Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-268/2025 11.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, X1 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə Bakı şəhər DYPİ Yol Patrul Xidməti inspektoru Polis Baş X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-üi il tarixli, TP ******* nömrəli elektron qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə istifadəsində olan 1995-ci il buraxılışlı, “Mercedes Benz” minik markalı, ** CE *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə şəxsi işləri ilə əlaqədar Bakı şəhəri 20 Yanvar dairəsində hərəkətdə olduğu zaman işıqforun qırmızı işığında nəqliyyat vasitəsini saxlamışdır. Cərgə üzrə dayanan nəqliyyat vasitələri işıqforun yaşıl işığı yandıqdan sonra hərəkətə başlamışlar. O, öz növbəsində hərəkətə başlamışdır. 20 Yanvar dairəsini döndükdən sonra YPX-nin əməkdaşlarının xidməti avtomobillə ona işarə etməklə saxlamışlar. YPX əməkdaşından (döş nişanı 1646) onu saxlama səbəbini soruşduqda ona işıqforun qırmızı işığında keçməyini bildirmişlər. O, işıqforda birinci cərgədə durmağını, digər nəqliyyat vasitləri ilə birlikdə hərəkətə başlamağını bildirmişdir. Əlavə olaraq, yol hərəkəti üzrə hər hansı bir qayda pozuntusu etsəydi, bununla bağlı protokolun və çəkilişin ünvanına göndərilməsi təmin olunmasını bildirmişdir. Ona hər hansı bir sübut təqdim edilmədən barəsində İXP ******* saylı protokol əsasında 100 manat 3 bal məblərində İXM-nin 327.2-ci maddəsi ilə TP ******* nömrəli elektron qərar qəbul edilmişdir. Elektron qərarın qəbul edilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə məlumat almışdır. Elektron qərarın qəbul edilməsini araşdırdıqda ona yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi qaydalarının pozulması əsasında İXM-nin 327.2-ci maddəsinin tələblərinin pozmasını qeyd edilmişdir. Hesab edir ki, qeyd edilən elektron qərar qanunsuz və əsassız tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri BPİ-nin X10 İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin nümayəndə məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirib, sübutlara qiymət verərək belə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 11:32-də 20 Yanvar dairəsi istiqamətində “Mercedes Benz E 230” minik markalı, ** CE *** dövlət qeydiyyat avtomobili ilə hərəkətdə olan svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətindavam etdirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat məbləğində cərimə edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(106)-111/2025 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)-1115/2024 saylı qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, X4 100 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyət vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, şikayətçinin barəsində tərtib olunmuş qərarın ləğv edilməsi üçün əsas olan sübutları məhkəməyə təqdim etmədiyindən, onun şikayət ərizəsində göstərmiş olduğu mülahizəsini əsassız kimi qiymətləndirir. Həmin məcəllənin 124.2-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Qeyd olunan maddənin məzmununa əsasən inzibati xətaların foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə biləcəyi və bunun əsasında da inzibati xəta haqqında qərar qəbul edilə biləcəyi mümkünlüyü birmənalı olaraq qanunverici tərəfindən müəyyən olunmuşdur. Məhkəmə tərəfindən müvafiq araşdırma aparılaraq müəyyən edilmişdir ki, ** CE *** dövlət nömrə nişanlı, “Mercedes Benz E 230” markalı minik avtomobilin işıqforun sarı işığında yol hərəkətinə davam etməsi müəyyən edilmiş, bunun əsasında da elektron qərar qəbul edilmiş və şəxs haqlı olaraq cərimələnmişdir. Belə ki, inzibati xətanın təhlükəsiz şəhər kameraları vasitəsilə aşkara çıxarılması ilə əlaqədar qanunverici tərəfindən hər hansı bir istisna müəyyən edilməmişdir. Hazırki vəziyyətdə isə inzibati xətanın baş verdiyini təsdiq edən sübut kimi müşahidə kamerasının foto və video görüntülərinin obyektivliyi şübhə altına alına bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhər DYPİ Yol Patrul Xidməti İnspektoru Polis Baş X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayəti təmin edilməsin. Bakı şəhər DYPİ Yol Patrul Xidməti İnspektoru Polis Baş X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-268/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-268/2025
11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver