Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-321/2025 21.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi Abuşova Pakizə Müşfiq qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şirvan Kommunal Kombinatı Müəssisəsinin nümayəndələri X2 və X1 iştirakları ilə, Şirvan Kommunal Kombinatı Müəssisəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ : Şəxsmülkiyyətində olan “MAZ” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2024-cü il tarixində, saat 08:46-da Hacıqabul-Sabirabad yolu 7.6-cı km Sabirabad istiqamətində Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı sorğu daxil olduğu gündən 05 gün ərzində Şirvan şəhər Polis şöbəsinə təqdim etməmişdir. Buna görə də, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında xx.xx.2025-ci il tarixli, İXP seriaylı, ******* nömrəli protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs Şirvan Kommunal Kombinatı Müəssisəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən X3 izahatında bildirmişdir ki, “MAZ” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs hazırda müəssisədə işləmir. Qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şirvan Kommunal Kombinatı Müəssisəsinin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxsin törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Şirvan şəhər Polis Şöbəsi tərəfindən Şirvan Kommunal Kombinatı Müəssisəsinə göndərilmiş sorğudan görünür ki, Şirvan Kommunal Kombinatı Müəssisəsindən, mülkiyyətində olan “MAZ” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini (xx.xx.2024-cü il tarixdə, saat 08:46-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə) inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə məlumatı (yol vərəqəsinin və sürücülük vəsiqəsinin surəti) 5 gün müddətində Şirvan şəhər X6 X7 təqdim etməyəcəyi təqdirdə hüquqi şəxs olaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərədə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. İş materiallarında olan poçt xəbərnaməsindən və onun üzərindəki ştampdan görünür ki, Şirvan şəhər X6 X8 tərəfindən poçt vasitəsilə hüquqi şəxs Şirvan Kommunal Kombinatı Müəssisəsinə göndərilmiş sorğu poçt orqanı tərəfindən xx.xx.2025-ci il tarixdə həmin müəssisəyə təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin dispozisiyasından görünür ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şirvan Kommunal Kombinatı Müəssisəsinin maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şirvan Kommunal Kombinatı Müəssisəsinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: ünvan 1 ünvanında yerləşən ŞəxsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on gün) müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-321/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-321/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver