Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-269/2025 13.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri Polis şöbəsinin İTB-nin sahə rəisi X2, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Şəxs 18 fevral 2025-ci il tarixdə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 33, mənzil 141-də yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdə döyərək sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, övladı Nihan Nurullayevanın təhsil aldığı Şirvan şəhəri 10 saylı orta məktəbin müəlliməsi olan Leyla müəllimə ona zəng vuraraq, məktəbə dəvət etmiş, o, heç bir etiraz etmədən onun dəvəti ilə məktəbə getmiş, Leyla müəllimə həm də qızı Nihanin ana dili və ədəbiyyat fənni üzrə müəlliməsidir. Leyla müəllimənin xidməti otağına getmiş, müəllimə ona övladı Nihanın dərsləri barədə söhbət etdikdən sonra mobil telefonunda Nihana aid olan videonun olmasını söyləmiş, o, nahatçılıq içərisində Leyla müəllimədən qızına aid nə videosunun olmasını soruşmuş, Leyla müəllimə mobil telefonunda ona qızı Leylanın parkdakı oturacaqda əyləşməsini, qarşısında isə bir nəfər qızı ilə həmyaşıd oğlanın əyləşmiş vəziyyətdə söhbət etməsinin videosunu təqdim etmişdir. Çəkilişə baxan zaman orada qızı ilə tanımadığı, lakin qızı ilə həmyaşıd olan bir nəfər oğlanın söhbət etməsini görmüş, lakın oğlanın qızının qarşısında nə səbəblə o formada yerdə oturmasını anlaya bilməmişdir. Sonra Leyla müəllimədən həmin videonu göndərməsini xahiş etmiş, Leyla müəllimə heç bir etraz etmədən həmin videonu whatsapp vasitəsi ilə göndərmiş. sonra qızı Nihandan həmin onunla videoda sohbət edən kəsin kim olduğunu soruşmu, qızı Nihan həmin kəsin qonşuluqda yaşayan Yusif adlı oğlanın olmasını bildirmişdir. Təxminən saat 18 radələrində qızı ilə birgə Yusifin yaşadığı binanın yuxarı mərtəbəsinə qalxmış, qızı qapının yanında ondan arxada dayanmış, o, qapını döydükdən sonra qapını azayaşlı oğlan açmış, qızı Nihandan həmin oğlanın Yusif olub-olmamasını soruşmuş, qızı onun Yusif olmasını təsdiqlədikdən sonra, Yusifə evdə onun valideynlərinin olub-olmamasını soruşmuşdur. Yusif ona anasının evdə olmasını söyləyərək, onu yaşadığı evə dəvət etmiş, o,evin ilkin olaraq koridor hissəsinə gəldikdən sonra, evdə hər hansı bir münaqişə olmaması üçün Nihana evə daxıl olmamasını söyləmişdir. Bu vaxt Yusifdən anasının harada olmasını soruşmuş, Yusif ona 5 dəqiqəyə anasının gələcəyini demiş, sonra Yusifə mobil telefonunda olan hansı ki, müəllimənin göndərmiş olduğu videonu açaraq evin koridorunda təqdim etmişdir. Daha sonra evi tərk edərək getmişdir. Yusifə heç bir xəsarət yetirməmiş, yalnız onun köynəyinin yaxa nahiyəsindən tutaraq, arxaya doğru itələmişdir. Zərərçəkmiş şəxs onun barəsində dedikləri yalan, şər və böhtandır. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 18 fevral 2025-cı il tanxində saat 13 radələrində oxuduğu məktəbdən çıxaraq yaşadığı evə gəlmiş, saat 18 radələrində evdə olduğu zaman yaşadığı evin qapısı döyülmüş, qapını açan zaman bir qadının dayandığını görmüş, sonra həmin qadın qəfildən sağ üz nahiyəsinə şillə zərbə vurmuş, nalayiq ifadələrdə təhqir etmişdir. Həmin qadının qızı ilə parkda olan videosuna münasibətdə isə bildirdi ki, o, Nihan ilə şəhərin Səməd Vurğun adlanan parkında oturmuş, ona qarşı hər hansı məcbur hərəkət etməmişdir. Həmçinin videonun kim tərəfindən çəkilməsindən xəbəri yoxdur. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 etdiyi əmələ görə bağışlamadığını bildirərək, məhkəmədən sonuncunun barəsində ən ağır inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin ifadələrini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla X1 inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respulikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertizası və Pataloji Anatomiya Birliyi” X16 24 fevral 2025-ci il tarixli, 88 saylı ekspert rəyinədə göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-boyunun sol yan səthində sıyrıqlar- küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 18 fevral 2025-ci il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətə aid olduğu üçün dərəcələri təyin edilmir. Bundan başqa, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, X1 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti icra olunması üçün Şirvan şəhər X12 Təhlükəsizlik bölməsinə həvalə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeydinə əsasən bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən X1 məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən X1 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, X8 ilə Şəxs birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X9 adlı uşaqları vardır. Şirvan şəhər Məhkəməsinin 2(032)-651/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Şəxs ilə X8 arasında xx.xx.2012-ci ildə Şirvan şəhər Qeydiyyat şöbəsində bağlanmış 15 saylı nikah qeydi ləğv edərək, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X9 anaları – Şəxs himayəsində saxlanılması, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2016cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla cavabdeh X4 iddiaçı Şəxs xeyrinə hər ay bir uşağa görə 125 manat olmaqla, ümumilikdə 250 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə, İXM-nin 30.2-ci maddəsinin tələblərinini, bundan əlavə inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, X3 İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-269/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-269/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver