Məhkəmə qərarları › İş №3(032)-243/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-243/2024

04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-243/2024 04.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.10-cu maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 18:15 radələrində “Mercedes Benz 208D” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Şirvan şəhəri, “Köhnə şəhər” istiqamətindən üzü şəhərin G.Şıxbalaoğlu küçəsinə doğru 30 km/saat sürətlə hərəkətdə olarkən qarşı tərəfdən Şəxs idarə etdiyi “Tufan M-50” markalı moped toqquşmuş, sonuncu “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq (ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir) öz təqsiri üzündən sol baldır sümüklərinin (qamış seqmentar) çoxsaylı qəlpəli yerdəyişən açıq sınıqları, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almışdır. İnzibati xəta hadisəsinin olması 08 mart 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla, yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, qohumu X1 məxsus "Mercedes Benz 208D”markalı 18-BF648 dövlət qeydiyyat nişanlı mikroavtobusu olmuş, Xamraz Əliyev həmin mikroavtobusla Şirvan şəhəri ərazisində 3 saylı marşrut xətti ilə hərəkət etmiş, lakin Xamraz Əliyev xəstə olduğu üçün mikroavtobusu onun idarə etməyini xahiş etmiş və özü də, mikroavtobusda əyləşmiş, gediş haqqını yığmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 18:15 radələrində Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsindən üzü “Köhnə şəhər” istiqamətində hərəkət etmiş, “Köhnə vergi” adlanan binanın qarşısında “trampilini” keçdikdən sonra hərəkət etdiyi istiqamətdə təxminən 30 km/saat sürətlə hərəkətdə olarkən qarşı tərəfdən yəni əks istiqamətli yolla ona tərəf hərəkətdə ağ rəngli dövlət qeydiyyat nişanını görə bilmədiyi mikroavtobus, ondan arxada isə dövlət qeydiyyat nişanını görə bilmədiyi ağ rəngli minik avtomobili hərəkət etmiş, o onları təxminən 10 metrdən görmüşdür. Ağ rəngli mikroavtobus öz hərəkəti ilə idarə etdiyi mikroavtobus ilə paralel olub keçən anda qəfildən mikroavtobusun arxasından və ağ rəngli minik avtomobilinin arasından sürətlə moped çıxaraq idarə etdiyi mikroavtobusun qabaq sol ön tərəfinə doğru hərəkət etmiş və mopedin qabaq hissəsi idarə etdiyi mikroavtobusun qabaq sol ön hissəsi ilə toqquşmuşdur. O, həmin vaxt mikroavtobusu saxlamış və aşağı düşmüş, mopedi idarə edən şəxsin yerə yıxıldığını görmüş, onu orada olan tanımadığı taksi sürücüsü ilə Şirvan şəhər mərkəzi xəstəxanasına göndərmişdir. Bundan sonra həmin yerə polis əməkdaşları gəlmişlər, hadisə yerinə baxış keçirilmiş və izahatımın alınması üçün onu polis şöbəsinə dəvət etmişdir. Özünün sürücülük vəsiqəsi olmuş, hadisə zamanı idarə etdiyi “Mercedes Benz 208D” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusa dair etibarnaməsi olmasa da, etibar edilən Xamraz Əliyev ifadəsində qeyd etdiyi kimi mikroavtobusda olmuşdur. Hadisə zamanı mopedin sürücüsü tək olmuş, hadisə zamanı sərxoş olmamış, mikroavtobusu 30 km/saat sürətlə idarə etmiş, hadisə zamanı idarə etdiyi mikroavtobusda təxminən 12 nəfər sərnişin olmuş, başqa sərnişin və mikroavtobusda yük olmamışdır. Mikroavtobus texniki cəhətdən saz vəziyyətdə olmuş, hadisə ani bir anda baş vermiş, hadisənin qarşısını almaq üçün toqquşma baş verən anda əyləcdən istifadə etmiş, çünki mopedin sürücüsünü ani bir anda görmüş, mopedin sürücüsü ani bir anda onunla üzbəüz hərəkətdə olan mikroavtobusun arxasından qəfildən çıxıb onun idarə etdiyi istiqamətdə miktoavtobusun sol ön hissəsi ilə toqquşdurmuşdur. Hamin mopedi ilkin olaraq görməmiş, sonradan mopedin sürücüsü qəfildən mikroavtobusun arxasından çıxaraq idarə etdiyi mikroavtobusa tərəf hərəkət etmiş, mopedin sürücüsü ilə idarə etdiyi mikroavtobus arasında təxminən 1 metr məsafə olanda o mopedi görmüşdür. Təhlükə anını qarşı tərəfdən, yəni əks istiqamətli yolla ona tərəf hərəkətdə olan ağ rəngli dövlət qeydiyyat nişanını görə bilmədiyi mikroavtobusu keçən vaxt mopedin sürücüsünün mikroavtobusun üzərinə idarə edən zaman, yəni həmin vaxt moped ilə onun idarə etdiyi mikroavtobus arasında təxminən 1 metr məsafə olarkən hiss etmiş, təhlükə yaranan anda mikroavtobusla moped arasında məsafə təxminən 1 metr olmuşdur. Hadisənin Qarşısını almaq üçün toqquşma baş verən anda əyləcdən istifadə etmiş və mikroavtobusu sağa istiqamətləndirmişdir. Həmin hadisə zamanı ondan qarşıda bir avtomobil hərəkət etmiş, onunla əks istiqamətdə isə mikroavtobus hərəkət etmişdir. Hadisə nəticəsində nə özü, nə də ki, mikroavtobusda olan şəxslərdən heç kim xəsarət almamışdır. Dəymiş maddi ziyan ona ödənilməmişdir. Ziyanın ödənilməsini tələb edir. İbtidai istintaq zamanı izahatı alınmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, fərdi əməklə məşğuldur, ailəsi Şirvan şəhərində olduğundan arada Şirvan şəhərinə gəlib gedir, 2023-cü ilin sentyabr ayında 1500 manat müqabilində “Tufan M50” markalı moped almış, həmin mopedlə usta işlədiyi üçün işə gedib gəlmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 18:15 radələrində Şirvan şəhəri, “Köhnə şəhər” istiqamətindən üzü şəhərin G.Şıxbalaoğlu küçəsinə doğru hərəkət etmiş, hərəkət etdiyi istiqamətdə təxminən 30 km/saat sürətlə hərəkətdə olarkən avtomobil yolunda sağ tərəfdən hərəkət edərkən ağ rəngli minik avtomobilini sağ tərəfdən ötüb qarşısında olan ağ rəngli “Mercedes Sprinter” markah mikroavtobusun sol tərəf istiqamətində çıxıb öz yoluma davam etmək istəyərkən qəfildən qarşı tərəfdən ağ rəngli “Mercedes” markalı mikroavtubusu görmüş və idarə etdiyi mopedin qabaq hissəsi ilə mikroavtobusun qabaq sol ön hissəsi toqquşdurmuşdur. Həmin anda o avtomobil yolunda sağ tərəfi üstə yerə yıxılmış, az da olsa huşunu itirmiş, həmin vaxt orada olan tanımadığı bir nəfər avtomaşın ilə onu Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışlar. A kateqoriyalı sürücülük vəsiqəsi olmuş, hadisə zamanı idarə etdiyi “Tufan M50” markalı mopedə dair sənədləri vardır, həmin sənədləri təqdim etmiş, hadisə zamanı idarə etdiyi mopeddə təhlükəsizlik tədbiri kimi motodəbilqədən stifadə etməmiş, hadisədən əvvəl az bir miqdarda spirtli içki içmiş, lakın özündə İmuşdur. Hadisə zamanı mopedi təxminən 30 km/saat sürətlə idarə etmiş, hadisə zamanı idarə etdiyi mopeddə sərnişin və yük olmamış, hadisədən əvvəl idarə etdiyi oped texniki cəhətdən saz olmuşdur, hadisəni orada olan şəxslər görə bilərdilər, undan başqa hadisə yerində videogörüntü də olmuş, həmin videogörüntü ilə tanış olmuş, videogörüntüdə mopedi idarə edən şəxs özü olmuşdur. Hadisənin qarşısını almaq üçün toqquşma baş verən anda idarə etdiyi mopedi sağ tərəfə istiqamətləndirsə də, hadisənin qarşısını ala bilməmişdir. Həmin mikroavtobusu əks istiqamətli avtomobil yolunda təxminən 150 metr məsafədə görmüş, təhlükə anını minik avtomobilini keçdikdən sonra, yəni yolun hərəkət hissəsinə daxil olduğu andan təhlükə yaranmış. təhlükə yaranan anda mopedlə mikroavtobus arasında təxminən 1 metr məsafə olmuşdur. İnzibati xəta haqqında 08 mart 2024-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.10-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli alkoqolun miqdarının müəyyən edilməsi barədə protokollaşdırma sənədindən görünür ki, Şəxs alkoqolun miqdarı 1.045 % müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli alkoqolun miqdarının müəyyən edilməsi barədə protokollaşdırma sənədindən görünür ki, Zərərçəkmiş şəxs alkoqolun miqdarı 0.000 % müəyyən edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şirvan "xxxx" Müəssisəsinin mütəxəssisi F.M.Ələkbərovun 27 oktyabr 2023-cü il tarixli rəy aktından görünür ki, Mercedes Benz 208D markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə 960 manat ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respulikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertizası və Pataloji Anatomiya Birliyi” X2 19 yanvar 2024-cü il tarixli, 38 saylı ekspert rəyinə əsasən Şəxs bədən səthində sol baldır sümüklərin (qamış seqmentar) çoxsaylı qəlpəli yerdəyişkən açıq sınıqları küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 26 oktyabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarətlər həyat üçün təhlükə olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2024-cü il tarixli, 3-16-16/2-8/3833 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən; 1. Mercedes Benz 208D markalı, ** BF *** dövlət qeydiyyat nişanlı mikroavtobu sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqə hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. 2. Tufan M50 markalı mopedin sürücüsü Şəxs oğu hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 5 maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddəsinin tələblərinə riayət etməklə hadisınin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan 20 fevral 2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə iş üzrə icraata xitam verilməsi, hadisə nəticəsində Zərərçəkmiş şəxs “Mercedes Benz 208D” markalı mikroavtobusa və Şəxs “Tufan M-50” markalı mopedə dəymiş maddi ziyanla bağlı mülki qaydada Şirvan şəhər Məhkəməsinə müraciət etmək hüququ izah edilməsi, Babaşov Fimar Cəfər oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin tərkibi olmadığından, həmin maddə ilə barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nın 39.1.2ci maddəsinə əsasən cinayət təqibinin başlanılması rədd edilməsi, cinayət işi üzrə xitam verildiyindən iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Şəxs zərərçəkmiş şəxs qismində statusuna xitam verilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.10-cu ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Şirvan şəhər PŞ-nin DYPB-nə göndərilməsi, Zərərçəkmiş şəxs və Şəxs göndərilməklə onlara qərardan narazı olduğu halda prokurora və ya məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şirvan şəhər prokuroruna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.10-cu maddəsinə əsasən bu Məcəllənin 338.8 və 338.9-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi, şəxsin əməlində İXM 33.1.7-ci maddəsinə əsasən hadisəni sərxoş vəziyyətdə törətməsi ağırlaşdıran haldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.10-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.10-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar