Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-266/2023 16.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, ünvan 1 ünvanında yşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 523.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsin sahə rəisi Qabil Əlizadə tərəfindən tərtib edilmiş 15 fevral 2023cü tarixli inzibati xəta haqqında protokola görə, Şəxs 15 fevral 2023-cü il tarixdə, saat 19.00 radələrində Şirvan şəhəri, H.Əliyev küçəsində yetkinlik yaşına çatmayan övladını avaralığa cəlb etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, böyrək çatışmamazlığından, həmçinin baş nahiyyəsindəki şişdən əziyyət çəkir. Maddi imkanı olmadığından oğlu Hüseyn ona kömək məqsədi ilə salfet satmışdır. Onun salfet satmağından o, polis əmkdaşları tərəfindən deyildikdən sonra məlumatlı olmuşdur. Xəstə olması ilə bağlı oğluna tam nəzarəti həyata keçirə bilməmiş və belə bir nəticə ilə rastlaşmışdır. O, hazırda oğlunun bu cür hərəkətinə tam nəzarət etmədiyinə görə əməlindən peşmandır, səhhətini və maddi vəziyyətinin ağır olmasının nəzərə alınmasını məhkəmədən xahiş edir. Həmçinin bildirmişdir ki, o işsiz kimi qeydiyyata alınmışdır, lakin hələ də işlə təmin edilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində şəhərin H.Əliyev küçəsində xidmətdə olarkən Şirvan şəhər sakini Şəxs himayəsində olan yetkinlik yaşına çatmayan övladını avaraçılığa cəlb etdiyi tərəflərindən aşkar edilmişdir. Belə ki, xidmətdə olduğu zaman Şəxs oğlu X1 salfet satdığını görmüş və bununla bağlı inzibati qaydada protokol tərtib olunması üçün aidiyyəti üzrə polis şöbəsinə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: 15 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 523.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 523.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilməsinə görə əlli manatdan doxsan manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda beş gündən on beş günədək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsində qeyd edilmişdir ki, bu maddədə “avaralıqla məşğul olan” dedikdə - müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 523.2-ci maddəsinin qeyd hissəsində göründüyü kimi avaralıqla məşğul olma dedikdə - mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür. Hazırkı inzibati xəta haqqında işdə isə xırda oğurluq halı, həmçinin dinlənçilk halı aşkar edilməmişdir, eyni zamanda bu hallar olsa belə mütəmadilik halı aşkar edilməmişdir. Bununla yanaşı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin də, izahatından görünür ki, o, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada işaxtaran və ya işsiz kimi qeydiyyata alınmışdır. Bu da bir daha barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin İXM-nin 523.2-ci maddəsinin qeyd hissəsində nəzərdə tutulmuş istisna hala aid etmək üçün əsas verir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 523.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə sübutlara və işin faktiki hallarına qiymət verərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 523.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 523.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-266/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-266/2023
16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver