Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-33/2024 09.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Əsgərli Əfsanə Əmrah qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərəçəkmiş şəxs X2, İnzibati protokolu tərtib etmiş Tural Kərimovun iştirakları ilə xx.xx.1950-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Məmmədpur X1 Sara Əsgər qızını döyərək ona qəsdən fiziki ağrı yetirmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Sara onun yaşadığı evin yaxınlığında qutabxana işlədir. Təxminən 2-3 ay bundan qabaq oğlu Aydın Saranın qutabxanasına getmiş və orada 15 manat borclu qalmışdır. xx.xx.2023-cü il tarixdə Sara onun yaşadığı evə gələrək oğlu Aydının borclu qaldığı 15 manatı verməsini istəmişdir. Həmin borcu Aydının etdiyini, onunla bir əlaqəsi olmadığını bildirmişdir. Bundan sonra Sara yaşadığı evin qapısına təpik vurmuşdur. Bundan əsəbiləşmiş və Saranın üstünə getmişdir. Bu zaman aralarında mübahisə yaranmış, mübahisə zamanı Saranın üz nahiyyəsindən şillə zərbəsi vurmuşdur. Hazırda zərərçəkmiş X4 ilə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş qismində ifadə vermiş X4 ərizə təqdim edərək Şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, işin icraatına xitam verilməsini xahiş etdi və buna dair ərizə təqdim etdi. Şirvan şəhər Polis Şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi, polis kapitanı Tural Kərimov məhkəmə iclasında xx.xx.2024-cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs oğlu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 03 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2023-cü il tarixdə X3 döyərək ona qəsdən fiziki ağrı yetirməsi və bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə, ünvan 2 ünvanında yaşayan X4 DİN-nin 102 xidmətinə zəng edərək, döyülməsi barədə məlumat vermişdir. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekpertiza və X5 X7 623 N-li, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən X2 bədən səthində aşkar olunan xəsarətlərsol gözaltı nahiyyədə və sol qulaqaltı çeynəmə nahiyyəsində sıyrıqlar-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 04 dekabr 2023-cü il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə,xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs zərərçəkmiş X4 ilə barışdığından işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, Q Ə R A R V E R D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın sürəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-33/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-33/2024
09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver