Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-275/2024 26.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə X1 iştirakı ilə, X4 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə vermiş olduğu şikayətə baxaraq MÜƏYYƏNETDİ X3 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi, özünə məxsus olan “VAZ 2107” markalı, ** BK *** nömrəli nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində hərəkətdə olarkən arxadan ** YP *** “BMW” markalı yol polis maşınının yaxınlaşdığını görmüşdür. Yan tərəfdən şüşəsini açıb ona əli ilə işarə verərək “boş yerdə saxla səninlə işimiz var” bildirmişdir. Müəyyən olunmuş yerdə maşınını saxladı. Yol polis əməkdaşı olan polis serjantı Samir Kazımov ona yaxınlaşaraq bildirdi ki, “nə üçün maşınının üzərində arxa mühafizə qurğusu olan brizqoviklər yoxdur”. Cavabında ona bildirmişdir ki, “xahiş edirəm, mənə xəbərdarlıq edib buraxın, alıb vuraram”. Elə sözlər əsnasında yol polis əməkdaşı ondan “nəyin var, nəyin yoxdur, bizə nə verərsən” deyərək pul tələb etdi. Onlara bildirmişdir ki, “üstümdə pul azdır, həm də burada yaşamıram xahiş edirəm buraxın yoluma davam edim”. Bu zaman yol əməkdaşı olan polis sejantı X5 digər yol polis əməkdaşı olan Samir Kazımova tapşırdı ki, maşını cərimə meydançasına aparsın. Samir Kazımov və Vüqar Şirinov heç bir protokol, akt tərtib etmədən, hadisə yerində icazəsiz maşınına daxil oldular. Yol polis əməkdaşları xidməti maşınlarında oturub öz aralarında nəisə söhbət edərkən onlara yaxınlaşıb bildirmişdir ki, özünə su alıb icmək istəyir. Təxminən 500 metr məsafədə Lökbatan dairəsi yaxınlığında olan köşkdən su alıb qayıdanda görmüşdür ki, yol polis əməkdaşları olan Vüqar Şirinov və Samir Kazımov hansı məqsədlə daxil olduqlarını bilmədən avtomobilinə daxil olurdular. Sonda maşını bir evakuatora mindirib ona məlum olmayan yerə aparmışlar. Maşının qapıları və pəncərələri tam şəkildə açıq idi, açar da özündə idi. Dəfələrlə DİN-nin 102 xidmətinə zəng edib şikayətini bildirmiş, lakin ona heç bir köməklik olunmamışdır. Onların bu cür qanunsuz hərəkətlərini uzaq məsafədən videogörüntü ilə qeydə almışdır. Odur ki, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərara xitam verilməsini xahiş etmişdir. X3 şikayəti müdafiə edərək polis əməkdaşının onu heç bir əsas olmadan saxlamasını, ona qarşı hörmətsiz davranmalarını, avtomobilinə ondan xəbərsiz daxil olmalarını, heç bir sənədə imza etmədiyini, onu əsassız ittiham etdiklərini, qərarı sonradan polisdən aldığını bildirmişdir. Barəsində tərtib edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən Azərbaycan Respublikası DİN-nin DYPB-yə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, Azərbaycan Respublikası DİN-nin DYPB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işdə olan sübutlara qiymət verərək hesab edir ki, şikayət ərizəsi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərara əsasən X6 xx.xx.2024-cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 14-cü km ərazisində ** BK *** dövlət qeydiyyat nömrəli, “VAZ 21074” minik markalı avtomobili ilə hərəkətdə olan zaman konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 342.5 və 342.2.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinin dizpozisiyasında göstərilmişdir ki, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2-ci maddəsinə görə sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında sürücü X4 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması halları mübahisəli olduğundan, barəsində tərtib edilmiş inzibati qərarlar konkret olaraq müəyyən edilməmiş və bu hal onun inzibati məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər əsas vermir, odur ki, X1 şikayəti qismən təmin edilməlidir. Şəxs protokolla razılaşmadıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə dəfələrlə inzibati qərarı qəbul etmiş orqana sorğu ünvanlayaraq qərarın qəbul edilməsi üçün əsas olan sübutların məhkəməyə göndərilməsini tələb etsə də, səlahiyyətli orqan nə nümayəndənin iştirakını təmin etməmiş, nə də ki, sübut təqdim etməmişdir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında işin hallarına obyektiv qiymət vermək mümkün olmadığına görə məhkəmə hesab edir ki, X6 barəsində qəbul olunmuş qərar ləğv olunmalı və araşdırma aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə göndərilməlidir. Material üzrə təkrarən araşdırma aparılarkən sürücü X6 BDYPİ-nə dəvət olunmalı, ondan müvafiq izahat alınmalı, sonuncunun irəli sürdüyü dəlillər yoxlanılmalı və sonda əsaslı və qanuni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-cü maddəsini rəhbər tutub, QƏRARALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis Baş X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə qərarın ləğv edilməsi barədə X4 şikayət ərizəsi qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında qərara yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-275/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-275/2024
26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver