Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-265/2025 12.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri Yol Patrul xidməti baş inspektor polis leytenantı X1 iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Salyan rayonu, Pambıqkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Salyan rayonu, Pambıqkənd kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:10 radələrində Şirvan şəhəri, F.Eynullayev küçəsində “VAZ 21074” minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolda göstərilən xüsusatları təsdiq edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə ad günündən çıxmış, içkili vəziyyətdə olmuşdur. Ad günündən çıxan zaman maşını avtoyumaya vermək istəmişdir. Bu zaman post patrul xidmətinin əməkdaşları ona yaxınlaşmışlar, sonra YPX əməkdaşlarına məlumat verdilər. Sərxoş vəziyyətdə sürücülük hüququ olmadan avtomobili idarə etmişdir. Hazırda əməlindən səmimi peşmandır. Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin baş inspektoru polis leytenantı X2 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 21:10 “VAZ 21074” minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili yüksək surətlə idarə etdiyini görmüş, lakin manevretmə qaydaların pozduğundan ona saxla əmri verə bilməmişdir. Bu səbəbdən post patrul əməkdaşlarına onu saxlamaqlarını bildirmişdir. Onu alkotestr müayinəsindən keçirtmiş, sərxoş vəziyyətdə olduğunu aşkar etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 01901 saylı protokollaşdırma sənədindən görünür ki, Şəxs alkoqolun miqdarı 0,886 0/00 müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334,1, 332.1 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Xəta törədən şəxsin əməlindən peşmançılıq çəkməsi və vətən müharibəsi iştirakçısı olması məhkəmə tərəfindən iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi və inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal olaraq müəyyən edilmiş olsa da, həmin hallar bilavasitə məsuliyyət müəyyən edən xətanın dispozisiyasında qeyd edildiyindən yenidən həmin xüsusatların məsuliyyəti ağırlaşdırlan hallar kimi qiymətləndirilməsi “non bis in idem” (bir əmələ görə iki dəfə cəzalandırılmaq) prinsipinə zidd olması nəzərə alınmalıdır. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə ittiham olunduğu inzibati xətanı törətməsi sübuta yetirildiyindən, İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiq edilməlidir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, xəta törədən şəxsin şəxsiyyətini, əməlinə olan münasibətini, həmçinin əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-265/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-265/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver