Məhkəmə qərarları › İş №3(032)-241/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-241/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-241/2024 27.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qanuni təmsilçisi X1 iştiakı ilə, Şəxs MMC AZ 1802, Şirvan şəhəri, M.Qədirov küçəsi ev 1, Şirvan-Salyan şossesinin 5-ci km qeydiyyatda olan, barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Şirvan şəhər Məhkəməsinə daxil olmuşdur. Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan “QAZ 330 362” yük markalı, ** JT *** dövlət qeydiyyat nişanlı yük avtomobilini xx.xx.2024-cü il tarixdə, saat 11:35-də Bəhramtəpə Horadiz yolunun 27-ci km-də, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatların verilməsi xahiş olunmuş, həmin məlumatlar müəyyən edilmiş müddət ərzində təqdim edilmədiyindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək inzibati tədbir görülməsi üçün inzibati iş məhkəməyə göndərilmişdir. Protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni nümayəndəsi Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta protokola etirazında bildirmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(86)-673/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Şəxs MMC-nin mülkiyyətində olan daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələri və texnikalar) sonuncunun mülkiyyət hüququna xitam verilmişdir. Həmçinin "xxxx" QSC-nin "xxxx" ASC-dən aldığı problemli aktivlərin əvəzində əldə etdiyi Şəxs MMC-nin X2 və Emalı zavodunun əsas vəsaitlərinin "xxxx" QSC-yə təhvil verilməsinə dair xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən “QAZ 330 362” yük markalı, ** JT *** dövlət qeydiyyat nişanlı yük avtomobil Şəxs MMC tərəfindən "xxxx" QSC-yə təhvil verilmişdir. “X3 Kompleksi” MMC-nin DİN Bakı şəhəri Yasamal rayonu Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinə ünvanladığı xx.xx.2024cü il tarixli 13-5-1/2-0118/2024 nömrəli məktubda **-JT-*** dövlət nömrə nişanlı avtomaşının cəmiyyətin xidməti istifadəsində olması və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi cəmiyyətin etibarnamə və ya yol vərəqəsi əsasında idarə edildiyi qeyd edilmişdir. Təmsilçisi olduğu müəssisəsinin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilmişdir və həmin əmlak üzərində sonuncunun sahiblik, istifadə və sərəncam hüququ mövcud deyildir. Qeyd edilənlərə əsasən inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-673/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-673/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 2********.59 (iki yüz qırx iki milyon, iki yüz altımış dörd min, altı yüz səksən iki tam, yüzdə əlli doqquz) manat əsas borc, 8892 841.73 (səkkiz milyon, səkkiz yüz doxsan iki min, səkkiz yüz qıx bir tam, yüzdə yetmiş üç) manat faiz borcu, cəmi 251 157 524.32 (iki yüz əlli bir milyon, yüz əlli yeddi min, beş yüz iyirmi dörd tam, yüzdə otuz iki) manat borc tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənməsi, borc tələbi cavabdehə məxsus olan ünvan 2i ünvanındakı 6 ha torpaq sahəsi və onun üzərində yerləşən cavabdehə məxsus 13 863 kv.m ümumi, 10717 kv.m əsas, 3146 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə və həmin müəssisəyə aid olan cavabdehə məxsus avadanlıqlara (o cümlədən nəqliyyat vasitələri və texnikalar), cavabdehə məxsus olan ünvan 3i ünvanındakı 10 ha torpaq sahəsi və onun üzərində yerləşən cavabdehə məxsus 8868.3 kv.m ümumi, 3641.9 kv.m əsas, 5226.4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə və həmin müəssisəyə aid olan cavabdehə məxsus avadanlıqlara (o cümlədən nəqliyyat vasitələri və texnikalar), cavabdehə məxsus olan Şirvan şəhəri, Şirvan-Salyan avtomobil yolunun 5-ci kilometrliyindəki 8.3369 ha torpaq sahəsi və onun üzərində yerləşən cavabdehə məxsus 10306.8 kv.m ümumi, 9304.5 kv.m əsas, 1002.3 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə və həmin müəssisəyə aid olan cavabdehə məxsus avadanlıqlara (o cümlədən nəqliyyat vasitələri və texnikalar), cavabdehə məxsus Saatlı rayonunda yerləşən ümumi sahəsi 3734 kv.m olan Nəqliyyat departamenti, cavabdehin istifadəsində olan Əlisoltanlı kəndində 6.5 ha torpaq sahəsində yerləşən və mülkiyyətində olan ümumi sahəsi 14950.7 kv.m olan Pambıq istehsalı və emalı zavodu, Sarısu kəndində yerləşən təcrübə sınaq məntəqəsi və həmin əmlaklara aid olan cavabdehə məxsus avadanlıqlara (o cümlədən nəqliyyat vasitələri və texnikalar), cavabdehin istifadəsində olan Biləsuvar rayonundakı 3038 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2046.2 kv.m olan əmlak kompleksi (Təcrübə sınaq təsərrüfatı), həmçinin həmin əmlak kompleksinə aid olan cavabdehə məxsus daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələri və texnikalar), cavabdehə məxsus Biləsuvar rayonu, Səmədabad kəndində 6.24 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən cavabdehin mülkiyyətində olan ümumi sahəsi 9744.8 kv.m, 4904.8 kv.m əsas, 4840 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (pambıq emalı zavodu və pambıq tədarükü məntəqəsi), o cümlədən həmin müəssisəyə aid olan cavabdehə məxsus avadanlıqlara (o cümlədən nəqliyyat vasitələri və texnikalar), cavabdehin istifadəsində olan ünvan 4 ünvanında 3.17503 ha torpaq sahəsində yerləşən və cavabdehin mülkiyyətində olan ümumi sahəsi 2148.2 kv.m olan əmlak kompleksi (pambıq istehsalı və emalı zavodu), o cümlədən həmin müəssisəyə aid olan cavabdehə məxsus avadanlıqlara (o cümlədən nəqliyyat vasitələri və texnikalar), cavabdehin istifadəsində olan ünvan 5 ünvanında 2.7722 ha torpaq sahəsində yerləşən və cavabdehin mülkiyyətində olan ümumi sahəsi 2904 kv.m olan əmlak kompleksi (pambıq istehsalı və tədarükü məntəqəsi), o cümlədən həmin müəssisəyə aid olan cavabdehə məxsus avadanlıqlara (o cümlədən nəqliyyat vasitələri və texnikalar), cavabdehin istifadəsində olan İmişli rayonu, Xubyarlı kəndində 7 ha torpaq sahəsində yerləşən və cavabdehin mülkiyyətində olan ümumi sahəsi 5799.5 kv.m (əsas 959.5 kv.m, köməkçi 4 840 kv.m) olan əmlak kompleksi (pambıq istehsalı və tədarükü məntəqəsi), o cümlədən həmin müəssisəyə aid olan cavabdehə məxsus avadanlıqlara (o cümlədən nəqliyyat vasitələri və texnikalar), cavabdehə məxsus Ağdam rayonu, Quzanlı qəsəbəsində 3.7 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən cavabdehin mülkiyyətində olan ümumi sahəsi 682.8 kv.m, 183.3 kv.m əsas, 499.5 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (pambıq istehsalı və tədarükü məntəqəsi), o cümlədən həmin müəssisəyə aid olan cavabdehə məxsus avadanlıqlara (o cümlədən nəqliyyat vasitələri və texnikalar), cavabdehin istifadəsində olan Sabirabad rayonu, Nizami kəndində 19 ha torpaq sahəsində yerləşən cavabdehin mülkiyyətində olan ümumi sahəsi 2432.2 kv.m, 2030.8 kv.m əsas, 401.4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (pambıq istehsalı və tədarükü məntəqəsi), o cümlədən həmin müəssisəyə aid olan cavabdehə məxsus avadanlıqlara (o cümlədən nəqliyyat vasitələri və texnikalar), cavabdehə məxsus Salyan rayonu, Qızılağac kəndində 2.88 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən cavabdehin mülkiyyətində olan ümumi sahəsi 5768.7 kv.m, 1174.9 kv.m əsas, 4593.8 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (pambıq istehsalı və tədarükü məntəqəsi), o cümlədən həmin müəssisəyə aid olan cavabdehə məxsus avadanlıqlara (o cümlədən nəqliyyat vasitələri və texnikalar), cavabdehin istifadəsində olan ünvan 6 ünvanında 1.9998 ha torpaq sahəsində yerləşən cavabdehin mülkiyyətində olan ümumi sahəsi 90.9 kv.m olan əmlak kompleksi (pambıq istehsalı və tədarükü məntəqəsi), o cümlədən həmin müəssisəyə aid olan cavabdehə məxsus avadanlıqlara (o cümlədən nəqliyyat vasitələri və texnikalar), Bakı şəhəri, Tbilisi prospekti 35 ünvanında yerləşən Bakı ofisi və Şirvan şəhəri, Şirvan-Salyan avtomobil yolunun 5-ci km-də yerləşən Mərkəzi anbara aid cavabdehin mülkiyyətində olan daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələri və texnikalar) yönəldilməsi, həmin əmlaklar üzərində cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyət hüququna xitam verilməsi, həmin əmlaklar iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının mülkiyyətinə verilməsi, iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyi müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baş dövlət texniki nəzarət müfəttişliyinə həvalə edilməsi, borc tələbinin yuxarıda göstərilən əmlakların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən qiymətləndirilmiş cəmi 82 343 854 (səksən iki milyon, üç yüz qırx üç min, səkkiz yüz əlli dörd) manat dəyəri çıxıldıqdan sonra, borcun 168 813 670.32 (bir yüz altmış səkkiz milyon, səkkiz yüz on üç min, altı yüz yetmiş tam, yüzdə otuz iki) manat məbləğində qalan hissəsi cavabdeh Şəxs digər əmlaklarına yönəldilsin, həmin əmlaklar hesabına borc tutularaq "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir. "xxxx" QSC-nin "xxxx" ASC-dən aldığı problemli aktivlərin əvəzində əldə etdiyi Şəxs MMC-nin X2 və Emalı zavodunun əsas vəsaitlərinin "xxxx" QSC-yə təhvil verilməsinə dair xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, “QAZ 330 362” yük markalı, ** JT *** dövlət qeydiyyat nişanlı yük avtomobili sonuncu tərəfindən "xxxx" QSC-yə təhvil verilmişdir. “X3 Kompleksi” MMC-nin DİN Bakı şəhəri Yasamal rayonu Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 13-5-1/2-0118/2024 nömrəli məktubda **-JT-*** dövlət nömrə nişanlı avtomaşının cəmiyyətin xidməti istifadəsində olması və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi cəmiyyətin etibarnamə və ya yol vərəqəsi əsasında idarə edildiyi qeyd edilmişdir. Şəxs MMC-nin məhkəməyə ünvanlamış olduğu etirazda qeyd edilmişdir ki, Yasamal rayon DYPS-i tərəfindən hansı hüquqi şəxsin, hansı ünvanına, hansı tarixdə və hansı nömrəli məktubun göndərilməsi qeyd olunmamışdır. Belə olan halda, yəni Yasamal rayon DYPS-i tərəfindən Şəxs MMC-nin ünvanına heç bir məktub daxil olmadığı halda, Şəxs MMC hansı əsaslarla İXM-nin 347-ci maddəsinin tələblərinin pozulmasından söhbət gedə bilər. Ona görə də, hal-hazırda Şəxs MMC-nin fəaliyyəti təhvil-təslim işləri ilə məhdudlaşdırıldığından və bu səbəbdən də əmək haqqı və ezamiyyə xərclərinin ödənilməsi üçün heç bir maliyyə vəsaiti olmadığından nümayəndlərinin iştirakı olmadan həmin şikayətə baxıb Yasamal rayon DYPS-i tərəfindən Şəxs MMC-nin ünvanına göstərilən protokolda qeyd olunan məktubun göndərilməsi və çatdırılması haqqında heç bir sübutedici sənədin olmaması səbəbindən bu işə xitam verilməsi xahiş olunur. Yasamal Rayon Polis şöbəsinin Şəxs MMC-yə ünvanladığı bildirişdə qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nin mülkiyyətində (istifadəsində) olan QAZ 3309 362 yük markalı ** JT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Bəhrəmtəpə Horadiz yolunun 27-ci km ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarında 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına görə İXM-nin 346.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. Odur ki, inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürüçülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunur. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İXMnin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-673/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Şəxs MMCnin mülkiyyətində olan daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələri və texnikalar) sonuncunun mülkiyyət hüququna xitam verilmişdir. Həmçinin "xxxx" QSC-nin "xxxx" ASCdən aldığı problemli aktivlərin əvəzində əldə etdiyi Şəxs MMC-nin X2 və Emalı zavodunun əsas vəsaitlərinin "xxxx" QSC-yə təhvil verilməsinə dair xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən “QAZ 330 362” yük markalı, ** JT *** dövlət qeydiyyat nişanlı yük avtomobili Şəxs MMC tərəfindən "xxxx" QSC-yə təhvil verilmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş “X3 Kompleksi” MMC-nin DİN Bakı şəhəri Yasamal rayonu Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 13-5-1/2-0118/2024 nömrəli məktubda **-JT-*** dövlət nömrə nişanlı avtomaşının cəmiyyətin xidməti istifadəsində olması və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi cəmiyyətin etibarnamə və ya yol vərəqəsi əsasında idarə edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan nəqliyyat vasitəsi Şəxs MMC-nin mülkiyyət hüququna xitam verilmişdir və həmin əmlak üzrəində sonuncunun sahiblik, istifadə və sərəncam hüququ mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan, inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işdə olan sübutlarla hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edilmədiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Hüquqi şəxs Şəxs MMC əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar