Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-239/2024 11.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs, Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X4 iştirakları ilə, xx.xx.1982-ci ildə Masallı rayonunda anadan olmuş, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 08 mart 2024-cü il tarixdə, saat 20:00 radələrində şəhərin 1 May küçəsində ucadan səs-küy salaraq, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 10 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidin ifadələri, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, axşam saat 20:00 radələrində Şirvan şəhəri ərazisində yol patrul əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozmuş, barəsində protokol tərtib edilmişdir. Protokol tərtib edilən zaman özünə məxsus mobil telefonla yol polisinin fotoşəklini çəkmiş və tərtib edilmiş protokolu ləğv etdirmək istəmişdir. Əməlindən peşmandır. Şirvan şəhər PŞ-nin BDYPİ-nə bilavasitə tabe olan YPXA-nın inspektoru X1 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 20:00 radələrində Şirvan şəhəri, 1 May küçəsində xidmətdə olan zaman növbətçi hissə rabitə vasitəsi ilə məlumat verərək, BDYPİ-nin 729 saylı postunun əməkdaşlarının kömək istədiyini bildirmişdir. Dərhal hadisə yerinə yaxınlaşdıqda vətəndaşın kobud qayda pozduğuna görə avtomobilinin saxlanılaraq inzibati xəta haqqında protokol tərtib edildiyini görmüşdür. Lakin sürücü ona tərtib olunan protokoldan narazı qaldığı üçün yersiz səs-küy salmış, YPX əməkdaşlarının xidməti fəaliyyətinə qəsdən mane olmuş, mobil telefonla videogörüntü ilə qeydə alaraq, hədə-qorxu gəlmişdir. Tərəflərindən həmin şəxs PŞ-nə gətirilərək Növbətçi hissəyə təhvil verilmişdir. Orada məlum olmuşdur ki, həmin şəxs Bakı şəhər sakini Şəxsdur. Şirvan şəhər PŞ-nin BDYPİ-nə bilavasitə tabe olan YPXA-nın inspektoru Şahid da X1 ilə eyni məzmunlu ifadə vermişdir. Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X5 məhkəmə iclasında xx.xx.2024-cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 10 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs şəhərin 1 May küçəsində ucadan səs-küy salaraq, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. Şəxs Şirvan şəhər Polis Şöbəsində olarkən ondan, barəsində olan araşdırma ilə bağlı Şöbəyə gəlməyinə dair müvafiq iltizam alınmışdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 20:00 radələrində Şirvan şəhəri, 1 May küçəsində xidmətdə olan zaman növbətçi hissə rabitə vasitəsi ilə məlumat verərək, BDYPİ-nin 729 saylı postunun əməkdaşlarının kömək istədiyini bildirmişdir. Dərhal hadisə yerinə yaxınlaşdıqda vətəndaşın kobud qayda pozduğuna görə avtomobilinin saxlanılaraq inzibati xəta haqqında protokol tərtib edildiyini görmüşdür. Lakin sürücü ona tərtib olunan protokoldan narazı qaldığı üçün yersiz səs-küy salmış, YPX əməkdaşlarının xidməti fəaliyyətinə qəsdən mane olmuş, mobil telefonla videogörüntü ilə qeydə alaraq şantaj edəcəyini bildirmiş, hədə-qorxu gəlmişdir. Tərəflərindən həmin şəxs PŞ-nə gətirilərək Növbətçi hissəyə təhvil verilmişdir. Orada məlum olmuşdur ki, həmin şəxs Bakı şəhər sakini Şəxsdur. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Xəta törədən şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi, əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-239/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-239/2024
11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver