Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-297/2024 02.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs , Zərərçəkmiş şəxs iştirakı ilə , xx.xx.1989-cu ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli , orta təhsilli, "xxxx" QSC-də yük avtomobili sürücüsü işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN № ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs xx.xx.2024-cü il tarixdə şəxsi münasibətlər zəminində münaqişə zamanı Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrı yetirmişdir. İnzibati xəta hadisənin olması xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolla, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla, məhkəmə-tibbi ekspertizasının rəyləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, X5 onun qaynatasıdır. xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində o həyat yoldaşı ilə evdə olan zaman aralarında mübahisə olmuş, həyat yoldaşı onu nalayiq ifadələrlə təhqir etmişdir. Ona görə də o, yoldaşının atasına bildirmişdir ki, qızını tənbeh etsin ki, həyat yoldaşı ilə belə danışmaq olmaz. Qaynatası və qaynanası onların evinə gəlmiş, bundan sonra mübahisə daha da şiddətlənmişdir. Mübahisəyə Nadirin onun ailə işlərinə müdaxilə etməsi səbəb olmuşdur. Qaynatası bildirmişdir ki, siz boşanmalısınız və qızını boşanmaq üçün məhkəməyə ərizə verməyə aparmış, qaynanası isə ona artıq boşandıqlarını evdən çıxmalı olduğunu bildirmişdir. Bundan sonra aralarında mübahisə yaranmış, lakin o qaynanasını döyməmiş, ona xəsarət yetirməmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Ağaşirin qızı izahat verərək bildirdi ki, Şəxs onun kürəkənidir. xx.xx.2024-cü il tarixdə qızının evinə getmiş, həmin vaxt gecə kürəkəni Ceyhun qızı Vəfa ilə mübahisə etməyə başlamışdır. O, sakitləşdirmək istədikdə Ceyhun onu da döyməyə başlamışdır. O, sol əlindən və bədəninin müxtəlif nahiyyələrindən xəsarətlər almışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə həyat yoldaşı X3 da qızı Vəfagilə gəlmişdir. Nadir Ceyhun ilə söhbət edib Ceyhuna nəsihət verməyə başlamış, Ceyhun sözlərinə əhəmiyyət verməmişdir. Daha sonra həyat yoldaşı X6 və onu döydüyünü öyrəndikdən sonra qızı Vəfanı boşanmaq üçün məhkəməyə aparmışdır. Vəfa ərizə verdikdən sonra təkrar evə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə Nadir evlərinə getmək üçün evdən çıxmış və həyətə düşmüşdür. Bu zaman Ceyhun qapını açıb içəri girmiş və Vəfadan yemək istəmiş, Vəfa Ceyhuna yeməyin qazın üstündə olduğunu demiş və boşanmaq üçün ərizə verdiyini bildirmişdir. Bu zaman Ceyhun qızı Vəfanı və onu qolundan tutub çölə atmaq istəmişdir. Ceyhun onun ağrı olan əl nahiyyəsinə xəsarət yetirmiş və başına yumruq zərbəsi vurmuşdur. Ceyhun o yerə yıxılarkən saçından tutmuş, həmin vaxt onların səsini həyat yoldaşı Nadir aşağıdan eşitmiş və yuxarı çıxıb onu Ceyhunun əlindən almışdır. Ceyhun o zaman qızı Vəfanı döyüb çölə çıxarmışdır. Mübahisə zamanı həm o, həm də qızı Vəfa döyülüb xəsarət almış, Ceyhun onun baş və kürək nahiyyələrinə əli ilə zərbələr endirərək xəsarətlər yetirmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmadığını, ondan şikayətçi olduğunu məhkməyə bildirdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs ilə Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəmnində mübahisə yaranmış, mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsidə əsasən rədd edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X4 Təcrübi və X2 şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli 108 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs Ağaşirin qızının bədən səthində aşkar olunan xəsarət-sağ bazunun yuxarı 1/3-də qançır - küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək müəyyən məbləğdə inzibati cərimə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edərkən xətanın xarakteri, şəxsin əmlak vəziyyətinin qənaətbəxş olması, təqsirinin dərəcəsi, şəxsiyyətini xarakretizə edən hallar (himayəsində iki azyaşlı uşaqların və daimi iş yerinin olması) nəzərə alınır. Bundan başqa İXM-nin 32-ci maddəsinə əsasən inzibati xəta törədən şəxsin əməlini səmimi etiraf edərək peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib müəyyən məbləğdə inzibati qaydada cərimə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-297/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-297/2024
02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver