Məhkəmə qərarları › İş №3(032)-241/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-241/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-241/2025 04.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:10 radələrində Şirvan şəhəri, İ.Qayıbov küçəsində ictimai asayişi pozmuş və onu nizamintizama dəvət edən zaman polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 00:10 radələrində Şirvan şəhəri, İ.Qayıbov küçəsində olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşmış, polis əməkdaşı ondan yaşayış yerini və şəxsiyyətini soruşmuş, o da özünü təqdim etmiş, daha sonra digər polis əməkdaşları avtopatrul maşınından düşərək ona tərəf gəldikdə onlardan uzaqlaşıb qaçmaq istəmiş, bu vaxt polis əməkdaşları onu tutaraq avtomobilə mindirmək istəmiş, lakin polis əməkdaşlarına qarşı tabesizlik göstərərək şöbəyə getməkdən imtina etmişdir. Əməlindən peşman olduğunu, barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 məhkəmə iclasında ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 00:10-da Şirvan şəhəri, İsmət Qayıbov küçəsində xidmətdə olarkən 1 nəfər şəxsin ucadan səs-küy saldığını görüb ona yaxınlaşmış, özünü təqdim edərək nizam-intizama dəvət etmiş, həmin şəxs ona “kimsən sən sənə özüm barədə məlumat verim” deyərək tabesizlik göstərmiş, daha sonra şəxs tərəflərindən polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmiş, məlum olmuşdur ki, o, Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin PPXB-nin polis nəfəri polis serjantı Şahid1 məhkəmə iclasında Şahid2 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:10 radələrində Şirvan şəhəri, İ.Qayıbov küçəsində ictimai asayişi pozmuş və onu nizam-intizama dəvət edən zaman polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 01:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:10 radələrində Şirvan şəhəri, İ.Qayıbov küçəsində ictimai asayişi pozmuş və onu nizam-intizama dəvət edən zaman polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Məmmədov X2 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini iş üzrə məsuliyyəti yüngülləşdirən hal, ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.” Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Məmmədov X2 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 02 mart 2025-ci il tarixdə, saat 01:15-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 02 mart 2025-ci il tarixdən saat 01:15-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 02 mart 2025-ci il tarixdən, saat 01:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev İş № 3(011)-1958/2020 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Xətai Rayon Məhkəməsi 23 sentyabr 2020-ci il Bakı şəhəri X5 Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərov Nihad Asif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru Sabir Ağayevin iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 18:45-də başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Katib məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlmişdir. Sədrlik edən proses iştirakçısının şəxsiyyətini müəyyənləşdirir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Sabir Ağayev – Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru, baş leytenantı vəzifəsində işləyən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: X3 – 22 aprel 1975-ci il tarixdə ünvan 2ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olan Sədrlik edən məhkəmə icraatının azərbaycan dilində aparıldığını bildirir və iştirakçılardan azərbaycan dilində başa düşmələrini və danışa bilmələrini soruşur. İşdə iştirak edən şəxslər hər biri ayrı-ayrılıqda azərbaycan dilində başa düşdüyünü və sərbəst danışa bildiyini bildirirlər. Sədrlik edən məhkəmə iclasına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlunun sədrlik etdiyini, məhkəmə iclas katibinin Səfərov Nihad Asif oğlu olduğunu elan edir, proses iştirakçılarına hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüquqlarını və etiraz etmək üçün qanuni əsasları izah edir. Etiraz daxil olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərə onların İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Proses iştirakçıları həri biri ayrı-ayrılıqda hüquq və vəzifələrinin onlara aydın olunduğunu bildirirlər. Sədrlik edən işdə iştirak edən şəxslərin vəsatətlərinin olub-olmamasını müəyyənləşdirir. Vəsatət daxil olmadı. Sədrlik edən inzibati xəta törətmiş şəxsin müdafiəçiyə ehtiyacının olub olmamasını soruşur. Sədrlik edənin s/c inzibati xəta törətmiş şəxs X3: Məhkəməyə ərizəmi təqdim edərək bildirmək istəyirəm ki, müdafiəçiyə ehtiyacım yoxdur, məhkəmədə özüm-öz hüquqlarımı müdafiə edəcəyəm. Bu mənim maddi vəziyyətim ilə bağlı deyil. Sədrlik edən inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş digər sənədləri elan edir. Sədrlik edən proses iştirakçılarına izahat verməyi təklif edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru Sabir Ağayevin izahatı: - X3 xx.xx.2020-ci il il tarixdə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin inzibati binasında olan zaman polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, yüksək səslə nalayiq söyüşlər söyərək xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Sual daxil olmadı. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 izahatı: - 22 sentyabr 2020-ci il il tarixdə sərxoş vəziyyətdə olduğum zaman axşam saatlarında Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına daxil oldum və şikayətimi bildirən zaman özümü itirdim və növbətçi hissənin qarşısında kəsici alətlə özümə xəsarətlər yetirməyə başladım, bu zaman polis əməkdaşları mənə dəfələrlə iradlarını bildirsələr də mən öz hərəkətlərimə davam etməklə onların qanuni tələblərinə tabe olmadım və polis əməkdaşlarını təhqiramiz ifadələrlə təhqir etdim. Suallar daxil olmadı. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirir. Sədrlik edən çıxış üçün proses istirakçılaırna söz verir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: - Hörmətli hakim! barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul etməyinizi xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: - Hörmətli hakim! Törətdiyim xətadan səmimi peşmançılıq çəkdiyimi, bir daha belə hallara yol verməyəcəyimi bildirərək barəmdə yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş edirəm. Sədrlik edən iş materiallarını araşdıraraq elan edir. Sədrlik edən əlavələrin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan şikayət vermə müddətini və qaydasını, həmçinin işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının olmasını izah edir. Məhkəmə iclası saat 19:00-da bağlı elan olunur. Protokol 23 sentyabr 2020-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar