Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-299/2024 09.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Baş X1 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ19886247 nömrəli inzibati tənbeh vermə haqqında qərarından Həsənov Şəfa Vəkil oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şikayət vermiş şəxs Həsənov Şəfa Vəkil oğlu Azərbaycan Respublikası Baş X1 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ19886247 nömrəli inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsini, ona əsassız yazılmış 40 manat inzibati cərimənin silinməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətə görə mülkiyyətində 1991-ci il buraxılışlı, Mercedes Benz E 190 minik markalı, **-DF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. xx.xx.2024-cü il tarixdə yaşadığı ünvana Şirvan şəhər Polis Şöbəsi tərəfindən EQ 19886247 nömrəli elektron qərar göndərilmişdir. Elektron qərarda mülkiyyətində olan Mercedes Benz E190 minik markalı, **-DF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nişanlarının tələblərinə riayət edilməməsi şəkilləri əlavə edilmiş, lakin elektron qərarda Mercedes Benz E190 minik markalı, **-DF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair məlumatlar öz əksini tapmışdır. Onun mülkiyyətində olan nəqliyyat vasitəsinin rəngi albalı metalik, markası da uyğun gəlməyən nəqliyyat vasitəsi barədə yalnış məlumat qeyd edilmişdir. Mercedes Benz E190 minik markalı, **-DF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən şəhərin təhlükəsizlik kameraları Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərinin pozulması əsası ilə EQ 19886247 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Hesab edir ki, qeyd edilən elektron qərar qanunsuz və əsassız tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş şikayət vermiş şəxs Həsənov Şəfa Vəkil oğlu məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İXM-nın 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş qərarı qəbul etmiş Azərbaycan Respublikası Baş X1 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli EQ19886247 nömrəli elektron qərarın surətindən görünür ki, Həsənov Şəfa Vəkil oğlu idarə etdiyi Mercedes Benz E190 minik markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 16:18:31-də Həsən bəy Zərdabi-Müzəffər Həsənov küçəsi kəsişməsi (20 Yanvar Dairəsi) yol nişanlarının tələblərinə riayət edilməməsinə görə 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir . Şikayət vermiş şəxs Həsənov Şəfa Vəkil oğlu xx.xx.2024-cü il tarixdə Şirvan şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, onun inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair verdiyi şikayətin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə İXM-yə əsasən qərardan şikayətə baxılması həmin qərardan şikayət verən tərəfin iradəsindən asılıdır. Bu səbəbdən də şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə hesab edir ki, Həsənov Şəfa Vəkil oğlu şikayətin baxılmadan geri qaytarılması barədə ərizə verdiyindən şikayət baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Həsənov Şəfa Vəkil oğlu tərəfindən Azərbaycan Respublikası Baş X1 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ19886247 nömrəli inzibati tənbeh vermə haqqında protokoldan verilmiş şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-299/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-299/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver