Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-237/2023 09.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 qanuni nümayəndəsi X3 iştirakı ilə, xx.xx.1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Şirvan şəhəri, Pambıqkənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində Şəxs idarə etdiyi “MERCEDES BENZ” markalı, ** KL *** dövlət nömrə nişanlı mikroavtobus ilə şəhərin T.İsmayılov küçəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta hadisəsinin olması yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, ** KL *** dövlət nömrə nişanlı “MERCEDES BENZ” markalı mikroavtobus ona məxsusdur. O, xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən “Elit” ticarət mərkəzinə gəlmiş və avtomobillərin arasında olan boş yerə vermək qərarına gəlmişdir. Bu zaman mikroavtobusu arxa arxaya verməyə başlamış, həmin vaxtı sağ və sol yan güzgülərdən arxaya baxa-baxa mikroavtobusu boş olan yerə tərəf hərəkət etdirməyə başlamış, bu zaman birdən onun idarə etdiyi mikroavtobusa kiminsə əli ilə vurduğunu hiss etmiş və mikroavtobusu saxlamışdır. Mikroavtobusdan düşəndə bir nəfər araba sürən uşağın ayağını tutduğunu görmüş və həmin uşağa yaxınalşmış, həmin uşağın ayağının əzildiyini görmüş və Şirvan MXA-a aparmışdır. Şirvan ŞMX-da həmin uşağa sol ayağının 5-ci barmağının sınığı diaqnozu qoydular. Hadisə zamanı idarə etdiyi avtomobilin sürəti təxminən 3-5 km/saat olmuş, hadisə baş verən zaman avtomobildə ondan başqa heç kim olmamış və sürücülük vəsiqəsi var. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 qanuni nümayəndəsi X5 ərizə təqdim edərək Şəxs tərəfindən vurulan zərərin tam ödənildiyini, heç bir şikayətinin olmadığını bildirmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin 27 d4ekabr 2022-ci il tarixli, 718 №-li rəyinin surətindən görünür ki, 2011-ci il təvəllüdlü X1 bədən səthində aşkar olunan xəsarətsol ayaq pəncəsinin V barmağının distal (uc) falanqasının sınığı-küt əşya təsirindən törənmiş, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi təsirindən əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 25 dekabr 2022-ci il tarixli, 174 saylı tibbi müayinəsi protokolunda Şəxs ayıq olduğu göstərilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 25 yanvar 2023-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs “Mercedes Benz” mikroavtobus markalı qara metallik rəngli **-KL-*** dövlət nömrə nişanlı avtomobil ilə Şirvan şəhəri, “Elit” ticarət mərkəzində hərəkətdə olan zaman piyadaların hərəkətinin çoxluğunu nəzərə almadan ara məsafəsi saxlamamış və X2 vurmağa səbəb olmuşdur. Toqquşma nəticəsində X4 yüngül dərəcəli xəsarət almışdır. Əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.1 və 327.8-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Şirvan şəhər Polis Şöbəsinin DYPB-nə təqdim olunması qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəısinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, Şəxs hərəkətləri Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif edilməli və bu maddənin sanskiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, əmlak vəziyyəti nəzərə alınır. İnzibati xəta törədən şəxsin əməlindən peşmançılığı iş üzrə məsuliyyəti yüngülləşdirən hal olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Beləliklə, Şəxs vurmuş olduğunu ziyanı tam ödəmiş, zərərçəkmiş şəxs X1 qanuni nümayəndəsi X3 heç bir şikayət və tələbi yoxdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının həddləri daxilində cərimə növündə inzibati tənbeh verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-237/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-237/2023
09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver