Məhkəmə qərarları › İş №3(032)-244/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-244/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-244/2024 12.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1998-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Hacıqabul rayonu, Talış kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs döyərək ona qəsdən fiziki ağrı yetirmişdir. İnzibati xəta hadisənin olması xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində anası Nigar ilə yaşadıqları ünvanda olan zaman qapı döyülmüş, həmin vaxt qapını açmış və qonşusu Günelin anası Cəmilə adlı qadının qapının qarşısında olduğunu görmüşdür. Sonra Cəmilə ona guya qızının ərə getməsini onun planlaşdırdığını demiş və onu söyüb təhqir etməyə başlamışdır. O, Cəmilədən söyüşlərini dayandırmasını xahiş etmiş, lakin Cəmilə onu və anasını təhqir edərək anasının üstünə xlor tökmək istəmişdir. O, bunun qarşısını almış, heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Nigar və Aysel ilə aralarında yaranmış mübahisə təxminən 30 dəqiqə davam etmişdir. Mübahisə zamanı ətrafda kənar şəxs olmamışdır. Mübahisə Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən "Pionerlager" adlanan yatqxanadan baş vermişdir. Mübahisə zamanı Nigar onun omba və üz nahiyyələrinə əli və ayağı ilə zərbələr endirmiş, Aysel isə onun saçlarını yolmuş və əli ilə sinə nahiyyəsinə xəsarətlər yetirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İnzibati xəta haqqında protokola əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 55 saylı məhkəmə-tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-alt çənədə sağdan 1 kəsici dişin düşməsi, ənsənin aşağı hissəsində, sağ gözaltı nahiyyələrdə, döş qəfəsinin sağ yuxarı iç hissəsində sıyrıqlar-küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcəsi təyin edilmir. 04 mart 2024-cü il tarixli raportda göstərilmişdir ki, ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə zəng vuraraq, qızının qonşusu Nigar və Aysel tərəfindən döyülməsi barədə məlumat vermişdir. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə,xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi, himayəsində azyaşlı uşağın olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınır. Ağırlaşdıran halların olması isə məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibari xətanının törədilməsində təqsirli bilinərək onun barəsində minimum həddə cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada tədim edildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar