Məhkəmə qərarları › İş №3(032)-276/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-276/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-276/2025 18.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, X6 tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 25798472 nömrəli elektron qərarının ləğv edilməsinə dair verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 25798472 nömrəli elektron qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 353.2-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25798472 saylı inzibati tənbeh vermə haqqında qərarından Şirvan şəhər Məhkəməsinə şikayət vermişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25798472 saylı qərarından verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 25798472 nömrəli elektron qərardan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə saat 01:24:31-M-2 47.9 km-də Qaradağ rayonu Səngəçal qəsəbəsi Bakı istiqamətində “X8 yük” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İXM-in 129.1.3-cü maddəsində göstərilmişdir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət- şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə aiddir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenuçunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Beləliklə, İXM-in 110.1 və 129.1.3-cü maddələrindən, habelə Konstitusiya Məhkəməsi Plenumunun Qərarından göründüyü kimi, istər inzibati xəta haqqında protokola, istərsə də inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanların (vəzifəli şəxslərin) qərarından verilən şikayətlərə inzibati xəta haddisənin törədildiyi yerin məhkəməsində baxılmalıdır. Hər iki halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən işə onun yaşadığı yerinə məhkəməsində baxıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibatı Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibatı xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 29.1-ci maddəsində qeyd edilmişdir ki, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. X2 çıxarışdan görünür ki, X1 rayonu Azadkənd Ərazi dairəsi Azadkən kəndində qeydiyyatdır. X6 inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə və ya vəsatətinə əsasən qeydiyyatda olduğu yer üzrə, yəni Sabirabad Rayon Məhkəməsinə şikayət verməli olduğu halda aidiyyət qaydalarını pozmaqla Şirvan Şəhər Məhkəməsinə şikayət vermişdir. İXM-in 132.1.1-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmaması məsələsi həll edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayəti geri qaytarılmalı, şikayət vermiş şəxsə inzibati xəta haqqında iş üzrə qərardan (şikayətin verilməsi üçün müddətin ötürüldüyü təqdirdə isə buraxılmış müddətin bərpasına dair vəsatətlə qərarı qəbul etmiş orqana müraciət etməklə) aidiyyatı üzrə məhkəməyə şikayət vermək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və İXM-nin 129.1.3-cü və 132.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət vermiş şəxs X4 inzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il tarixli, EQ 25798472 nömrəli qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayət vermiş şəxs X5 inzibati xəta haqqında iş üzrə qərardan (şikayətin verilməsi üçün müddətin ötürüldüyü təqdirdə isə buraxılmış müddətin bərpasına dair vəsatətlə qərarı qəbul etmiş orqana müraciət etməklə) aidiyyatı üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə və ya Sabirabad Rayon Məhkəməsinə şikayət vermək hüququ izah edilsin. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar