Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-240/2024 12.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi ilə X1 inzibati xəta haqqında iş üzrə EQ 19036764 saylı qərardan verdiyi şikayətə baxaraq, müəyyən etdi: X9 şikayətlə məhkəməyə müraciət edərək barəsində yazılmış əsassız cərimənin ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, “X13” MMC-dən X2 üçün “Chevrolet Malibu”, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili almış və orada da Mehtiyev Samirin sürəcəyi vurğulanmışdır. Sənədlər onun adına rəsmiləşdirildiyi üçün sürücülük hüququndan məhrum olmağına baxmayaraq şirkət ona da etibarnamə vermiş və sonuncu etibarnamə onun adına olduğu üçün avtomobili idarə etdiyi halda xx.xx.2024cü il tarixində adına 332.3-cü maddəsi ilə 300 manat məbləğində cərimə edilmişdir. X3 “X13” MMC-nin ona verdiyi etibarnamə ilə hərəkət etməsinə baxmayaraq 300 manat məbləğində cərimə ona gəlmişdir. Avtomobili onun idarə etdiyini nəzərə alaraq adına yazılan əsassız 300 manat məbləğində olan cəriməni ləğv edib və əvəzində texniki baxışın bitməsinə olan cəriməni X6 yönləndirilməsini xahiş edir. Çünki ilk öncə 339.1-1ci maddəsi ilə cərimə edilmiş daha sonra sistem sonuncu etibarnamənin onun adına olduğu üçün Samir Mehtiyevin sürməsini nəzərə almayaraq 332.3-cü maddəsi ilə barəsində cərimə yazılmışdır. Şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, barəsində şikayət edilən qərar şikayətçi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Şikayətdən göründüyü kimi səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərar qəbul edilmiş, lakin həmin qəbul edilmiş qərar şikayətə əlavə edilməmişdir. İXM-in 129-cü maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yəni məhkəməyə İXM-in 129-cü maddəsinə əsasən şikayət verilirsə, qərar mövcud olmalıdır ki, şikayət verilə bilsin və məhkəmə həmin qərardan şikayətə baxa bilsin. İXM-in 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həll edilən məsələlərdən biri də İXM-in 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmamasını yoxlamaqdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də dair şikayəti geri qaytarılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrinə əsasən qərara aldı: X1 inzibati xəta haqqında qərardan verdiyi şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-240/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-240/2024
12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver