Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-257/2025 10.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyil ilə, X1 xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarların ləğv edilməsinə dair verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X3 xx.xx.2025-ci il tarixdə şikayət ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, şikayət icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XVİİ fəslində qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarındanyuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda,şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İşin faktiki hallarından göründüyü kimi hazırkı iş üzrə şikayət vermiş şəxs X3 şikayət ərizəsində tərtib edilmiş olan 2 inzibati inzibati xəta haqqında iş üzrə qərarı mübahisələndirir. Qeyd edilən hüquqi aktlar (2 inzibati xəta haqqında iş üzrə qərar) üzrə işə isə bir şikayət əsasında bir icraatda baxılması və onlara bir icraat çərçivəsində hüquqi qiymət verilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət geri qaytarılmalı, şikayət vermiş şəxsə inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş qaydada yuxarıda qeyd edilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayətin verilməsi üçün müddətin ötürüldüyü təqdirdə isə buraxılmış müddətin bərpasına dair vəsatətlə qərarı qəbul etmiş orqana müraciət etmək etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar aldı: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarlardan verilmiş şikayəti geri qaytarılsın. X2 inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş qaydada nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayətin verilməsi üçün müddətin ötürüldüyü təqdirdə isə buraxılmış müddətin bərpasına dair vəsatətlə qərarı qəbul etmiş orqana müraciət etmək etmək hüququ izah olunsun. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-257/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-257/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver