Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-284/2025 17.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2697/2020 saylı icra sənədinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2697/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə borcluya "icraata başlamaq haqqında" qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsi icra olunmamışdır. Tərəflərindən borclunun müvafiq təşkilatlara edilmiş əmlak sorğuları nəticəsində borclunun adına heç bir əmlak aşkar olunmamışdır. İcra sənədi üzrə borclu Şəxs hüquq və vəzifələri, eləcə də aliment öhdəliyini yerinə yetirmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsinə dair xəbərdar edilməsinə baxmayaraq keçən müddət ərzində aliment üzrə ödənişlərini tam şəkildə etməmiş, nəticədə aliment üzrə borcu yaranmışdır. Borclu Şəxs dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Beləliklə, xx.xx.2025-ci il tarixinə Şəxs 60 ay üzrə aliment borcu mövcuddur. Bu müddətlər ərzində o, icra məmuruna heç bir qəbz və ya çıxarış təqdim etməmişdir. İcra sənədinin icrası məqsədi ilə borclunun qeydiyyat ünvanına gedilmiş, həmin ünvanda yaşamadığı müəyyən olunmuş və xx.xx.2024-cü il tarixdə “İcra haqqında” AR Qanunun 27-ci maddəsinə uyğun olaraq “borclunun axtarılması barədə” qərar qəbul edilərək icra edilməsi üçün Şirvan şəhər Polis Şöbəsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə borclu Şəxs Şirvan Şəhəri üzrə İcra və probasiya şöbəsinə polis əməkdaşları tərəfindən gətirilmişdir. Ona görə də, məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2697/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ondan hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Hər ay vaxtlı-vaxtında ödənişlər etmişdir. İcra sənədi üzrə borcunu tam ödəməyə maddi imkanı vardır. Hazırki məhkəmə gedişatında da ödəniş edəcək. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yasamal rayon Məhkəməsinin 2(004)-2697/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Yasamal rayon Məhkəməsinin 2(004)-2697/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs barəsində axtarşı elan edilmişdir. Şəxs barəsində keçirilən iclası zamanı sonuncu son altı ay ərzində maddi imkanının olmadığını qeyd edərək aliment ödənişləeini edə bilmədiyini, lakin hazırda maddi imkanının ödənişi həyata keçirməyə imkan verdiyini və icra məmurundan hazırda ödənişin hesablanıb ona bildirilçəsini xahiş etmişdir. Məhkəmə zalında icra məmurunu tələbkarla mobil telefon vasitəsilə əlaqə saxlamış və borcludan son altı ayın pulunun ödənilməsini tələb etmişdir. İcra Məmuru Səfa Həsənovanın iştirakı ilə son altı ayın borc məbləği hesablanmış və tələbkarın bank hesabına məhkəmə iclası zamanı ödəniş edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə, borclu Şəxs icra sənədi üzrə əvvəllər müntəzəm olaraq ödənişlər etməsini, habelə hazırda borc qalığının olmadığını, borcunu gələcəkdə də ödəməkdən boyun qaçırmamasını, əməlinə tənqidi yanaşmasını nəzərə alır və belə qənaətə gəlir ki, onun əməlində icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməməsi tərkibi mövcud deyil və belə olan halda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-284/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-284/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver