Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-253/2025 06.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakimi Mustafayev Ceyhun Mustafa oğlunun, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1973-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: 06 mart 2024-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)- 395/2023 saylı qətnaməsinə əsasən icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X2 məhkəmədə bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-395/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 402.77 manat məbləğində pul vəsaiti alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Borcluya iş üzrə “icraata başlamaq haqqında” qərar, tələbin könüllü icrası haqqında bildiriş verilməsinə, dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, məbləğini ödəməyərək icra sənədini icra etməkdən yayınmışdır. Borclu icraata başlamaq haqqında qərarla tanış edilmiş və borcun ödəməsi üçün könüllü müddət verilmişdir. Bundan sonra Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, borcu tələbkara ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırkı vaxta Şəxs 285,40 manat borcu vardır. Buna görə də, icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-395/2023 saylı icra sənədinə əsasən ondan 402.77 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Oğlu müharibədə olduğu vaxtda ona telefon almış, daha sonra oğlu həmin telefonu satdığını bildirmiş, buna görə də borcunu ödəməmişdir. İcra sənədi üzrə borcundan işlədiyi müddətdə əmək haqqısından tutulmalar aparılmış, daha sonra sonuncu dəfə 40 manat ödəniş etmiş, lakin hal-hazırda heç bir yerdə işləmir, himayəsində xəstə oğlu var, maddi imkanı yoxdur. Borcunu ödəməkdən boyun qaçırmır, İcra Hakimiyyəti tərəfindən may ayında işlə təmin ediləcəyi halda ödənişini həyata keçirəcəkdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-395/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 402.77 manat məbləğində pul vəsaiti alınaraq ona ödənilməlidir. İcra sənədi üzrə ödənilməyən borcun borclu tərəfindən tam ödənilməsini, əks təqdirdə borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin 2(032)-395/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 402.77 manat məbləğində pul vəsaiti alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin 18 may 2023-cü i il tarixli qərarından görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-395/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə tələbin borclu Şəxs əmək haqqından 402 manat 77 qəpik hər ay 15 % miqdarında olmaqla tutularaq tələbkar Zərərçəkmiş şəxs kart hesabına, borc tam qurtardıqdan sonra əlavə olaraq 28 manat məbləğində 7 % icra ödənişini tutaraq Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin depozit hesabına köçürülməsi qərara alınmışdır. 06 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs icra sənədi üzrə olan borcunu icra etmədiyi üçün barəsində İXM-in 528.1ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxsnun əməlinin icra sənədinin icrasından üzürsüz olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Belə ki, Şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)-395/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Əksinə tərəfin vermiş olduğu izahatından onun icra sənədi üzrə borcunu ödəmək niyyətində olduğu, lakin maddi vəziyyəti ilə bağlı həmin borcu birdəfəlik ödəməyi imkan xaricində olduğu halı aşkar edilmişdir. Beləliklə, işdə olan sübutlarla Şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)-395/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini qismən icra edərək icra məmurunun qanuni tələblərini icra etdiyindən, təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-253/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-253/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver