Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-327/2024 16.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" MMC-də usta işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında ailə üvzlərini söyüb təhqir etmiş, polisin qanuni tələbinə məhəl qoymamış və səs-küy salmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, X6 ilə 2013-cü il tarixdə rəsmi olaraq ailə həyatı qurmuş, birgə nikahlarından iki övladları vardır. Arzu ilə ünvan 3 ünvanında öz zəhməti və pulu ilə tikdiyi evdə yaşamışdır. Arzu ilə 2023-cü ildə rəsmi olaraq boşanmış, bundan sonra dəfələrlə övladlarını görmək istə də, Arzu və onun ailəsi buna mane olur. Övladlarını öyrədilər ki, atan pisdir və pis işlərlə məşğul olur. Psixoloji olaraq övladlarının beyninə təsir edib onları ondan uzaqlaşdırmağa çalışırlar. Dəfələrlə polisə onları hədələməyi və övladlarını onların əlindən almağı ilə bağlı müraciətlər olmuşdur. İstəyi odur ki, qaynatasının torpaq sahəsində tikdiyi ev satılsın, çəkdiyi xərc ona verilsin və gedib başqa yerdə yaşasın. xx.xx.2024-cü il tarixdə 16:30 radələrində övladlarını görmək üçün Şirvan şəhərində yerləşən 2 saylı tam orta məktəbə getmiş, övladları dərsdən çıxdıqda onu məktəbin həyətində görmüş, onlara yaxınlaşanda böyük oğlu Yunus ondan uzaqlaşmaq istəmişdir. Yunusu evə aparmaq istəsə də, Yunis onunla getməmişdir. Uşaqların müəlliməsi ona bildirmişdir ki, uşaqların anası tapşırıb ki, uşağı heç kimə verməyin. O müəlliməyə demişdir ki, uşaqlar onun övladıdır, onları görməyə onun da haqqı vardır. Daha sonra uşaqların gəlmədiyini görüb onların məktəb çantasını götürüb evə gətirmişdir. Axşam radələrində polis əməkdaşları onun evinə məcbur girərək post patrul avtomobilinə mindirmiş, polis şöbəsinə gətirmişlər. O polis əməkdaşkarına qarşı hər hansı tabesizlik göstərməmiş, səs-küy salmamışdır. Sonda məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X5 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2024-ü il tarixdə saat 20:00 radələrində X3 və onun valideynlərinin DİN-nin 102 xidmətinə və Şirvan şəhər polis şöbəsinə yazdıqları çoxsaylı şikayət ərizələrinin icrası ilə bağlı araşdırma aparan zaman o və əməliyyat qrupunun üzvləri təhqiqatçısı Vüqar Qədirov, sürücü polis serjantı Nofəl Abdullayevlə birgə Arzu Quliyevanın keçmiş həyat yoldaşı Şirvan şəhər sakini Şəxs izahatının alınması üçün onun yaşadığı ünvana gedib özünü təqdim edərək onu Şirvan şəhər polis şöbəsinə dəvət edən zaman Şəxs nalayiq sözlər işlədərək, polis şöbəsinə çağırılmasına öz narazılığını bildirdi, səs-küy salıb özünü qeyri-səmimi aparmağa başladı. Onu nizam-intizama dəvət etsə də, onun qanuni tələblərinə bilərəkdən tabe olmadı və polis şöbəsinə gəlməkdən boyun qaçırıb qaçmaq istədi. Belə olan halda ona fiziki güc tətbiq edərək barəsində tədbir görülməsi Şirvan şəhər Polis şöbəsinin növbətçi hissəsinə gətirib təhvil verdilər. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis şöbəsinin TB-nin təhqiqatçısı X1 şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X5 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında şahid qismində X2 izahatında bildirdi ki, Şəxs onun keçmiş kürəkənidir, Ayxan onun həyətində tikilən evində qalır, qızı uşaqları ilə birlikdə onun yanında qalırlar. xx.xx.2024-cü il tarixdə Ayxan Şirvan şəhərində yerləşən 2 saylı tam orta məktəbə gedərək uşaqları məcbur aparmaq istəmiş, bu barədə müəlliməsi onlara məlumat vermişdir. Həmçinin bildirdi ki, qızı Arzu uşaqları məktəbə aparan vaxt Ayxan onun qarşısını kəsərək hədələyir, qızına nalayiq ifadələr işlədir, uşaqların kitablarını alır. Həmçinin aliment kartına pul köçdüyü üçün onların evinə bıçaqla hücum etmişdir. Onları rahat yaşamağa qoymur. Məhkəmə iclasında şahid qismində X6 izahatında bildirdi ki, Şəxslə rəsmi boşanmış, iki övladı ilə birlikdə atasının himayəsində yaşayır, Şəxs onları rahat yaşamağa qoymur, uşaqlarının çantalarını məktəbdən qayıdarkən hücum çəkərək əllərindən almışdır, uşaqların kitablarını vermir, onları dəftərlə məktəbə aparır. Hətta ona və uşaqlarına məxsus şəxsiyyət vəsiqələrini götürərək qaytarmır, dəfələrlə Ayxandan tələb etsə də, verməkdən imtina etmişdir. Bu ay onlara ilk aliment pulu köçmüş, Ayxan onların evinə bıçaqla hücum çəkərək kartı onlardan almışdır. Ona hədə-qorxu gəlir, nalayiq sözlərlə təhqir edir, bu səbəbdən də hər dəfə 102 zəng xidmətinə məlumat verir. Lakin buna baxmayaraq o öz əməllərindən çəkinmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında ailə üzvlərini söyüb təhqir etmiş, polisin qanuni tələbinə məhəl qoymamış və səs-küy salmışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:25-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında ailə üvzlərini söyüb təhqir etmiş, polisin qanuni tələbinə məhəl qoymamış və səs-küy salmışdır. Bununla da, Quliyev X4 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Bundan başqa xəta törədən şəxsin şəxsiyyətini, məhkəmə icraatı zamanı davranışını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.” Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Quliyev X4 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2024-cü il tarixdə saat 20:25-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən saat 20:25-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 15 aprel 2024-cü il tarixdən, saat 20:25-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-327/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-327/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver