Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-287/2024 15.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə AZ 1800, ünvan 1 ünvanında yerləşən Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə, Müəyyən etdi: Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsi mülkiyyətində olan «QAZ 31105- 803» yük markalı ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində 5 gün müddətində məlumatı Şirvan şəhər Polis şöbəsinin X1 Bölməsinə təqdim etməmişdir. İnzibati xəta haqqında işə baxılmasının yeri və müddəti ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsinə məhkəmə bildirişi göndərilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş, ona görə də Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsi Şirvan şəhər Polis şöbəsinin X1 Bölməsinin 19 fevral 2024-cü il tarixli, 3-13-111/2-4618/24 nömrəli məktubu ilə tələb edilən məlumatın Şirvan şəhər Polis şöbəsinin X1 Bölməyə təqdim edilməsi barədə xəbərdar edilmişdir. Şirvan Kommunal Kombinatı Müəssisəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2- 4618/24 nömrəli sorğudan görünür ki, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən istifadədə olan “QAZ 31105-803” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini (xx.xx.2024-cü il, saat 18:30, İXM-nin 339.1-1-ci maddəsi ilə) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində Şirvan şəhər Polis Şöbəsinin DYPB-yə göndərilməlidir. Əks halda hüquqi şəxs olaraq barənizdə İXM-nin 347-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək Şirvan şəhər Məhkəməsinə göndəriləcəkdir. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Şirvan Kommunal Kombinatı Müəssisəsinə ünvanlanmış sorğunu xx.xx.2024-cü il tarixdə Xanməmmədova.L şəxsən imza etməklə almışdır. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki,inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş hüquqi şəxs Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, Qərara aldı: Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-287/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-287/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver