Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-27/2023 19.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Heydərov Fərrux Fəttah oğlunun katibliyi Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2, İnzibati xəta törətmiş Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Cavidi X1 rayon Məhkəməsinin 2(071)-318/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-318/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən ondan hər ay sabit pul məbləğində 200 manat aliment alınaraq tələbkar Cavidi (Babayeva) Şəfəq Vahid qızına verilməsi qət edilmişdir. Borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Aliment borcundan boyun qaçırmır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-318/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 200 manat sabit pul məbləğində aliment alınaraq Cavidi (Babayeva) Şəfəq vahid qızına verilməlidir. İcra sənədləri müvafiq qaydada icraata daxil olduqdan sonra “ icraata başlamaq haqqında” qərar qəbul edilərək könüllü icrası barədə bildirişin rəsmi qəbul edilməsinə və xəbərdarlıqlara baxmayaraq Şəxs icra sənədi üzrə tələbi təmin etməmişdir. Şəxs barəsində tətbiq edilmiş məcburi icra tədbirlərinə baxmayaraq o, nəticə çıxarmayaraq tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına şərait yaratmışdır. Borclu icra sənədinin icrasından yayınaraq icra məmurunun çağırışlarına üzrsüz səbəbdən gəlmədiyindən borclunun məcburi gətirilməsi üçün məhkəməyə məhkəməyə müraciət edilmiş, həmçinin olduğu yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarılması haqqında qərar qəbul edilərək icra edilməsi üçün Şirvan şəhər polis şöbəsinə göndərilmişdir. Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Şəxs saxlanılaraq xx.xx.2023-cü il tarixdə İcra və probasiya şöbəsinə təhvil verilmişdir. İş üzrə borclu Şəxs yazılı izahatı alınmaqla hüquq və vəzifələri yenidən izah olunmuş və icra sənədi üzrə olan borcunu ödəməsi tələb edilmişdir. Lakin borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki: Şirvan şəhər Polis Şöbəsinin axtarışda olan borclunun yerinin müəyyən olunması barədə xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, borclu kimi axtarışda olan Şirvan şəhər sakini Şəxs yeri xx.xx.2022-ci ildə Bakı şəhərində yeri müəyyən edilərək Şirvan şəhər Polis şöbəsinə gətirilmiş və protokol tərtib edilərək Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə təqdim edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarlarının uzun müddət icra olunmaması və şəxsin uzun müddət qanuni qüvvəsinə minmiş məhkəmə qətnaməsindən icrasından boyun qaçırmasını, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Beləliklə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası ilə nəzərdə tutulmuş müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 19 yanvar 2023-cü il tarixdən, saat 17:25-dən hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-27/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-27/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver