Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-297/2023 24.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Sabirabad rayonu, Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : xx.xx.2022-ci il tarixdə, saat 07 radələrində Şəxs idarə etdiyi “MERCEDES BENZ E200 CDİ” minik markalı, ** LA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə şəhərin H.Əliyev prospektində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta hadisəsinin olması yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, “MERCEDES BENZ E200 CDİ” minik markalı, ** LA *** dövlət nömrə nişanlı avtomobil özünə məxsusdur. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyir. İşlə əlaqədar olaraq həftənin beş günü Lökbatan qəsəbəsinə zavodda onunla birlikdə işləyən Vüqar Ağayev, Müsəllim Quliyev və Kamil Məmmədov ilə idarə etdiyi avtomobillə işə gedib-gəlirlər. xx.xx.2022-ci il tarixdə saat 05 radələrində özünə məxsus “MERCEDES BENZ E200 CDİ” minik markalı, ** LA *** dövlət nömrə nişanlı avtomobillə Vüqar, Müsəllim və Kamil ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsinə getmək üçün hərəkətə başlamış, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində hərəkətdə olarkən bir nəfər adını sonradan bildiyi Zahir Məlikov da əli ilə işarə edərək avtomobili saxlatdırmış və Bakı şəhərinə getmək istədiyini bildirmişdir. Əlavə qazanc əldə etmək üçün Zahir Məlikovu avtomobilə əyləşdirmiş və Qaradağ rayon istiqamətinə hərəkətə başlamışdır. Saat təxminən 05:30 radələrində H.Əliyev prospektində hərəkətdə olarkən yolun sağ tərəfinə çıxmış və avtomobili yolun kənarında olan betona vuraraq aşırmışdır. Bundan sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gələrək onu və hadisə zamanı xəsarət alan sərnişinləri ilkin tibbi yardım göstərilməsi üçün Şirvan ŞMX-na aparmışlar.Himayəsində 2 azyaşlı uşağı var, taksi fəaliyyəti ilə məşğul olur və ailəsini dolandırır. Hazırda zərərçəkmişlərin ona qarşı heç bir şikayətləri yoxdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və X3 X6 14 oktyabr 2022-ci il tarixli, 322 №-li rəyinin surətindən görünür ki, Şəxs aşkar olunan xəsarətlər – Baş beyin silkələnməsi, ənsə sümüyünün xətti sınığı, sağ kürək büküyünün cisminin yerdəyişməyən sınığı. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən gələ bilər. Müddəti hadisə zamanına xx.xx.2022-ci il tarixə uyğundur. Qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. X1 Şirvan şəhəri 1 saylı Notariat Ofisində yazmış olduğu ərizədə göstərilmişdir ki, vətəndaş Şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. X2 Şirvan şəhəri 1 saylı Notariat Ofisində yazmış olduğu ərizədə göstərilmişdir ki, vətəndaş Şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 10 oktyabr 2022-ci il tarixli, 145 saylı tibbi müayinəsi protokolunda Şəxs ayıq olduğu göstərilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 01 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Şirvan şəhər Polis Şöbəsinin DYPB-nə təqdim olunması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəısinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, əmlak vəziyyəti nəzərə alınır. İnzibati xəta törədən şəxsin əməlindən peşmançılığı iş üzrə məsuliyyəti yüngülləşdirən hal olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının həddləri daxilində cərimə növündə inzibati tənbeh verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-297/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-297/2023
24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver