, bir neçə dəfə Alla ilə aralarında probilemlərinin olduğunu, probilemlərinin əsas səbəbinin Allanın nəvəsi Toğrula qarşı etinasızlığı olduğunu, 13.01.202-ci il tarixdə Allanın istifadə etdiyi mobil nömrəsinə nəvəsi Toğrulun paltarını çirkləndirdiyini bildirmək üçün zəng etdiyini, lakin Şəxs telefona cavab vermədiyini, həmin gün təxminən saat 17 radələrində işdə olan zaman Şəxs işlədiyi 2 saylı Nərgiz uşaq baxçasına gəldiyini, ona mütəmadi zəng etdiyini bildirdiyini, ona nəvəsinin tez-tez paltarlarını çirkləndirdiyini, ona nəzarət etməsi üçün zəng etdiyini bildirdiyini, bir müddət aralarında sözlə mübahisə olduğunu, bundan sonra otağdan çıxaraq direktor Arzu Kişiyevanın otağına getdiyini, orada səs-küy saldığını, arxasınca danışmağa başladığını, onun arxasınca direktorun otağına getdiyini, orada ona öz iradlarımı bildirdiyini, nəvəsi Toğrul ilə maraqlanmadığını, Toğrula qarşı məsuliyyətsiz olduğunu, Toğrulu uşaqlar evinə yerləşdirmək lazım olduğunu bildirdiyini, Alla ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Allanın onun üzərinə gəlməyə başladığını, yaxasından tutaraq baş nahiyəsinə və sinə nahiyəsinə sillə zərbələri endirdiyini, Arzu Kişiyevanın isə sadəcə onlara baxdığını, mübahisə zamanı sinə və əl nahiyəsindəndən xəsarət aldığını, sonra otaqdan çıxıb oranı tərk etdiyini və AR DİN-in 102 xidmətinə müraciət etdiyini, aralarında olan mübahisənin Şirvan şəhərində 2 saylı Nərgiz uşaq baxçasında direktor Arzu Kişiyevanın otağında baş verdiyini, orada Alla və Arzu Kişiyevanın başqa heç kimin olmadığını, hadisə vaxtı Alla adlı qadının onu döydüyünü, aralarındakı mübahisənin təxminən 5-10 dəqiqə davam etdiyni göstərmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 19 saylı məhkəmə-tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-döş qəfəsinin sol yuxarı iç hissəsində 4,0x3,0 sm ölçüdə qeyri-müəyyən formada bənövşəyimtil rəngli qançır var. Anoloji qançır sol əlin arxa səthində də qeyd olunur.Həmin xəsarətlərin əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixinə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə,xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, işin bütün halları məhkəmə tərəfindən nəzərə alınır. Belə ki, məhkəmə, eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, qadın olması, yaşını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi iş üzrə məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınır. Ağırlaşdıran halların olması isə məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibari xətanının törədilməsində təqsirli bilinərək onun barəsində minimum həddə cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada tədim edildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar