Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-293/2023 23.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair barəsində tərtib edilmiş İXP ******* nömrəli qərarından X2 şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Şikayət vermiş şəxs X3 barəsində tərtib edilmiş İXP ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə, xx.xx.2023-cü il tarixdə istıifadəsində olan ** NE *** qeydiyyat nişanlı Audi A5 markalı nəqliyyat vasitəsi ilə bağlı ona İXM-in 327.4-cü maddəsi ilə cərimə yazılmışdır. Cərimə ilə bağlı əvvəlcə ona şəxsi nömrə ilə (özünü şəhər qaisinin işçisi kimi təqdim edən şəxs) zəng edərək şəhər qaisi 24-cü otağa yaxınlaşmalı olduğunu və qayda pozuntusu etdiyi üçün video görüntü ilə tanış olacağını bildirdilər. Guya xx.xx.2023-cü ildə A.M.Cümə küçəsində təhlükəsizlik kameralarına düşüb və o, əks istiqamətə çıxmışdır. Zəng edən əməkdaşa etiraz edərək 10-12 gün əvvəl (hansı ki, xx.xx.2023-xx.xx.2023 tarixinə artıq üstündən 13 gün keçib və bu barədə heç bir məlumat və video görüntü onun elektron səhifəsinə daxıl olmayıb). Belə bir hal olmadığını bildirmiş, onlar əllərində video görüntü olduğunu və ondan əvvəl 1-2 maşın keçdikdən sonra onun da, o, maşınların arxasınca getdiyini bildirdilər. Etiraz edib video görüntü tələb etsə də, onlar SMS Radar portalına video yerləşdirməyəcəklərini ancaq idarədə video ilə tanış ola biləcəyini dedilər. Qanunla bunun necə müəyyən olunduğunu soruşmuş, dolayı cavablarla bildirdilər ki 100 manat ödənməlidir. xx.xx.2023 cü ildə isə şikayəti lə bağlı yenə əlaqə saxlayıb (***-***-**-** nömrəsindən) şikayətin hara getsə yenidən onlara daxil olacağını və özləri baxdıqları üçün cəriməni ödəməli olduğunu bildirdilər. İnzibati xətarala görə belədi deyib başqa da heç bir izah vermədən yenidən idarəyə dəvət etdilər. AR İXM-in 38.6 və 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Hesab edir ki, barəsində tərtib edilmiş qərar əsassız olduğu üçün ləğv edilməlidir. Heç bir qayda pozmamışdır. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, toplanmış material natamam olduğundan şikayət baxılmadan geri qaytarılmalıdır . Şikayəti nəzərdən keçirdərkən müəyyən edilmişdir ki, şikayət verən şəxs X3 şikayəti imzalamamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş müddət ərzində şikayət vermək yolu ilə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydası müəyyən edilmişdir. X1 tərəfindən inzibati qərardan şikayət verilsə də, həmin qərarın ona təqdim edilmə müddəti ilə bağlı sənəd şikayətə əlavə edilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən inzibati qərardan şikayət qərarın surəti təqdim edildiyi gündən on gün müddətində verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda X4barəsində tərtib edilmiş İXP ******* nömrəli qərardan şikayət versə də, şikayət imzalanmamışdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi şikayət natamam olduqda sənədlər geri qaytarılır. Göstərilənlərə əsasən hesab edirəm ki, inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə (verilmişdirsə buna dair sənəd əlavə edilmədiyindən) verilmədiyindən və şikayət onu vermiş şəxs tərəfindən imzalanmadığından geri qaytarılmalıdır. Həmçinin şikayət vermiş şəxsə buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində tərtib edilmiş İXP ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Şikayət vermiş şəxsə izah olunsun ki, buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ vardır. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-293/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-293/2023
23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver