Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-298/2024 02.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: Şəxs 28 fevral 2024-cü il tarixdə X2 döyərək, alt dodaq yarısının qırmızı haşiyəsində qansızma ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək ifadəsində bildirdi ki, X5 onun kürəkənidir, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Ceyhun qızı Vəfa Rzayeva ilə 2013-cü ildən ailə həyat qurmuş və birgə nikahlarından 2 azyaşlı övladları olmuşdur. Ceyhun ilə Vəfa arasında son vaxtar tez-tez aralarında mübahisələr olmuş, Ceyhun qızı Vəfanı döymüş, müxtəlif xəsarətlər yetirrnişdir. Sonuncu dəfə də Ceyhun ilə Vəfa arasında xx.xx.2024-cü il tarixdə mübahisə yaranmış və Ceyhun qızı Vəfanı döymüşdür. Ceyhun ona zəng edərək, qızının tərbiyəsi olmadığını demiş və o da Ceyhungilə getmişdir. Hadisədən bir gün qabaq da həyat yoldaşı X3muşdur. O, Ceyhunun atası Loğmana da zəng edib Ceyhungilə çağırmış, lakin Loğman gəlməmişdir. xx.xx.2024-cü il tarixdə Ceyhungildə olarkən boşanma məsəsinə görə qızı ilə həyat yoldaşı Ceyhun arasında olan mübahisəni sakitləşdikdən sonra aşağı düşmüş Bu zaman qızının yaşadığı binadan yenidən mübahisə yarandığını görüb dərhal geri qayıdıb yuxarı çıxmışdır. Evə çatdıqda Ceyhunun onun həyat yoldaşı Nazilənin qolundan tutub çölə atmaq istədiyini görmüşdür. O, həyat yoldaşı Naziləni Ceyhunun əlindən almış, bu zaman aralarında mübahisə yaranmışdır. Lakin onun tərəfindən Cehun Zeynalova qarşı hər hansı bir fiziki güç tətbiq edilməmişdir. Həmin vaxtı orada o, həyat yoldaşı, qızı Vəfa, azyaşlı uşaqları, kürəkəni Ceyhun olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs X6 bildirdi ki, Şəxs Qüdət oğlu onun qaynatasıdır. Nadir ilə aralarında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. O, Nadirin qızı Zeynalova Vəfa ilə 2013-cü ildən ailə həyatı qurmuş və birgə nikahlarından 2 azyaşlı övladları olmuşdur. Həyat yoldaşı Vəfa ilə münasibətləri həmişə normal olmuşdur. Sonuncu dəfə Vəfa ilə 2-3 gün bundan əvvəl evdə mübahisələri olmuşdur. xx.xx.2024-cu il tarixdə qaynatası Şəxs və qaynanası Rzayeva Nazilə onlara gəlib qalmışdır. Növbəti gün xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində o işdən evə gəlib həyat yoldaşından yemək istəmişdir. Bu zaman Vəfa atası ilə birlikdə boşanmaq üçün məhkəməyə getdiyini bildirmişdir. Nəticədə onların arasında mübahisə yaranmış, həmin vaxt qaynatası Nadir araya girib onunla mübahisə etməyə başlamış, daha sonra Şəxs onun ağız və baş nahiyyələrinə bir neçə yumruq zərbələri vurmuşdur. Nadirin yumruq zərbələri nəticəsində onun dodaq nahiyyəsi partlamış və baş nahiyyəsi də şişmişdir. O, Nadirin onu vurmağa davam etdiyini görüb əlindən qaçıb mətbəxə tərəf qaçıb orada olan mobil telefonunu götürüb DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra polis əməkdaşları onlara gələrək onu və qaynatası Şəxs polis şöbəsinə gətirmişdirlər. Mübahisəyə Nadirin onun ailə işlərinə müdaxilə etməsi səbəb olmuş, mübahisə ünvan 2 ünvanında evin dəhlizində baş vermişdir. Həmin vaxtı orada o, həyat yoldaşı Vəfa, azyaşlı uşaqları, qaynanası Nazilə və qaynatası Şəxs olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əmələ görə bağışlamadığını bildirərək, məhkəmədən sonuncunun barəsində qanunla müəyyən edilmiş həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxsnın inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respulikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertizası və Pataloji Anatomiya Birliyi” X11 28 fevral 2024-cü il tarixli, 107 saylı ekspert rəyinə əsasən X1 bədən səthində alt dodaq yarısının qırmızı haşiyəsində qansızma kimi xəsarətlər aşkar edilmiş, həmin xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmiş, 28 fevral 2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətə aid olduğu üçün dərəcəsi təyin edilmir. Bundan başqa, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X1 və X4 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və X1 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti icra olunması üçün Şirvan şəhər X8 Təhlükəsizlik bölməsinə həvalə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxsnın şəxsiyyətini xarakterizə edən halları, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-298/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-298/2024
02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver