Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-254/2025 06.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-3747/2022 saylı icra sənədinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X5 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-3747/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs xx.xx.2022-ci il tarixindən hesablanmaqla hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə borcluya "icraata başlamaq haqqında" qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsi icra olunmamışdır. Tərəflərindən borclunun müvafiq təşkilatlara edilmiş əmlak sorğuları nəticəsində borclunun adına heç bir əmlak aşkar olunmamışdır. İcra sənədi üzrə borclu Şəxs hüquq və vəzifələri, eləcə də aliment öhdəliyini yerinə yetirmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsinə dair xəbərdar edilməsinə baxmayaraq keçən müddət ərzində aliment üzrə ödənişlərini tam şəkildə etməmiş, nəticədə aliment üzrə borcu yaranmışdır. Borclu Şəxs yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün xx.xx.2023-cü il tarixində "borclunun axtarılması” barədə qərar qəbul edilərək icra olunması üçün Şirvan Şəhər Polis şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə borclu İbadov X7 Şəhəri üzrə İcra və probasiya şöbəsinə polis əməkdaşları tərəfindən gətirilmişdir. Şəxs barəsində xx.xx.2023-cü il tarixində AR İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, Şirvan Şəhər Məhkəməsinin 3(032)-1225/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı əsasında AR İXMin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 08 gün müddətinə inzibati həbs olunmuşdur. xx.xx.2023-cü il tarixində icra sənədi borclu Şəxs əmək haqqından tutulması üçün borclunun iş yerinə göndərilmişdir. Lakin borclunun işi mövsümi və əmək haqqı isə qeyri-sabit olduğundan bu icra sənədi üzrə tələbi tam şəkildə ödəməmişdir. Şəxs dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə, onunla fərdi söhbətlər aparılmasına baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Beləliklə, xx.xx.2025-ci il tarixinə Şəxs aliment üzrə borcu 4158.93 manat təşkil edir. İcra sənədinin icrası məqsədilə borclunun qeydiyyat ünvanı olan ünvan 2 ünvanda yaşamadığı müəyyən olunmuş və xx.xx.2025-ci il tarixdə "İcra haqqında" AR Qanunun 27-ci maddəsinə uyğun olaraq "borclunun axtarılması barədə" qərar qəbul edilərək icra edilməsi üçün Şirvan Şəhər Polis şöbəsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixində Şəxs polis əməkdaşları tərəfindən Şirvan Şəhəri üzrə İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Beləliklə, AR İXM-in 528.1-ci maddəsində də göstərildiyi kimi iş üzrə borclu Şəxs göstərilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də, məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-3747/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan xx.xx.2022-ci il tarixindən hesablanmaqla hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Hər ay əməkhaqqından pul tutulur. Tam şəkildə ödəməyə maddi imkanı yoxdur. İcra sənədi üzrə borcunu tam ödəmək üçün maddi imkanı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xəzər rayon Məhkəməsinin 2(003)-3747/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Şəxs xx.xx.2022-ci il tarixindən hesablanmaqla hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(032)-1225/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs barəsində axtarşı elan edilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Xəzər rayon Məhkəməsinin 2(003)-3747/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Şəxs aliment öhdəliyi ilə əlaqədar 400 manat ödəniş etmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə, borclu Şəxs icra sənədi üzrə əvvəllər müntəzəm olaraq ödənişlər etməsini (hazırki məhkəmə prosesindən əvvəl də borcundan 400 manat ödəniş etmişdir), borcunu gələcəkdə də ödəməkdən boyun qaçırmamasını, əməlinə tənqidi yanaşmasını nəzərə alır və belə qənaətə gəlir ki, onun əməlində icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməməsi tərkibi mövcud deyil və belə olan halda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-254/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-254/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver