Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-265/2023 15.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qııznın iştirakı ilə xx.xx.1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2023-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrı yetirmişdir. İnzibati xəta hadisənin olması xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin, zərərçəkmiş şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 2019-cu il tarixdə Səxavət ilə evlənmiş və birgə nikahlarından bir övladı olmuşdur. 07 yanvar 2023-cü il tarixdə əri Səxavətin keçmiş arvadı Kəmaləni yaşadıqları evin həyətyanı sahəsinə daxil olduğunu görmüş, həyətyanı sahədə Kəmalə onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, o, Kəmalədən sakit olmasını və nalayiq ifadələr işlətməməsini tələb etmişdir. Lakin Kəmalə nalayiq ifadələr işlətməyə davam etmiş, bu zaman əri Səxavət Kəmaləni həyətyanı sahədən uzaqlaşdırmış, sonra Kəmalə küçədə dayanaraq yenidən nalayiq ifadələr işlətməyə başlamışdır. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 2019-cu il tarixdə keçmiş əri Səxavətdən Şirvan şəhər Məhkəməsinin qətnaməsi ilə ayrılmış və məhkəmə üç övladının əri Səxavətdə qalmasına qərar vermişdir. Məhkəmə tərəfindən həftənin şənbə və bazar günləri və bayram günləri övladları ilə görüşməsi barədə qərar çıxarılmışdır. 07 yanvar 2023-cü il tarixdə saat 14 radələrində keçmiş əri Səxavətə zəng vuraraq övladlarını görmək üçün gələcəyini bildirmiş, sonra yaşadığı Salyan rayonundan çıxaraq Səxavətin yaşadığı ünvanda olan zaman qapını Ayna açmış, sonra Ayna onun saçından tutaraq geriyə çəkmişdir. Bundan sonra küçəyə çıxmış və DİN-nin 102 xidmətinə zəng vuraraq Ayna tərəfindən döyülməsi barədə məlumat vermişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 08 saylı məhkəmə-tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol əlin arxa səthində 2,3x1,8 sm ölçüdə qeyri-bərabər çəhrayımtıl-qırmızı rəngdə qançır var. Digər xəsarət aşkar olunmadı. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə,xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, işin bütün halları məhkəmə tərəfindən nəzərə alınır. Belə ki, məhkəmə, eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, qadın olması, himayəsində azyaşlı uşağın olması, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi iş üzrə məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınır. Ağırlaşdıran halların olması isə məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibari xətanının törədilməsində təqsirli bilinərək onun barəsində minimum həddə cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada tədim edildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-265/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-265/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver