Məhkəmə qərarları › İş №3(032)-246/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-246/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-246/2025 12.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi , Şirvan şəhər prokurorluğunun nümayəndəsi Şirvan şəhər prokurorunun köməkçisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X7 iştirakı ilə, Şirvan şəhəri ünvan 1 ünvanında yerləşən hüquqi şəxs Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikasının Prokurorluğu Şirvan şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhər prokurorluğu tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərara baxılması üçün aidiyyəti üzrə Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında görünür ki, hüquqi şəxs - Şəxs onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru X14 tərəfindən sosial xidmət müəssisəsinin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müdqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan X4 2021-ci il tarixdən 2025-ci ilin 10 fevral tarixinədək olan müddət ərzində təlimçi-tibb bacısı işlərinin görülməsinə cəlb etmişdir, buna görə də, Şəxs Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İnzibati xəta hadisəsinin olması xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla, xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, habelə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X14 izahat verərək bildirdi ki, 2017-ci ildən etibarən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi nəzdində X22 Sosial Xidmət Müəssisəsində direktor vəzifəsində çalışır. Gənclər evinin fəaliyyəti gənclərin asudə vaxtının səmərəli təşkili və qeyri-formal təhsil sahəsində gənclərin bilik və bacarıqlarının artırılmasından ibarətdir. Gənclər evində kompüter və tibb kursları fəaliyyət göstərir. Tibb kursunda Gülçin adlı tibb bacısı təlimçi işinə cəlb olunmuşdur və müdavimlərə kursda ilkin tibbi biliklər mövzusunda dərs keçirilir, iynə vurma prosedurları və əczaçılıq təlimləri öyrədilir. Gülçin xanım kursda tibb bacısı kimi işə cəlb olunsa da onunla heç bir əmək müqaviləsi bağlanılmamış, əməkhaqqısını əlbəəl almışdır. İş yerində tibb kurslarına yazılmış tələbələrə mülki müdafiə və təcili təxirəsalınmaz yardım istiqamətində dərslər keçirilir, əczaçılıq üzrə təlim aparılır və ailə tibb bacılığı kursları tədris edilir. Gülçin adlı tibb bacısının iş vaxtı həftədə 2 dəfə olmaqla ümumilikdə 3 saat təşkil edir.Tibb kursunun müddəti hər tələbə üçün 1 il təşkil edir və sonda kurs tərəfindən tələbələrə diplom verilir. O əvvəllər bilməmişdir ki, Gülçin xanımla əmək müqaviləsi bağlanılmalıdır, ona görə də onun əmək müqaviləsi bağlanılmamışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş aşağı həddə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şirvan şəhər prokurorluğunun nümayəndəsi Şirvan şəhər prokurorunun köməkçisi X8 qərarı müdafiə edərək, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir . İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” barədə Şirvan şəhər Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, hüquqi şəxs - Şəxs onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru X14 tərəfindən sosial xidmət müəssisəsinin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müdqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan X4 2021-ci il tarixdən 2025-ci ilin 10 fevral tarixinədək olan müddət ərzində təlimçi-tibb bacısı işlərinin görülməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X12 xx.xx.2025-ci il tarixdə şəhər prokurorluğuna etdiyi müraciətlə bağlı araşdırma aparılan zaman X11 tərəfindən edilmiş cinayət hadisəsi müəyyən edilmədiyindən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. X18 tərəfindən xx.xx.2025-ci il tarixdə Şirvan şəhər prokurorluğuna verilmiş izahatından görünür ki,2024-cü ilin dekabr ayında Şirvan şəhəri, Köhnə şəhər, G.Şıxbalaoğlu küçəsindəki Şirvan Oil şirkətinin qarşısında yerləşən “Aysel” adlı qadın gözəllik salonunda qaşını düzəltdirən anda salonun sahibəsi X13 ona kosmetoloji prosedur, botoks və ya dolğu istəsə bu salonda Zümrüd adlı işçinin istəsə ona həmin prosedurları icra edə biləcəyini bildirmişdir. Xatırlamadığı müəyyən müddətdən sonra 2025-ci ilin yanvar ayında Zümrüdlə mobil nömrə vasitəsi ilə əlaqə saxlayaraq , sonuncuya botoks proseduru istədiyini bildirmişdir. Zümrüd onunla razılaşaraq Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən evinə gəldi, üzünə hansısa prosedur icra etmiş və ona 100 manat nağd, 70 manat isə kart yolu ilə köçürmə vasitəsi ilə ödəmişdir. Həmin tarixdən etibarən üzünün alın nahiyəsini hiss etmir, baş ağrıları olur və səhhətində ciddi prohblemlər yaranmış, həm da aralarında olan mübahisələr səbəbindən əsəbiləşdiyindən barəsində şikayət etmək qərarına gəlmişdir. Hazırda tələbi yoxdur. X11 tərəfindən xx.xx.2025-ci il tarixdə Şirvan şəhər prokurorluğuna verilmiş izahatından görünür ki, 2024-cü il tarixdə Şirvan şəhərində Diaqnostika Mərkəzinin qarşısında yerləşən Gənclər evinin tərkibində yerləşən tibb kursu vasitəsi ilə tibb bacısı üzrə kurs keçərək tibb bacısı ixtisası almışdır. Həmin kursun rəhbəri Əfqan Həsənov adlı şəxsdir. Kursa gedəndə onu həmin kursun direktoru Əfqan adlı şəxs qəbul etmiş, tədris kursunu isə həmin müəssisədə təlimçi-tibb bacısı Gülçin Səlimova keçmişdir, bildiyinə görə o,həmçinin X5 tibb bacısı kimi işləmişdir. Sonralar müəyyən səbəblərdən bu fəaliyyətlə məşğul ola bilməmişdir. Hal-hazırda heç bir kosmetoloji fəaliyyətlə məşğul deyil. 2024-cü ilin dekabr ayına qədər Şirvan şəhərində, Şirvan Oil şirkəti ilə üzbəüz yerləşən G.Şixbalaoğluı küçəsindəki Aysel adlı gözəlik salonunun səhibəsi Aynur Kərimovaya məxsus gözəllik salonunda bəzi müştərilərə salon xidmətləri göstərmişdir. Həmin salonda Aysel adlı şəxs lazer epilyasiya ustası, Gülnarə dırnaq ustası və Aynurə xanımın özü də permanent-yəni qalıcı makiyai proseduru edirdi. Bildiyinə görə həmin xanım hazırda Şirvan şəhərinin mərkəzi küçələrindən birində özünə yeni salon açmışdır. Hazırda heç bir yerdə işləmir. Əzizova Könül adil xanımla keçmişdən sözlü mübahisələri olmuşdur, güman edir ki, o ona başqa bir səbəbdən əsəbiləşdiyi üçün belə bir şikayəti etmişdir, indi isə onunla heç bir problemi yoxdur. X6 tərəfindən xx.xx.2025-ci il tarixdə Şirvan şəhər prokurorluğuna verilmiş izahatından görünür ki, 2011-ci ildən etibarən Şirvan Şəhər Mərkəzi Xəstəxanasında poliklinika şöbəsində tibb bacısı vəzifəsində çalışır. 2021-ci ildən etibarən isə hazırki tarixə qədər Şirvan şəhərində yerləşən Gənclər evində təlimçi-tibb bacısı vəzifəsində çalışır. Həmin kursun təsisçi direktoru Əfqan adlı şəxsdir, Kursda təlimçi-tibb bacısı kimi işə cəlb olunsa da onunla heç bir əmək müqaviləsi bağlanılmayıb və aylıq 200 manat əmək haqqını əlbəəl almışdır. İş yerində tibb kurslarına yazılmış tələbələrə mülki-müdafiə və təcili təxirəsalınmaz yardım istiqamətində dərslər keçir, əczaçılıq üzrə təlim aparır və ailə tibb bacılığı kurslarını tədris edir. Əzələdaxili və venaya iynə vurulması müdavimlərə tərəfindən öyrədilir. İş vaxtı həftədə 2 dəfə olmaqla ümumilikdə 3 saat təşkil edir, tibb kursunda hazırda 11 nəfər tələbələri vardır. Tibb kursunun müddəti hər tələbə üçün il təşkil edir və sonda kurs tərəfindən tələbələrə diplom verilir. X6 tərəfindən xx.xx.2025-ci il tarixdə Şirvan şəhər prokurorluğuna verilmiş əlavə izahatından görünür ki, araşdırma zamanı əvvəllər verdiyi izahatını tam formada təsdiq etmişdir. X14 tərəfindən xx.xx.2025-ci il tarixdə Şirvan şəhər prokurorluğuna verilmiş izahatından görünür ki, 2017-ci ildən etibarən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi nəzdində X22 Sosial Xidmət Müəssisəsində direktor vəzifəsində çalışır. Gənclər evinin fəaliyyəti gənclərin asudə vaxtının səmərəli təşkili və qeyri-formal təhsil sahəsində gənclərin bilik və bacarıqlarının artırılmasından ibarətdir. Gənclər evində kompüter və tibb kursları fəaliyyət göstərir. Tibb kursunda Gülçin adlı tibb bacısı təlimçi işinə cəlb olunmuşdur və müdavimlərə kursda ilkin tibbi biliklər mövzusunda dərs keçirilir, iynə vurma prosedurları və əczaçılıq təlimləri öyrədilir. Gülçin xanım kursda tibb bacısı kimi işə cəlb olunsa da onunla heç bir əmək müqaviləsi bağlanılmayıb və aylıq 200 manat əməkhaqqısını əlbəəl almışdır. İş yerində tibb kurslarına yazılmış tələbələrə mülki müdafiə və təcili təxirəsalınmaz yardım istiqamətində dərslər keçirilir, əczaçılıq üzrə təlim aparılır və ailə tibb bacılığı kursları tədris edilir. Gülçin adlı tibb bacısının iş vaxtı həftədə 2 dəfə olmaqla ümumilikdə 3 saat təşkil edir.Tibb kursunun müddəti hər tələbə üçün 1 il təşkil edir və sonda kurs tərəfindən tələbələrə diplom verilir. X14 tərəfindən xx.xx.2025-ci il tarixdə Şirvan şəhər prokurorluğuna verilmiş əlavə izahatından görünür ki, araşdırma zamanı əvvəllər verdiyi izahatını tam formada təsdiq etmişdir. X2 X16 Məlumatlarından görünür ki, X1 şəhər X10 Hüquqi Şəxsində müddətli əmək müqaviləsi ilə tibb bacısı, yardımçı işçilər/rayon vəzifəsində çalışır. Əmək müqaviləsinin statusu qüvvədədir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2017-ci il tarixli Şt-61 nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, X14 02 oktyabr 2017-ci il tarixindən Şirvan şəhəri “Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsinə təyin edilmişdir. Şəxs 13 iyul 2017-ci il tarixli Nizamnaməsinin 1-ci bəndinə əəsasən Şəxs Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfindən təsis edilən və gənclər siyasətinə aid sahələrdə fəaliyyət göstərən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir. Həmin Nizamnamənin 3.1.5-ci yarımbəndinə əsasən gənclərin məşğulluğunun təmin edilməsi məqsədilə onlara məsləhət, təlim, peşə yönümü, məşğulluq və təhsil seçimi istiqamətində xidmətlərin göstərilməsi Müəssisənin vəzifələrindən biri kimi qeyd olunmuşdur. İşin hallarından göründüyü kimi X1 şəhər X10 Hüquqi Şəxsində müddətli əmək müqaviləsi ilə tibb bacısı vəzifəsində çalışır. Bundan əlavə olaraq, müəyyən edilmişdir ki, Şəxsndə 2021-ci ildən hazırkı tarixədək təlimçi-tibb bacısı vəzifəsində (Şəxs əsas fəaliyyət istiqamətlərindən biri olan təlimlərin keçirilməsi sahəsində) əmək müqaviləsi bağlamadan işləmiş və bunun müqabilində əmək haqqı almışdır. Göründüyü kimi X6 əsas iş yerində işləməklə yanaşı Şəxsndə əvəzçilik üzrə əmək müqaviləsi bağlamadan əmək fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır; 7-ci maddənin 2-3.5-ci hissəsinə əsasən tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir; 49.1-ci maddəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir; 58-ci maddənin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri sayılır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar, inzibati materialda olan digər sənədlər və izahatlarla sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs 2021-ci il tarixdən 2025-ci ilin 10 fevral tarixinədək olan müddət ərzində əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X4 təlimçi-tibb bacısı işlərinin görülməsinə cəlb etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin minimum həddə tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şirvan şəhəri ünvan 1 ünvanında yerləşən hüquqi şəxs Şəxs (VÖEN **********) İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar