Məhkəmə qərarları › İş №3(032)-256/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-256/2025

07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-256/2025 07.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Füzuli rayonu, Merdinli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, işləməyən, Füzuli rayonu, Qaraxanbəyli Ərazi Dairəsi, Qaraxanbəyli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-4482/2021 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən borclu Şəxs 29632.90 manat əsas, 2900 manat cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 32562.90 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Həmin icra sənədinin icrasını həyata keçirən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri İcra və probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4482/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 32562.90 (otuz iki min beş yüz altmış iki, 90) manat məbləğində pul vəsaiti alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra işi müvafiq olaraq xx.xx.2023-cü il tarixdə Füzuli Rayon İcra və probasiya şöbəsindən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə İş üzrə “icraata başlamaq haqqında” qərar, tələbin könüllü icrası haqqında bildiriş İcra sənədində qeyd olunan ünvana göndərilmişdir. Borclu Şəxs yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borc məbləğini ödəməyərək icra sənədini icra etməkdən yayınmışdır. Borclu şöbəyə dəvət edilərək ondan izahat alınmış, bundan sonra Şəxs xəbərdarlıq edilsə də, borcu tələbkara ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclunun yaşayış yeri məlum olmadığı üçün barəsində xx.xx.2025-ci il tarixdə axtarış qərarı qəbul edilərək Şirvan şəhər Polis şöbəsinə göndərilmiş və xx.xx.2025-ci il tarixdə gətirilərək İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Hazırki vaxta Şəxs Huseynqulu oğlunun 32562.90 manat (otuz iki min beş yüz altmış iki, 90) borcu vardır. Ona görə də, məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbiri barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək bildirdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4482/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 32562.90 (otuz iki min beş yüz altmış iki, 77) manat məbləğində pul vəsaiti alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı şəhərində kirayədə yaşadığından onun məhkəmə iclaslarından, yekun üzrə qəbul edilmiş qətnamədən xəbəri olmamışdır. Yeni işə düzələcəyi üçün şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyindən dəyişdirən zaman ona barəsində axtarış qərarı olduğunu bildirmişlər. İcra sənədindən məlumatı olmadığı üçün borcundan tələbkara heç bir ödəniş etməmiş, ona görə də icra sənədi üzrə borc hal-hazıradək ödənilməmiş qalmışdır. Eyni zamanda, nə icra məmurunun çağırışlarından yayınmaq, nə də məhkəmənin qərarını icra etməmək niyyəti yoxdur. Borcunu ödəməkdən boyun qaçımır, borcunu tam ödəmək üçün maddi imkanı yoxdur, növbəti aydan hər ay 5000 manat ödəniş edə bilər. Ailədə yeganə qazanc gətirən şəxs odur, bu səbəbdən də barəsində inzibati tənbeh tətbiq edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxsnın inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4482/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs cəmi 32562.90 (otuz iki min beş yüz altmış iki, 90) manat məbləğində pul vəsaiti alınaraq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4482/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə dair icra sənədi üzrə Füzuli rayon İcra və probasiya şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. Füzuli rayon İcra və Probasiya şöbəsinin 01 sentyabr 2023-cü il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4482/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə 31 avqust 2021-ci il tarixdə verilmiş icra vərəqəsi ərazi aidiyyəti üzrə icra olunması üçün Şirvan şəhər üzrə İcra və probasiya şöbəsinə göndərilmişdir. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş inzibati xətadan səmimi peşmançılığını məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar