Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-306/2023 27.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Zərərçəkmiş şəxs Balolan oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Şirvan şəhərində şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus “BMW”, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin’ maddi ziyan vurmuşdur. İnzibati xəta hadisənin olması 27 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, ekspert rəyi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, təxminən 12 ildir ki, Hacıqabul şəhər sakini Zərərçəkmiş şəxs tanıyır və onunla qeyri rəsmi nikahda yaşamışlar. Onun İsmətlə münasibəti bu müddət ərzində yaxşı olmuş və onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Qeyd etsin ki, son zamanlar İsmət narkotik vasitələrin istifadəsi ilə məşğul olduğu üçün o, İsmətdən ayrılmaq qərarına gəlmiş və İsmət ona söz vermişdir ki, narkotik vasitələrdən istifadə etməyəcək. Ona görə də bir müddət İsməti bağışlamış və vaxt vermişdir. Buna baxmayaraq İsmət gecələr tez-tez onun yaşadığı ünvana gələrək onu narahat etmişdir. xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində yatmış, həmin vaxt anasının qışqırıq səsini eşidib yuxudan durmuş və evin həyətinə yəni anasının yanına getmişdir. İsmət onu görəndən sonra həyətin çölünə çıxmış və o, səs-küy salmağa başlayıb 3 nömrəli məktəb istiqamətinə doğru qaçmağa başlamış və İsmətin yaxınlaşdığını hiss edib əyilib yerdən daş götürmüşdür ki, özünü müdafiə etsin. O, qaçan zaman qaranlıq olduğu üçün rastına 3 nömrəli məktəbin yanında bir maşın çıxmış və həmin avtomobilin üzərinə çıxmışdır. O, avtomobilin üzərində olan zaman İsmət ona yaxınlaşmış və o, İsmətə bildirmişdir ki, «yaxınlaşma daşı vuracam sənə». Bundan sonra İsmət ondan və avtomobildən kənar durmuş, ona bildirmişdir ki, «susamışam qorxma maşından su götürəcəm». Bundan sonra İsmət avtomobilin qapısını açmış və avtomobilə əyləşmiş, o, hiss etmişdir ki, İsmət avtomobili işə salır və avtomobildən düşmək istədiyini bildirmişdir. Bu sözündən sonra İsmət istifadəsində olan “BMW” markalı **-DJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qapısını bağlamaq istədikdə onun ayağı qapının arasında qalmış və İsmət buna məhəl qoymayaraq avtomobili sürətli şəkildə idarə edərək getməyə başlamış, təxminən 50 metr sonra o, yerə yıxıldığını hiss etmişdir. Bundan sonra İsmət avtomobili idarə edərək çıxıb getmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs ilə 12 ilə yaxın müddətdir ki, qeyri-rəsmi ailə kimi yaşamış, bu müddət ərzində aralarında heç bir söz söhbət olmamışdır. Son zamanlar Xatunənin ona xəyanət etdiyini hiss edib sonuncunu izləməyə başlamış və məqsədi Xatunənin pis nəlayiq hərəkətlərini tutaraq ayrılmaq olduğu üçün 13 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində Xatunənin yaşadığı Şirvan şəhəri, Bayramlı qəsəbəsi, H.Cavid küçəsində yerləşən 97-nömrəli fərdi yaşayış evinin yaxınlığına istifadəsində olan “BMW” markalı **-DJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə getmiş və avtomobilini 3 nömrəli məktəbin yanında saxlayıb gedərək Xatunənin evini izləməyə başlamışdır. Həmin günü yəni 13 oktyabr 2022-ci il tarixdə saat təxminən 02 radələri olardı o, Xatunənin evinə bir nəfər şəxsin girdiyini görmüş və səsini bərk çıxarmışdır ki, Xatunə bilsin ki, evə yad bir kişini salmasını görmüşdür. Xatunə onun səsini eşidib tez çölə çıxmış və ondan qabaq onun avtomobilini saxladığı yerə getmişdir. Həmin vaxt o, avtomobilinə yaxınlaşmış və Xatunənin əlində daş parcasının olmasını görmüşdür. Bundan sonra Xatunə onun istifadəsində olan “BMW” markalı **-DJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin qarşı hissəsinə çıxmış və əlində olan daş parçası ilə avtomobilinin üstünə (banına) vurmağa başlamış, o, Xatunədən niyə belə etdiyini soruşduqda onunla barışmaq istədiyini və atasının yanına getməklərini bildirdikdə o, Xatunəyə aralarında olan hər şeyin bu gündən bitdiyini demişdir. Bundan sonra Xatunənin avtomobilinin üzərindən düşmədiyini görüb gedib Xatunənin anasın Safura Cavadovanı çağırmışdır ki, gəlib qızını avtomobilin üzərindən düşürüb aparsın. Xatunənin anası ora gəlmiş və Xatunə anasının üstünə qışqırıb məsələnin onluq olmadığını və evə geri qayıtmasını bildirmişdir. Bundan sonra o, istifadəsində olan “BMW” markalı **-DJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşmiş və avtomobilini idarə edərək sürüb getməyə başlamışdır. Həmin vaxtı Xatunə avtombilinin üzərində olmuş və əlində olan daş parçası ilə avtombilinin üstünə (banına), şüşəsinə və sağ güzgüsünə vurmağa başlamış və o da avtomobili saxlamamış və sürüb gedən zaman Xatunə avtomobildən yerə yıxılmışdır. O, yoluna davam edərək öz yaşadığı ünvana gəlmişdir. Daha sonra nə olması barədə məlumatı olmamış və bütün olanlar barədə DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Hazırda ondan ziyanın ödənilməsini tələb edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 82.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2022-ci il tarixdə Avtomotoservis və Ticarət müəssisəsinin mütəxəssisi Ələkbərovun rəyinə əsasən “BMW” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 370 manat ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhv etmə əmlakın təsərrüfat dəyərinin itirilməsi, məqsədli təyinatı üzrə istifadənin mümkün olmaması, tam yararsız vəziyyətə salınması, yəni təmirlə və ya başqa üsulla bərpa etmənin mümkün olmaması deməkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.1.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər zərərçəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İşin bütün hallarının məcmusuna hərtərəfli,tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olduğundan inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında cərimə olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyəti nəzərə alınır. Bundan başqa iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsi, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi, əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallardır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada cərimə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli - 370 (üç yüz yetmiş) manat məbləğində cərimə olunsun. Zərərçəkmiş şəxsə izah olunsun ki, dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-306/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-306/2023
27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver