Məhkəmə qərarları › İş №3(032)-253/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-253/2024

04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-253/2024 04.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri Yol patrul xidməti inspektoru polis serjantı X4 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şirvan şəhər Polis şöbəsinin X10 Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 şikayətlə məhkəməyə müraciət edərək, Şirvan şəhər Polis şöbəsinin X10 Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, o, inzibati xəta haqqında qərar vermiş DİN-nin Şirvan ŞPŞ-nin X10 Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarı ilə 50 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, xx.xx.2024-cü il tarixdə barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinə əsasən ona məxsus **-HC-*** dövlət nömrə nişanlı avtomobilin konstruksiyalarına müdaxilə edilərək dəyişiklik edildiyinə görə qərar verilmişdir. Hesab edir ki, DİN-nin Şirvan ŞPŞ-nin X10 Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xx.xx.2024 -cü il tarixli inzibati xəta haqqında qərar qeyd etdiyi faktiki və hüquqi hallara əsasən qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, ona məxsus **-HC-*** dövlət nömrə nişanlı avtomobili Şirvan şəhəri, H.Əliyev prospektində idarə edərkən, həmin yolda quraşdırılmış işıqforun yaşıl işığında keçmək üçün saniyələrin qaldığını görüb keçmək istəmiş, lakin buna imkan edə bilmədiyini görüb qırmızı işığı yandığına görə avtomobilin əyləcini basaraq avtomobili dayandırmış, həmin vaxt avtomobilin əyləc sistemindən istifadə edərkən avtomobilin şinlərindən səs gəlmiş, amma bir qayda pozuntusu və qəza vəziyyəti yaranmamışdır. Bu vaxt yolun qarşı tərəfi ilə idarə edilən DİN-nin Şirvan ŞPŞ-nin X10 Bölməsinin avtomobili dayandığından bunu görmüş və işıqforun yaşıl işığı yandığdan sonra avtomobilini idarə etmiş, lakin bölmənin müfəttişləri avtomobili arxasınca idarə edərək dayan göstərişi verdilər. Avtomobilin dönmə işığını yandıraraq yolun sağ tərəfinə verib saxlamışdır. Bölmənin müvəttişi tərəfindən ona yaxınlaşaraq, avtomobilin texniki pasportunu və sürücülük vəsiqəsini tələb etdilər, o isə niyə görə saxlanıldığını soruşduqda, ona avtomobilin əyləc sistemindən sərt istifadə edərək qəza vəziyyəti yaratmağa cəhd etdiyini bildirdilər. O, isə buna etiraz edərək avtomobilin əyləç sistemindən sərt deyil, sadəcə işıqforun qırmızı işığı yandığından keçə bilmyəcəyini görüb əyləci basaraq avtomobili saxlayarkən avtomobilin şinlərindən səs gəlmiş və bu hər hansı qayda pozuntusu yaratmamışdır. Lakin onun etirazına baxmayaraq, avtomobilin Şirvan ŞPŞnin cərimə dayanacağına aparacılağını və şöbənin bölməsində söhbət edəcəklərini, qeyd edilən hallara isə aydınlıq gətirələcəyi adı altında avtomobil ondan alınaraq, Şirvan ŞPŞ-nin cərimə dayanacağına aparılmışdır. Mən isə bölmənin rəisi Sadiq müəllimin yanına girərək öz kəskin iradını və etirazını bildirərək avtomobilinin qanunsuz olaraq cərimə meydançasında saxlanılmasının açıqlamasını tələb etmişdir. O isə heç bir açıqlama verməyərək bu barədə mobil telefonumna sms gələcəyini və narazı qaldığı halda qərardan şikayət edə biləcəyini bildirdi. Lakin səhəri gün onun mobil telefonuna sms gəldikdə, görmüşdür ki, ona Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə təqsirli bilinərək 50 manat cərimə edilmişdir. Həmin maddədə avtomobilin xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismar halları olduqda cərimə tətbiq edilir. Həmin maddədə qeyd edilənlər isə ümumiyyətlə avtomobilə aid olmayan hal olduğundan və avtomobilin saxlanılmasına səbəb olmayan hal olduğu üçün yenidən Şirvan ŞPŞ-nin DYPB-nə getmiş, lakin oradan ona bildirdilər ki, heç bir açıqlama verməyə borclu deyirlər, narazı olduğu halda məhkəməyə müraciət edə biləcəyini tövsiyə etmişlər. DİN-nin Şirvan ŞPŞ-nin X10 Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi tamamilə qanunsuz verilmiş və onu saxlayarkən avtomobilimin əyləc sistemindən sərt istifadə etdiyini səbəbi ilə avtomobilini cərimə dayanacağına aparmışlar. Lakin sonradan ona sms mesait gəldikdə müəyyən olundu ki, onu qeyd etdiyi hala görə deyil, guya avtomobilinin konstruksiyalarında dəyişiklik edildiyi üçün saxlanılmış və ona görə cərimə tətbiq edilmişdir. Halbuki, onun avtomobilinin konstruksiyalarında hər hansı bir müdaxilə edilərək dəyişiklik edilməsi halı yoxdur. Ona tətbiq edilən cərimə qanunsuzdur və avtomobili isə cərimə dayanacağında saxlanılması isə ümumiyyətlə qanunsuz və əsassızdır. Özü müəllim vəzifəsində işləyir və hər gün avtomobilindən istifadə edərək məktəbə gedib-gəlir, belə olan halda hansı əsaslarla avtomobilinin müəyyən müddətə cərimə dayanacağında saxlanılmışdır. Avtomobil o halda saxlanılar ki, avtomobili idarə edərkən X10nin saxla əmrini yerinə yetirməyəsən və yaxud avtomoilin cəriməsi uzun müddətli ödənilməyə və yaxud avtomobilin üzərinə cərimə qoyular. Bütün bu halların heç biri olmadığı halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən avtomobilin cərimə dayanacağında saxlanılması qanunsuzdur. Bütün bu hallara hesab edir ki, məhkəmə müstəvisində araşdırılaraq hüquqi qiymət veriləcəkdir. Bu səbəbdən də o, DİN-nin Şirvan ŞPŞ-nin X10 Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət vermiş şəxs X3 məhkəmə bildirişi göndərilmiş, lakin şikayət vermiş şəxs gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri Yol patrul xidməti inspektoru polis serjantı X6 şikayəti qəbul etmərək izahatında bildirdi ki, xx.xx.2024cü il tarixdə, saat 16:30 radələrində Şirvan şəhər H.Əliyev prospektində xidmətdə olan zaman **-HC-*** dövlət nömrə nişanlı avtomobil şüşə silgəcləri müəyyən edilmiş rejimdə işləmədiyindən, həmçinin duracaq tormoz sistemi nəqliyyat vasitəsini tərpənməz vəziyyətini təmin etmədiyi üçün avtomobil tərəfindən saxlanılmış, duracağa yerləşdirilmiş, usta gətirib nasazlıqlar düzəldikdən sonra yenidən şəxs avtomobili ilə hərəkətinə davam etdirmişdir. Avtomobil duracağa yerləşdiriləndən sonra baxış keçirilmiş müəyyən edilmişdir ki, şüşə silgəcinin biri yoxdur, avtomobilin arxa şin stopları cihazları işləmir, nasazdır. Həmçinin konstruksiyada nəzərdə tutulmuş arxa mühafizə qurğusu, palçıqdan qoruyan fartuklar və brizqoviklər yox idi. Bu səbəbən də həmin şəxs barəsində tərəfindən protokol tərtib edilmişdir. Həmin protokola X5 tərəfindən “nasazlıq duracaqda usta aradan qaldırdı, avtomobili qəbul etdim heç bir şikayətim yoxdu” qeyd yazılaraq surəti materiala əlavə edilmişdir. Odur ki, şikayət əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə protorokol tərtib etmiş şəxsin izahatını dinləyərək, işdə olan sənədləri nəzərdən keçirib, sübutlara qiymət verərək belə hesab edir ki, şikayət aşağıda əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinərək barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmiş, həmin protokol əsasında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda barəsində inzibati xəta haqqında iş aparılan şəxsin imza olan qrafada X5 tərəfindən qeyd edilmişdir ki, “nasazlığı duracaqda usta aradan qaldırdı. Avtomobili qəbul etdim heç bir şikayətim yoxdu.” Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinin dizpozisiyasında göstərilmişdir ki, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyət vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarla xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, şikayətçinin barəsində tərtib olunmuş qərarın ləğv edilməsi üçün bildirdiyi halları əsassız kimi qiymətləndirir, həmin qərarın ləğvi üçün əsas ola bilmədiyi qənaətə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında tərtib olunan qərarın ləğvi yalnız inzibati xəta baş verməsini şübhə altına alan, xətanın tərkibini formalaşdıran əlamətlərin ziddiyyətli məqamlara əsaslanması, qərarın qanuna zidd və əsassız tərtib olunması hallarının mövcud olduğu təqdirdə mümkün sayıla bilər. Hazırkı iş üzrə belə halların mövcud olması aşkar edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər polis şöbəsinin DYPB-i tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər polis şöbəsinin DYPB-i tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar