Məhkəmə qərarları › İş №3(032)-322/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-322/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-322/2025 17.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Sabirabad rayonu Azadakənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli İXP № ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, xx.xx.2025-ci il tarixdə saat 14.00 radələrində «Hyundai İ 30 CW» minik markalı ** OY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Şirvan şəhəri İstiqlaliyyət prospektində piyada Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. İnzibati xəta hadisəsinin olması yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 14.00 radələrində “Hyundai İ 30 CW” minik markalı ** OY *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şirvan şəhəri, Xəqani küçəsində yerləşən restorandan Şirvan şəhərində yerləşən “Elit” marketə tərəf getdiyini bildirmişdir. O, işıqforun qırmızı işığında gözləmiş, bu zaman yaşıl işıq yandığında qarşıdan gələn dövlət qeydiyyat nişanını bilmədiyi “Opel” markalı avtomobil işıqları yandırıb söndürdüyü uçün ona yol verəcəyini düşünmüş və gözləmədən sol tərəfə dönmə əməliyyatı etmişdir. Bu zaman piyada keçidinin üzərində yolu keçən adı sonradan məlum olan Zərərçəkmiş şəxs dəyməsi nəticəsində qəza olmuşdur. Hal-hazırda isə zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu, bütün bunların qərar qəbul edərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs məhkəmə bildirişi göndərilmiş, lakin o məhkəməyə gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və X1” X2 xx.xx.2025-ci il tarixli 75 №-li rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər – sağ bazunun yuxarı 1/3-də, sağrının aşağı bayır hissəsində qançırlar, sağ bud-çanaq oynağında əzələ-bağ aparatının gərilməsi - küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 01 fevral 2025-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi «Hyundai İ 30 CW» minik markalı ** OY *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şirvan şəhəri Xəqani küçəsində olan svetaforda qırmızı işıq yandığı üçün gözləmiş, svetaforun yaşıl işığı yandığı üçün hərəkətə davam edərək sol tərəfə, yəni İstiqlaliyyət prospektinə dönmə əməliyyatı edən zaman avtomobilin ön sağ hissəsi piyada hərəkət edən Zərərçəkmiş şəxs dəymiş, nəticədə Zərərçəkmiş şəxs yüngül xəsarət almışdır. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci və 330.0.2-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Şirvan şəhər Polis Şöbəsinin DYPB-nə təqdim olunması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. İnzibati xəta törətmiş şəxsin əməlindən peşman olması, zərərçəkmiş şəxsin ona qarşı tələbinin olmaması məsuliyyəti yüngülləşdirən hal olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının həddləri daxilində cərimə növündə inzibati tənbeh verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-ci, 115-ci ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar