Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-247/2023 13.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Sabirabad rayonu, Axtaçı kəndində şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Axtaçı Muğan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs şəhərin 1 May küçəsində DYPBnin əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, polis şöbəsinə gətirilən zaman şöbənin növbətçi hissəsində ucadan səs-küy salaraq iş rejimini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri, 1 May küçəsində “VAZ 2107” markalı, **-FB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edirən zaman xidmətdə olan YPX-nin əməkdaşları ona saxla işarəsi vermiş, lakin polisin göstərişinə tabe olmamış, daha sonra avtomobildən düşərək polis əməkdaşları ilə mübahisə etmiş, söyüşlər söymüş, polis şöbəsinin növbətçi hissəsinə gətirilən zaman öz hərəkətlərinə davam etməklə onların qanuni tələblərinə tabe olmamış və polis əməkdaşlarını təhqiramiz ifadələrlə təhqir etmişdir. İİ Qarabağ müharibəçisi iştirakçısıdır. Törətdiyi xətadan səmimi peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şirvan şəhər Polis şöbəsinin YPXB-nin, yol patrul xidməti inspektoru, polis baş serjantı X5 məhkəmə iclasında izahatında bildirdi ki, 11 fevral 2023-cü il tarixdə, saat 22 radələrində Şirvan şəhər polis şöbəsinin yol patrul xidmətinin inspektoru, polis serjantı Mirzəli Mirzə ilə Şirvan şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən “VAZ 2107” markalı, **-FB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin texniki nasazlığı olduğu üçün saxla işarəsi vermiş, lakin həmin avtomobilin sürücüsü saxla işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirmiş, Şirvan şəhər 1 May küçəsində yerləşən stasionar postla əlaqə saxlamış, postda olan əməkdaşların köməyi ilə süni tıxac yaradılaraq avtomobil tərəflərindən saxlanılmışdır. Avtomobilin sürücüsü saxlanıldıqdan sonra yerə düşərək nalayiq söyüşlər söyməyə başlamışdır.Onu dəfələrlə nizam-intizama dəvət etsələr də, qanunsuz hərəkətlərini davam etdirmişdir. Həmin şəxs polisin ünvanına bir neçə dəfələrlə nalayiq söyüşlər söymüşdür. Çətinliklə də olsa onu polis şöbəsinin inzibati binasına gətirmişlər. Şöbəyə gəldikdən sonra da növbətçi hissənin qarşısında və daxilində uca səslə nalayiq söyüşlər söyərək xuliqanlıq etmişdir. Şəxsi müayinə etdikdən sonra onun həqiqətən də sərxoş olması öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis şöbəsinin YPXB-nin, yol patrul xidməti inspektoru, polis baş serjantı X1 Mayıl Namiq oğlu ilə eyni məzmunlu izahat verdi. Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə polis nəfəri X7 məhkəmə iclasında izahatında bildirdi ki, 11 fevral 2023-cü il tarixdə, saat 22:00 radələrində Şirvan şəhər Polis şöbəsinin yol patrul xidmətinin inspektorları Mayıl Yusifov və Mirzəli Mirzə adını sonradan öyrəndiyi X2 Şirvan şəhər polis şöbəsinin növbətçi hissəsinə gətirdilər. Bu zaman Əfqan Zeynalov növbətçi hissənin qarşısında və daxilində uca səslə nalayiq söyüşlər söyməyə başladı. Bir müddət sakitləşdirməyə çalışsalar da sonuncu söyüşlər söyməyə, səs-küy salmağa davam edərək növbətçi hissənin iş rejimini pozurdu. Əfqan Zeynalov müayinə olunan zaman sərxoş olması müəyyən edilmişdir. 20-25 dəqiqə ərzində Əfqan Zeynalov sakitləməyərək xuliqanlıq hərəkətlərini davam etdirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il il tarixdə saat 22:00 radələrində Şirvan şəhəri, 1 May küçəsində DYPB-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, polis şöbəsinə gətirilən zaman şöbənin növbətçi hissəsində ucadan səs-küy salaraq iş rejimini pozmuşdur. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 22:55-də inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il il tarixli, 19 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğunun yüngül dərəcəsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2023-cü il il tarixdə saat 22:00 radələrində Şirvan şəhər polis Şöbəsinin inzibati binasında sərxoş vəziyyətdə olan zaman polis əməkdaşlarının ictimai qaydanı pozmamaq barədə qanuni tələblərinə tabe olmamış, ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bununla da, Zeynalov X3 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Bundan başqa xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Zeynalov X3 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2023-cü il tarixdə saat 22:55-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən saat 22:55-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2023-cü il tarixdən saat 22:55-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-247/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-247/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver