Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-287/2025 18.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs , Zərərçəkmiş şəxs X3 iştirakı ilə , xx.xx.1998-ci ildə Ucar rayonu, Alpoot kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Hacıqabul rayon quşçuluq şirkətində işləyən, Saatlı rayon Orta Müğan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN № ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şirvan şəhəri Xəqani küçəsində şəxsi münasibətlər zəminində münaqişə zamanı X4 döyərək ona fiziki ağrı yetirmişdir. İnzibati xəta hadisənin olması xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları, ekspert rəyləri, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, X6 onun baldızı Camələnin qaynanasıdır. xx.xx.2025-ci il tarixdə əri Rəşad, baldızı Cəmalə ilə birlikdə yaşadığı Saatlı rayonu Ortamuğan kəndindən çıxaraq Şirvan şəhərinə xəstəxanaya gəlmişlər, xəstəxanada müayinə olunduqdan sonra baldızı Cəmalənin təklifi onun yaşadığı ünvana övladlarının sənədini götürmək üçün getmişlər. Bundan sonra həyətdən mübahisə səslərinin gəldiyini eşitmiş və əri ilə birlikdə həyətə düşmüşlər. Həyətdə Cəmalə ilə qaynanasının mübahisə etdiyini görmüş və əri yenidən evə qayıdaraq namazına davam etmişdir. Həmin vaxt o onlara sakit olmalarını bildirmiş və bu zaman Sərfinaz onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Bundan sonra Cəmalə ilə birlikdə evə qalxmışlar və Sərfinaz və əri Baləbəy onların arxası ilə evə gəlmişlər. Sonra Sərfinaz mətbəxə keçmiş və orada olan soyuducunu götürmək istəmişdir. Bu zaman Cəmalə ilə Sərfinaz arasında yenidən mübahisə başlamışdır. Mübahisə zamanı o onları sakitləşdirmək üçün araya girmiş və Sərfinaz mətbəxdən çölə çıxmışdır. Bundan sonra Sərfinaz pilləkəndə dayanaraq qışqırmağa və qonşuları çağırmağa başlamış və həmin vaxt özünü yerə yıxaraq ürəyi getmiş kimi göstərmişdir. Bundan sonra onlar evə daxil olmuşlar və qapını bağlayaraq DİN-nin 102 xidmətnə zəng vuraraq məlumat vermişlər. Sərfinaz bıçaq götürərək ya özünü yadakı onlara xəsarət yetirməyi fikirləşmişdir. Bir qədər keçdikdən sonra polis əməkdaşları gəlmişlər. O, zərərçəkmiş şəxsə xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs özü yıxıldığından onda xəsarətlər yaranmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirdi ki, oğlu İ qrup əlildir, ailəlidir. Gəlini uşaqları ilə birlikdə evdən çıxıb kənddə yaşamaq istədiyini bildirmiş, o isə uşaqların təhsildən yayınmamaları üçün etiraz etmişdir. xx.xx.2025-ci il tarixində oğlu Rövşənin arvadı Cəmalənin qardaşı Rəşad və Rəşadın arvadı ilə aralarında olan münaqişə zamanı Rəşad onun baş nahiyəsinə yumruqla bir neçə dəfə yumruqla zərbə vurmuşdur. Rəşadın arvadı Mətanət də bu zaman onun baş nahiyəsinə bir neçə dəfə yumruqla və şillə ilə vuraraq onun boğaz nahiyəsindən əlləri ilə tutaraq, xəsarət yetirmişdir. Bundan əlavə Mətanət onun kürək və hər iki qoluna əlində olan taxta parçası ilə vuraraq, xəsarətlər yetirmiş, o, isə yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra Rəşad ona təkrar yaxınlaşaraq onun sol ayaq nahiyəsinə təpiklə xəsarətlər yetirməyə başlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində ağır inzibati tənebəhin verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində X15 izahat verərək bildirdi ki, X7 onun bacısı Camələnin qaynanasıdır. xx.xx.2025-ci il tarixdə arvadı Mətanət və bacısı Cəmalə ilə birlikdə yaşadığı Saatlı rayonu Ortamuğan kəndindən çıxaraq Şirvan şəhərinə xəstəxanaya gəlmişlər, xəstəxanada arvadı müayinə olunduqdan sonra bacısının Cəmalənin təklifi onun yaşadığı ünvana övladlarının sənədini götürmək üçün getmişlər. Sonra o evdə namaz qılmağa başlamış, bir neçə dəqiqə keçdikdən sonra həyətdən mübahisə səslərinin gəldiyini eşitmiş və həyətə düşmüşdür. Həyətdə Cəmalə ilə qaynanasının mübahisə etdiyini görmüş və yenidən evə qayıdaraq namaza davam etmişdir. Bundan sonra Sərfinaz pilləkəndə dayanaraq qışqırmağa və qonşuları çağırmağa başlamışdır. Onlar arasındakı mübahisəyə səbəb bacısının soyuducunu aparmaq istəməsi, qaynanasının isə buna imkan verməməsi olmuşdur. O, X2 xəsarət yetirməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində X8 izahat verərək bildirdi ki, həyat yoldaşı oğlunun başına çəkiclə vurub xəsarət yetirdiyinə görə və qayanası oğlunun xəstəxanadan gətirməsini bildirdiyinə görə evdən çıxacağını bildirmişdir. O, evdən çıxmaq istədiyindən qaynanası onunla mübahisə etmişdir. Buna görə də o qardaşıgili ona evdən çıxmasında köməklik etmələri üçün çağırmışdır. xx.xx.2025-ci ildə o qaynanası gilə sənədlərini almaq üçün getmiş, qaynanası onunla mübahisə etmiş, soyuducunu götürmələrinə icazə verməmişdir. O da qapını bağlayaraq qaynanasının evə girməsinə icazə verməmişdir. Bu zaman qaynanası yıxılmış, qışqıraraq guya onların onu döydüyünü bildirmişdir. Hadisə zamanı Mətanət tərəfindən ona heç bir xəsarət yetirilməmişdir. Məhkəmə iclasında şahid qismində X11 izahat verərək bildirdi ki, 28 yanvar 2025-cı il tarixdə yaşadığı evdə yatmışdır. Birdən evdən səslər gəldiyini eşitmişdir. Sonra otaqdan çıxmış və mətbəxdə arvadı Sərfinaz ilə gəlini Cəmalə, Cəmalənin qardaşı Rəşad və Rəşadın arvadı Mətanətin mübahisə etdiklərini görmüşdür. Həmin vaxt arvadı yerə yıxılmış, o istəmişdir ki, arvadını yerdən qaldırmaq istəmiş və həmin vaxt Mətanət onu itələmiş və o da yerə yıxılmamaq üçün divardan tutaraq dayanmışdır. Sonra onları sakitləşdirmiş, qonşunu zəng edərək çağırmış və qonşu gəldikdən sonra DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Bundan sonra arvadı Sərfinazı xəstəxanaya müayinə olunmaq üçün aparmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs ilə X6 arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı Şəxs X1 zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsidə əsasən rədd edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X18 Təcrübi və X16 şəhər şöbəsinin xx.xx.2025-ci il tarixli 66 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X3 bədən səthində aşkar olunan xəsarətlər – sol bazunun orta 1/3-də , sol kürəkaltı nahiyədə qançırlar, döş qəfəsinin sol aşağı iç hissəsində və sağ saidin orta 1/3-də qançır - küt əşya təsirindən törənmiş, qərarın təsvir hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.3-ci maddəsinə əsasən inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.3-cü maddəsinə əsasən Şəxs himayəsində 3 azyaşlı uşağın olması onun məsuliyyətini yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində müəyyən məbləğdə inzibati cərimə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-287/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-287/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver