Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-26/2023 30.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarını müəyyən edilmiş 03 (üç) ay müddət ərzində ödəməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, nəqliyyat vasitəsini idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə EQ ******* nömrəli protokol üzrə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarını müəyyən edilmiş 03 (üç) ay müddət ərzində ödəmədiyindən və bununla da İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X1 İnternet Portalından çıxarışın surətindən görünür ki, Şəxs EQ ******* nömrəli qərarla ona təyin edilmiş cəriməni ödəmədiyinə görə, cərimənin üzərinə əlavə olaraq 6 (altı) məbləğində dəbbə pulu hesablanmış və Şəxs ödəməli olduğu ümumi məbləği 16 (on altı) manat təşkil etmişdir; İş materiallarına əlavə edilmiş ASAN ödəniş portalından çıxarışdan görünür ki, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə cərimə dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 529.3-cü maddəsinin Qeydinə əsasən Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur; 145.1.4.-cü maddəsinə əsasən İXM-də şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda iş üzrə icraata xitam verilir; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan üzərinə qoyuluş cərimə öhdəliyini yerinə yetirməmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə baxış dövründə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs tərəfindən 16 (on altı) manat məbləğində cərimə borcunun tam şəkildə ödənilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs cərimə borcunu tam olaraq ödədiyindən inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev İş № 3(032)-26/2023 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU ŞİVAN ŞƏHƏR MƏHKƏMƏSİ 30 yanvar 2023-cü il Şirvan şəhəri Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 15:40-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Katib məruzə edərək bildirir ki, inzibati xəta törətmiş şəxsə və inzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və nümayəndələrinin iştiraklarını təmin etməyərək bunun səbəbi barədə məlumat verməmişlər. Sədrlik edən yerində müşavirə edib, qərara alır: - Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən işə inzibati xəta törədən şəxsin və inzibati protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilsin. Sədrlik edən iş materiallarını nəzərdən keçirir. Məhkəmə qərar qəbul etmək üçün müşavirə otağına gedir, müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan şikayət vermə müddətini və qaydasını izah edir. Məhkəmə iclası saat 15:45-də bağlı elan olunur. İclas protokolu 30 yanvar 2023-cü il tarixdə tərtib edilmişdir. Sədrlik edən: Katib: BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ № İş materiallarına əlavə edilmiş sənədlərin Vərəq Qeyd SİYAHİSİ 1 Protokol, qərardad, məktub və ona əlavə olunmuş sənədlər, məktub, 01 – 07 2 Bildiriş, reyestr, portal çıxarışı, protokol, qərar, məktub, reyestr, 08 – 16 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 Cəmi: ___ ___ vərəq Məhkəmə iclas katibi ________________ İMZA AZƏRBAYCAN RESPUBLİKASİ ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ AZ1800 Şirvan şəhəri, 20 Yanvar küçəsi 16, Tel.: № /021/ 215-00-05, Faks: /021/ 215-42-36 www.shirvancourt.gov.az, e-mail contact@shirvancourt/gov/az 3(032)-26/2023 01 fevral 2023-cü il Şirvan regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin rəisi cənab Anar Cəfərova Hörmətli Anar müəllim, Şirvan şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 3(032)-26/2023 saylı qərarın surəti icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “01” vərəqədə Şirvan şəhər Məhkəməsinin Ceyhun Mustafayev hakimi: 3(032)-26/2023 01 fevral 2023-cü il Şirvan regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin rəisi cənab Anar Cəfərova Hörmətli Anar müəllim, Şirvan şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 3(032)-26/2023 saylı qərarın surəti icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “01” vərəqədə Şirvan şəhər Məhkəməsinin Ceyhun Mustafayev hakimi: AZƏRBAYCAN RESPUBLİKASİ ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ AZ1800 Şirvan şəhəri, 20 Yanvar küçəsi 16,Tel.: № /021/ 215-00-05,Faks: /021/ 215-42-36 , e-mail: Elektron ünvan 3(032)-26/2023 01 fevral 2023-cü il Bakı şəhəri, Xətai rayon Polis idarəsinə Ünvan:AZ 1121, Bakı şəhəri, Ceyhun Həsənov küçəsi 52 Şirvan şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 3(032)-26/2023 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “01” vərəqədə Şirvan şəhər Məhkəməsinin hakimi: Ceyhun Mustafayev 3(032)-26/2023 01 fevral 2023-cü il Bakı şəhəri, Xətai rayon Polis idarəsinə Ünvan:AZ 1121, Bakı şəhəri, Ceyhun Həsənov küçəsi 52 Şirvan şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 3(032)-26/2023 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “01” vərəqədə Şirvan şəhər Məhkəməsinin hakimi: Ceyhun Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSi AZ1800 Şirvan şəhəri, 20 Yanvar küçəsi 16,Tel.: № /021/ 215-01-51,Faks: /021/ 215-42-36 www.shirvancourt.gov.az, e-mail: Elektron ünvan 3(032)-26/2023 01 fevral 2023-cü il Şirvan şəhəri, Mehmandarov küçəsi 10/5-də yaşayan Şəxs Şirvan şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 3(032)-26/2023 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “01” vərəqədə Şirvan şəhər Məhkəməsinin hakimi: Ceyhun Mustafayev 3(032)-26/2023 01 fevral 2023-cü il Şirvan şəhəri, Mehmandarov küçəsi 10/5-də yaşayan Şəxs Şirvan şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 3(032)-26/2023 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “01” vərəqədə Şirvan şəhər Məhkəməsinin hakimi: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-26/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-26/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver