Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-300/2025 29.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Şikayət vermiş şəxs X2, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin məhkəmə mübahisələri ilə iş sektorunun müdiri Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3nin “inzibati tənbeh vermə haqqında” 14 mart 2025-ci il tarixli MN ******* nömrəli qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şikayət verən şəxs X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3nin 14 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3nin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3nin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətini poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə almışdır. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3 xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarla onu təqsirli bilib 3000 (üç min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edərkən qanunvericiliyin tələblərini pozmuşdur. İş materiallarından görünür ki, X9 Xidmətinin X3 tərəfindən inzibati xəta hadisəsi aşkar edildiyi vaxtdan vəzifəli şəxsin barəsində real vaxt rejimində inzibati xəta haqqında protokol və inzibati tənbehvermə haqqında elektron qərar tərtib edilərək gücləndirilmiş elektron imzası ilə təsdiq edilib müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilməli idi. Lakin X9 Xidmətinin X3 tərəfindən İnzibati Xətalar Məcəlləsinin qeyd olunan tələblərinə riayət etməmişdir. Bundan başqa X9 Xidmətinin X3 qərar qəbul edərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış və müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halları sübuta yetirməmişdir. Belə ki, X9 Xidmətinin X3 onun hər hansı bir işçini işə götürmək, onunla əmək müqaviləsi (kontrakt) bağlamaq, onun işə götürən və işçini işə qəbul etmək və işçi ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinin olub-olmamasını müəyyən etməmiş, guya əmək müqaviləsi bağlamadan işlərin görülməsinə cəlb etdiyi şəxsin izahatını almamış, onun həqiqətən ona məxsus daş sexində işçi kimi fəaliyyət göstərib göstərməməsini araşdırmamışdır. Həmçinin X9 Xidmətinin X3 barəsində qərar qəbul etdiyi qərarı Şirvan şəhər Prokurorluğunun qəbul etdiyi qərarı əsasında tərtib etmişdir. Şirvan şəhər prokurorluğu qərar qəbul edərkən heç bir araşdırmanı düzgün aparmamış, ondan və iş üzrə dindirmiş olduğu şəxslərin izahatlarını təhrif etmiş, onlara təzyiq edərək ağ kağıza imza etdirmişdir. Bundan başqa o, fiziki şəxs kimi vergi orqanında qeydiyyata alınmış və fiziki şəxs kimi fəaliyyət göstərir. Lakin X10 Xidmətinin X3 onu vəzifəli şəxs kimi 3000 manat məbləğində cərimə etmişdir. Göründüyü kimi X10 Xidmətinin X5 tərəfindən qanunvericiliyin tələblərnə riayət edilmədən barəsində xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 şikayəti müdafiə edərək, əsaslı olmasını nəzərə alıb təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin məhkəmə mübahisələri ilə iş sektorunun müdiri Nümayəndə2 izahat verərək bildirdi ki, tərəflərindən inzibati xəta haqqında protokol tərtib edilməmiş, Şirvan şəhər Prokurorluğunun xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən X6 xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat cərimə edilmişdir. Hesab edir ki, Şirvan şəhər X1 sexində işləyən şəxslərin izahatı düzgündür, sübutlar kifayət qədər toplanmışdır və buna görə də qərar əsaslı olaraq qəbul edilmişdir. Qeyd edilənlərə əsasən qərarın əsaslı olmasını nəzərə alıb şikayətin təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid1 çıxış edərək bildirmişdir ki, əvvəllər X6 ilə işləməmiş, 20 fevral 2025-ci il tarixdə rəsmi olaraq onun sexində işləyir, Şirvan şəhər Prokurorluğunda onun izahatı alınmış, izahatını oxumadan imzalamışdır. İşlədiyi sexdə Mübariz, Toğrul, Şahlar adına işçilər işləyir, Şahid2 və Şahid3 isə onun işlədiyi sexdə işləmirlər. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid2 çıxış edərək bildirmişdir ki, o heç bir yerdə işləmir, Şirvan şəhərində Çılpaqlı qəsəbəsində yerləşən qəbirstanlığında qəbir qazır və qəbristanlıq ərazisində mövcud olan heç bir sexdə işləməmişdir. Şirvan şəhər Prokurorluğunda onun izahatı alınmış, lakin o izahatında həmin sexdə işləmədiyini bildirmişdir. Hazırda vermiş olduğu izahatı müdafiə edir və təsdiq edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid3 çıxış edərək bildirmişdir ki, Şirvan şəhərində Çılpaqlı qəsəbəsində yerləşən qəbirstanlıqda bağban işləyir, qəbir daşlarının kənarında olan otların təmizlənməsi, məhəcərlərin boyanmasını həyata keçirir, o, Şirvan şəhər Prokurorluğuna dəvət olunmuş, həqiqətədən də onun izahatı alınmışdır. İzahatında o, Mübariz Poladova məxsus sexdə işləmədiyini bildirmişdir. O, yazı və oxu bilmədiyindən onun izahatı prokurorluğun nümayəndəsi tərəfindən texniki vasitədən istifadə etməklə yazılmışdır. Sonradan prokurorluğun əməkdaşı tərəfindən onun sözləri ilə yazılmış olduğu deyilən izahatı elan edilmiş, lakin o, eşitmə qabiliyyəti zəif olduğundan izahatı tam anlaya bilməmişdir. Hazırda vermiş olduğu izahatını təsdiq edir və prokurorluq tərəfindən qeyd olunan izahat onun ifadəsi ilə eyni deyildir. Hazırda vermiş olduğu izahatı müdafiə edir və təsdiq edir. Şikayət vermiş şəxsi, qərarı barəsində şikayət verilmiş şəxsin nümayəndəsini, şahid ifadələrini dinləyib, habelə şikayətin dəlillərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3nin “inzibati tənbeh vermə haqqında” 14 mart 2025-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3nə geri qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3nin 14 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X3nin xx.xx.2025-ci il tarixli X4 ünvanlanmış məktubdan görünür ki, inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında Şirvan şəhər Prokurorluğunun 17 fevral 2025-ci il tarixli qərar üzrə inzibati xəta haqqında işə baxılması məqsədilə xx.xx.2025-ci il tarixdə saat 10:00-da X9 Xidmətinin X3nə (Salyan şəhəri, H.Əliyev 107 A, *** *** ** **, 012 ***-**** daxili 6271 və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuş, həmin tarixədək qeyd edilən hüquq pozuntusunu aradan qaldıraraq müvafiq sənədləri müzakirə zamanı təqdim olunması təklif olunmuşdur. Şirvan şəhər Prokurorluğunun 17 fevral 2025-ci il tarixli, 25-1-2-2-453-1978-1 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardan görünür ki, vəzifəli şəxs X6 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan fikiz şəxslər Şahid3 2024-cü ilin oktyabr ayından xx.xx.2025-ci il tarixinə qədər, Şirvan şəhəri Çılpaqlı qəsəbəsində yerləşən qəbirstanlıqdakı daş yonma sexində usta-fəhlə vəzifəsində, Şahid2 2020-ci il tarixdən xx.xx.2025-ci il tarixinə qədər rəngsaz-fəhlə vəzifəsində, Şahid1 2020-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər usta vəzifəsində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş əmək qanunvericiliyinin pozulması inzibati xətasını törətmişdir. Bu səbəbdən də X6 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, inzibati xəta haqqında iş üzrə icraat materialı Mübariz Poladovun inzibati məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X3nə göndərilməsi qərara alınmışdır. X6 ilə Şahid1 arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, əmək müqaviləsini (kontraktı) bağlayan tərəflər haqqında məlumatların hissəsinin 1.2-ci bəndinin görünür ki, Şahid1 məzar daşı sexində fəhlə işinə təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1- 2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin sadalanan normalarının tələblərindən göründüyü kimi, tərəflər arasında əmək münasibətlərinin yaranması üçün yazılı şəkildə əmək müqaviləsi bağlanılmalı, bu müqavilə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməli, əmək müqaviləsi bildirişi qeydiyyata alınmalı və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməlidir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün tərəflər arasında əmək münasibətləri mövcud olmalı, yəni işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmalı, həmçinin bu hallar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X3nin üzərinə düşür. Qeyd edilən orqan X2 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə nəticəyə gələrkən hansı sübutlara istinad etməsi, həmçinin Şahid3, Şahid2 və Şahid1 əmək müqaviləsindən kənar işlərə cəlb olunması kimi hallara qiymət verib – vermədiyini müəyyən etmək olmur. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş materiallarında olan və əlavə təqdim edilmiş materiallar əsasında müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X3 X6 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi bağlı hər hansı hüquqlarının pozulmasını, həmçinin Şahid1, Şahid3 və Şahid2 arasında əmək münasibətlərinin yaranması, yəni adı keçən şəxslərin müqavilə olmadan müəyyən işlərin görülməsinə cəlb olunması hallarını müəyyən etmək mümkün olmamış, yalnız Şirvan şəhər Prokurorluğunun qərarı əsasında dindirmiş olan şəxslərin izahatlarına istinad edilərək, onun barəsində inzibati tənbeh tətbiq edilmişdir. Bununla da görünür ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 192.1-ci maddəsinin tələblərinin pozulması və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu da onu deməyə əsas verir ki, X2 əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Halbuki inzibati xəta hadisəsinin olması və həmin hadisənin məhz X6 tərəfindən törədilməsi ilə bağlı iş materiallarında hər hansı bir sübut əlavə edilməmiş, nə də elə bir sübutun olduğu göstərməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi konkret müəyyən olunmamışdır, bu hal qərarı qəbul etmiş şəxs tərəfindən ümumiyyətlə araşdırılmamışdır, qeyd olunduğu kimi, qərar qəbul edilərkən, yalnız Şirvan şəhər Prokurorluğunda dindirilmiş şəxslərin verdiyi ifadələrinə istinad edilmişdir. Bu hal isə X2 təqsirli olmasına əsaslı şübhələr yaradır. Ona görə də, məhkəmə hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 192.1-ci maddəsinin tələblərinin pozulması və onun əməlində həmin inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bu Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, inzibata xəta haqqında iş üzrə icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3nin vəzifəli şəxsi X2 İnzibati Xətalar Məcəlləsinin məhz 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iş materiallarını, işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3nin vəzifəli şəxsinin 14 mart 2025-ci il tarixli MN ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3nə göndərilməlidir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Bu Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X2 İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3nin “inzibati tənbeh vermə haqqında” 14 mart 2025-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3nə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-300/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-300/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver