Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-251/2024 15.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə İnzibati xəta törətmiş X1, Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X4 iştirakları ilə, xx.xx.1976-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan X1 Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: X5 xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində Şirvan şəhəri, Natavan küçəsində nalayiq ifadələr işlətməklə, ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmiş, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 14 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı və şahidlərin ifadələri ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 izahat verərək bildirdi ki, bacısı oğlu X2 1 həftə bundan qabaq polislər tərəfindən saxlanılaraq Şirvan şəhər Polis Şöbəsinə aparılmışdır. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə spirtli içki qəbul etdiyindən əsəbiləşmiş, DİN-nin “102” xidmətinə zəng vuraraq Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarından narazı olduğunu bildirmiş və bacısı oğlunun azad edilməsini tələb etmişdir. “102” xidmətindən ona, araşdırma bitəndən sonra buraxılacağını deyilmişdir. Lakin o, sərxoş olduğundan Polis əməkdaşlarının ünvanına nalayiq sözlər işlətmişdir. xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində 2 nəfər polis əməkdaşı özlərini təqdim edərək onu evdən çıxararaq, Şirvan şəhər Polis Şöbəsinə getməyini bildirmişlər. Əsəbi olduğundan “102” xidmətinə zəng vuraraq nalayiq ifadələr işlətmişdir. Qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Şirvan şəhər Polis Şöbəsinin CAB-in əməliyyat müvəkkili polis leytenantı Şahid məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə icraatına Azərbaycan Respublikası DİNnin Baş Cinayət Axtarış İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3134/2-2397/2024 nömrəli məktubda Şirvan şəhər Natavan küçəsi küçəsi ev 69-da yaşayan X1 DİN-nin “102” xidmətinə zəng edərək 15 yaşlı bacısı oğlu X8 ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılmasına narazı olmasını bildirməsi, ölkə rəhbərinin və onun ailə üzvlərinin ünvanına təhqiredici ifadələr işlətməsi göstərilmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində Şirvan ŞPŞ-nin İTBnin sahə polis nəfəri polis serjantı Nicat Əlizadə ilə birgə vətəndaş X1 yaşadığı ünvanda olmuş və onu Şirvan ŞPŞ-nə dəvət etmişlər. Lakin vətətəndaş Şahin Ağayev yaşadığı evin qarşısında küçədə özünü qeyri səmimi aparmış, onu polis şöbəsinə çağırmalarının əsasız olmasını deyərək, ucadan polisin ünvanına nalayiq söyüşlər söyərək, səs-küy salmağa başlamışdır. Onu dəfələrlə nizam-intizama dəvət etsələr də, həmin şəxs öz hərəktlərini davam etmiş, küçədə ictimaiyyət arasında polisin nüfuzuna ləkə yaxmaq istəmiş, onlara qarşı əl-qol hərəkətləri və hədələyici ifadələr işlədərək polisin qanuni tələbinə bilərəkdən tabe olmamışdır. Buna görə də vətəndaş X5 tərəflərindən Şirvan ŞPŞ-nə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri polis serjantı X6 da Şahid ilə eyni məzmunlu ifadə vermişdir. Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X7 məhkəmə iclasında xx.xx.2024-cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, X5 barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 14 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokolda X1 Şirvan şəhəri, Natavan küçəsində nalayiq ifadələr işlətməklə, ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmiş, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə icraatına Azərbaycan Respublikası DİN-nin Baş Cinayət Axtarış İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3134/2-2397/2024 nömrəli məktubda Şirvan şəhər Natavan küçəsi küçəsi ev 69-da yaşayan X1 DİN-nin “102” xidmətinə zəng edərək 15 yaşlı bacısı oğlu X8 ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılmasına narazı olmasını bildirməsi, ölkə rəhbərinin və onun ailə üzvlərinin ünvanına təhqiredici ifadələr işlətməsi göstərilmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində Şirvan ŞPŞ-nin İTB-nin sahə polis nəfəri polis serjantı Nicat Əlizadə ilə birgə vətəndaş X1 yaşadığı ünvanda olmuş və onu Şirvan ŞPŞ-nə dəvət etmişlər. Lakin vətətəndaş Şahin Ağayev yaşadığı evin qarşısında küçədə özünü qeyri səmimi aparmış, onu polis şöbəsinə çağırmalarının əsasız olmasını deyərək, ucadan polisin ünvanına nalayiq söyüşlər söyərək, səs-küy salmağa başlamışdır. Onu dəfələrlə nizam-intizama dəvət etsələr də, həmin şəxs öz hərəktlərini davam etmiş, küçədə ictimaiyyət arasında polisin nüfuzuna ləkə yaxmaq istəmiş, onlara qarşı əl-qol hərəkətləri və hədələyici ifadələr işlədərək polisin qanuni tələbinə bilərəkdən tabe olmamışdır. Buna görə də vətəndaş X5 tərəflərindən Şirvan ŞPŞ-nə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X5 14.03.202ü-cü il tarixdə, saat 17:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmənin hazırki inzibati işlə əlaqədar mövqeyi və əsaslandığı hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyekti ictimai qayda və ictimai təhlükəsizlik olmaqla, əməlin obyektiv cəhətini ictimai qaydanı fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər təşkil edir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin ictimai yerdə ətrafa etinasızlıq və hörmətsizlik göstərərək, “102” xidmətinə zəng vuraraq və saxlanılan zaman nəlayiq ifadələr işlətməsi (özünün izahatı ilə də təsdiq olunur) kimi hərəkətləri məhz ittiham olunduğu inzibati xətanın tərkibinin tam formalaşması üçün kifayət edir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Beləliklə, məhkəmə X5 barəsində tərtib olunmuş inzibati protokol üzrə ittiham olunduğu hər iki inzibati xətanı törətməsi sübuta yetirildiyindən, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməlidir. O ki, qaldı şəxs barəsində inzibati tənbehin tədbiq edilməsi məsələsinə gəldikdə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. X1 törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, həmçinin törətmiş olduğu əmələ münasibətini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, X3 qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində İXM-nin 34.3-cü maddəsinin tələbləri rəhbər tutulmaqla inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. X5 barəsində inzibati həbsin tətbiq edilməsini istisna edən hallar müəyyən edilmədi. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 27 (iyirmi yeddi) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 14 mart 2024-cü il tarixdən, saat 17:50-dən hesablansın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-251/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-251/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver