Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-284/2024 05.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ ********* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ ********* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə, X1 məxsus ** DM *** dövlət nömrə nişanlı avtomaşınla Şirvan şəhəri, Xəqani küçəsində saat 17:19 radələrində hərəkətdə olarkən “yol nişanlarının tələblərinə” riayət etməyərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə EQ ********* nömrəli protokol tərtib olunaraq, 40 manat məbləğində inzibati tənbeh verilmişdir. xx.xx.2024-cü il tarixli, EQ ********* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz olaraq qəbul edilmişdir. Belə ki, yol patrul xidmətinin inspektoru Şirvan şəhəri, Xəqani küçəsində quraşdırılmış təhlükəsizlik şəhər kamerasına videonəzarət üçün Şirvan Şəhər Polis Şöbəsndə quraşdırılmış monitordan bort-kompüterlə çəkib qərar qəbul etmişdir. Digər tərəfdən, həmin qərarı qəbul etmiş səlahiyyətli şəxsin xidmət etdiyi ərazi üzrə dislokasiya cədvəli, daha sonra xidməti marşurutu və xidmət ərazisi kimi hallar araşdırılmalıdır. Belə olan halda hansı əsasla ona cərimə yazılması, hansı məqsədlə qanuna uyğundur. Şikayət vermiş şəxs X3 məhkəməyə ərizə təqdim edərək şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, şikayət baxılmadan geri qaytarılmalıdır . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.7-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın, yaxud istintaq və ya digər prosessual hərəkəti həyata keçirən şəxsin hərəkət və qərarından verilmiş şikayətləri şikayəti verən şəxsin özü, şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeləri naminə verilmiş şikayət yalnız onların razılığı ilə geri götürülə bilər. Göstərilənlərə əsasən, hesab edirəm ki, şikayət vermiş şəxs X3 şikayətin baxılmadan geri qaytarılması barədə ərizə verdiyindən şikayət baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq, qərara aldım: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ ********* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-284/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-284/2024
05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver