Məhkəmə qərarları › İş №3(032)-274/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-274/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-274/2024 27.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İİİ dərəcəli əlil, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində Şirvan şəhəri 1 May küçəsində polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, onun oğlu törətmiş olduğu cinayətlə əlaqədar olaraq polsi şöbəsində saxlanılır. xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində CM-nin 29, 120-ci maddəsi ilə təqsirləndirilən oğlu X7 prokurorluq tərəfindən ifadənin yerində yoxlanılması məqsədi ilə hadisə yerinə gətirmişdirlər. Həmin vaxtı o da, digər qohumları kimi həmin ərazidə olmuşdur. Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirdikdən sonra Şəxs ərazidən aparmaq istəyərkən onun xalaları, nənəsi və digər qohumları onun hadisə yerindən aparılmasına mane olmaq istəmişdirlər. Həmin vaxtı o da, orda olmuşdur. Onun tərəfindən polis işçilərinin işinə maneə olma halı olmamışdır. O sadəcə polis əməkdaşları tərəfindən Elnura qarşı zor tətbiq edilməsinə narazılığını bildirmişdir. Polis əməkdaşları ilə mübahisə etməmişdir. Hazırda əməlindən peşmandır, İİİ dərəcəli əlil olmasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbet tətbiq edilməsini xahiş edir. Şirvan şəhər Polis şöbəsinin KH-nin konvoyu polis baş serjantı X3 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci madəlləri ilə təqsirləndirilən şəxs qismində saxlanılan X1 şəhər prokurorluğunun qərarı ilə ifadənin yerində yoxlanılması bitdikdən sonra vəkilin xahişinə əsasən İbrahimin qardaşı ilə görüş keçirəndən sonra valideyləri, qohumları onların üstünə hücum çəkmiş, məqsədləri İbrahimi qaçırmaq olmuşdur. Daha sonra İbrahimi gətirdikləri PPXB-nin aftopatruluna mindirmək istəyərkən təqsirləndirilən şəxs X7 aftopatrula minməkdən boyun qaçıraraq onlara müqavimət göstərən zaman yaxınlıqda olan atası Şəxs və qardaşı Məzahim Əsədov onu polis şöbəsinə gətirilməsinə maneçilik törədərək onların ünvanlarına nəlayiq söyüşülər söyərək ətrafdakıları yanına toplamağa çalışırdılar. Bundan kifayətlənməyən atası Şəxs onun yaşadığı ünvana gedərək evdəki ailə üzvülərini təhdid edərək, nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində Şirvan şəhəri 1 May küçəsində polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Şirvan şəhər prokurorluğunun böyük müstəntiqi X9, Şirvan şəhər Polis şöbəsinin KHnin konvoyları polis baş serjantı X5 və polis baş serjantı X2 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan X1 şəhər prokurorluğunun qərarı ilə ifadənin yerində yoxlanılması bitdikdən sonra onu gətirdikləri PPXB-nin avtopatruluna mindirmək istəyərkən təqsirləndirilən şəxs X7 minməkdən boyun qaçıraraq onlara müqavimət göstərən zaman yaxınlıqda olan atası Şəxs və qardaşı İbrahim Əsədov onu Polis şöbəsinə gətirilməsinə maneəçilik törətmiş və onların ünvanlarına nalayiq söyüşlər söymüşdür. Adları qeyd olunan şəxslər aktın doğrulunu öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində Şirvan şəhəri 1 May küçəsində polis əməkdaşlarının iş faəliyyətinə maneə törətmiş və polis qanuni tələblərinə əməl etməmişdir. Bununla da, Əsədov X4 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Bundan başqa xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.” Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Əsədov X4 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 09 (doqquz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 27 mart 2024-cü il tarixdən, saat 19:20-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar