Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-335/2024 03.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi , Barəsində qərar qəbul edilən şəxs X11, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X6 nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X6 “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X16 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X6 “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli qərarından xx.xx.2024-cü il tarixdə Şirvan şəhər Məhkəməsinə şikayət ünvanlayaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X6 “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN№ ******* nömrəli qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətə görə o, ünvan 4ndə yerləşən ət satışı mağazasında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu işlə təxmini 20 ildir məşğul olur, ünvan 4ndə yerləşən ət satışı və mağazasında 15 ildən çoxdur ki, ət satışını həyata keçirir və bu günkü tarixədək satdığı ət məsullarından heç kim şikayət etməmişdir. Bu halı Qida X5- X17 əməkdaşları da yaxşı bilir. xx.xx.2024-cü il tarixində Qida X5-X17 əməkdaşları tərəfindən Şirvan şəhəri, T.Ələkbərov küçəsində yerləşən ət satışı mağazasında yoxlama aparılmışdır. xx.xx.2024-cü il tarixində və xx.xx.2024-cü il tarixində poçt vastəsi ilə ona çatdırılmış sənədlərdən görünür ki, Azərbaycan Respublikası Qida X5-X23 tərəfindən onun barəsində İXM-nin 447.0.3-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar tərtib edilərək ona 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə tətbiq edilmişdir. Belə ki, səlahiyyətli orqan qərarı onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində Şirvan şəhəri, T.Ələkbərov küçəsində fəaliyyət göstərən ət satışı mağazasında standartların və texniki normativ aktların tələblərinə cavab verməyən məhsulların satışı və sanitar-gigiyenin norma qaydalarının pozulması halları (xx.xx.2024-cü il tarixli MN1929664 nömrəli İnzibati xəta haqqında protokol) göstərilmişdir. Hesab edir ki, İXM-in 447.0.3-cü maddəsi ilə barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* hömrəli qərar qanunsuz və əsassızdır, ona görə də ləğv edilməlidir. Azərbaycan Respublikası Qida X5-X17 rəisi Vüqar Əliyevin tərtib etdiyi qərar ətraflı araşdırma aparılmadan və müfəssəl təsvir göstərilmədən, protokolun tərtib edilməsi qaydaları pozulmaqla və tərəfin iştirakı təmin edilməməklə çıxarılmış, sübutlar qeyd edilməyərək mülahizələr əsasında, sadəcə qərəzli yanaşma və hüquqi uyğunsuzluqlar nəticəsində tərtib edilmişdir. Nəticədə isə, onun barəsində qanunazidd olaraq 1500 manat miqdarında inzibati cərimə tətbiq edilmişdir. Yuxarıda qeyd etdiyi kimi 20 ildir ki, ət məsullarının satışı ilə məşğul olur, Şirvan şəhəri, T.Ələkbərov küçəsində yerləşən Ət Satışı mağazasında 15 ildən çoxdur ki, ət məsullarının satışını həyata keçirir. Bu günkü tarixədək hər hansı bir şəxs tərəfindən keyfiyyətsiz ət şatışı barədə müvafiq orqanlara şikayət daxil olmamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradılıb. “Azərbaycan Respublikasının X9 fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2017-ci il 13 noyabr tarixli X13 təsdiq edilib. Agentlik Aparat, 13 regional bölmə və tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan ibarətdir. Aparatda 150, regional bölmələrdə isə 900 ştat vahidi çalışır. Belə bir sual yaranır ki, əgər o, qanun tələblərinə uyğun olmayan ət satışı ilə məşğul olurdusa 2017-ci il tarixindən xx.xx.2024-cü il tarixindək Azərbaycan X9 əməkdaşlarından (900 ştatdan) kimsə gəlib yerinə baxış keçirməmişdir. Əgər əhalinin səhhətini fikirləşirdilərsə indi niyə yoxlama aparmaq qərarına gəlmişlər. Bu yoxlamanı 2018,2019,2020,2021,2022,2023-cü il tarixlərində də apara bilərdilər. Hörmətli məhkəmə göründüyü kimi səlahiyyətli orqan tərəfindən inzibati xətanın aşkar olunması üçün kifayət qədər vaxtı olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X16 şikayəti müdafiə etdi, izahat verərək bildirdi ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X6 “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli qərarı əsassızdır, odur ki, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X6 nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə İsmayıl Tərlanov tərəfindən X11 tərəfindən qanunsuz ət kəsimi və satışı ilə məşğul olması barədə şikayət daxil olmuş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək müyyən edilmiş vaxta uyğun olaraq xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri, T.Ələkbərov küçəsində yerləşən həmin ünvanda yoxlama keçirmişlər. Yoxlama zamanı müəyyən olunmuşdur ki, ət satışı mağazasının döşəmə və divar səthləri hamar və təmirli deyildir, asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin edən materialla üzlənməmişdir. Eyni zamanda, döşəmə səthləri drenalın aparılmasına imkan vermir. Ət satış mağazasında çalışan işçi müvafiq uniforma ilə təmin olunmamışdır. Müəssisədə mütəmadi dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılmır. Müəssisə tullantıların kənarlaşdırılması üçün ağzı kip bağlanan pedal zibil qutusu təmin olunmamışdır. Müəssisədə istifadə olunan alət və avadanlıqlar dezinfeksiyaya davamlı materialdan hazırlanmamışdır. Ət satışı mağazasının çalışan şəxs X16 işə qəbul olarkən və işlədiyi müddət ərzində ilkin və dövri tibbi müayinədən keçməmişdir. Bununla da, “X15 Azərbaycan Respublikası Qanunu”nun 9.1-ci maddəsinin tələbləri pozulmuşdur. Mağazada satışa təqdim olunmuş ətlərin baytarlıq arayışı və ya şəhadətnaməsi və yararlılığını təsdiq edən ekspertiza aktı yoxlamaya təqdim edilməmişdir. Bununla da “X15 “ Azərbaycan Respublikası qanununun 17-ci maddəsinin və Azərbaycan Respublikası Qida X1 03 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”ın tələbləri pozulmuşdur. Ət satışı mağazasının döşəmə və divar səthləri hamar və təmirli deyildir, asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin edən materialla üzlənməmişdir. Eyni zamanda, döşəmə səthləri drenalın aparılmasına imkan vermir. Belə ki, heyvan kəsimi birbaşa ət satışı mağazasında aparıldığı üçün qan və digər tullantı suları üzəri açıq olan kanalizasiyaya axıdılır. Ət satışı mağazasında ətin asılmasında istifadə edilən qarmaqlar paslanan materialdan olub, dezinfeksiya işlərinin aparılmasına davamlı deyildir. Bununla da, Azərbaycan Respublikası Qida X1 03 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”ın 2 nömrəli əlavəsinin 2.0.1-ci yarımbəndinin tələbi pozulmuşdur. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli ŞSRB-056/24 nömrəli “yoxlamanın aparılması haqqında qərar”ın surətindən görünür ki, Azərbaycan Respublikası Qida X10-X23 tərəfindən X14 (VÖEN **********) məxsus ət satışı mağazasında (Şirvan şəhəri, T.Ələkbərov küçəsi 11 saylı məktəbin yaxınlığı) xx.xx.2024-cü il tarixdən başlanan xx.xx.2024-cü il tarixdə başa çatan plandandankənar yoxlama aparılması nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli KY242096020 nömrəli “sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestr”indən çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Qida X10-X23 tərəfindən X14 (VÖEN **********) məxsus ət satışı mağazasında (Şirvan şəhəri, T.Ələkbərov küçəsi 11 saylı məktəbin yaxınlığı) xx.xx.2024cü il tarixdən başlanan xx.xx.2024-cü il tarixdə başa çatan plandandankənar yoxlama aparılması nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli MN1929664 nömrəli protokolun surətindən görünür ki, vəzifəli şəxs X16 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X6 xx.xx.2024-cü il tarixli ŞSRB-056/24 saylı qərardadın surətindən görünür ki, ünvan 4 ünvanında fəaliyyət göstərən ət satışı mağazasının sahibi X16 tərəfindən Azərbaycan Respublikası İXM-nin 220.2-ci və 447.0.3-cü maddələri ilə inzibati xətanın törədilməsinə dair işə baxılması Salyan Arbatan kəndində yerləşən Azərbaycan Respublikası Qida X5-X18 08 aprel 2024-cü il tarixə saat 14.00-a təyin edilmişdir. 08 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3cü maddəsi ilə təqsirli bilinərək 1500 (min beş min) manat cərimə edilmişdir. Azərbaycan Respublikası Qida X4 Aran Regional X2 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası Qida X10-Salyan Regional X3 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokola əsasən inzibati xəta haqqında işə baxılması üçün şəxsiyyətini təsdiq edən sənədlə birlikdə xx.xx.2024cü il tarixdə saat 14:00-da Azərbaycan Respublikası Qida X4 X24 İdarəsinə gəlməsi bildirilmişdir. Azərbaycan Respublikası Qida X4 X21 nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş poçt göndərişinin izlənməsi barədə məlumatdan görünür ki, X14 ünvanlanmış məktub xx.xx.2024-cü il tarixdə poçta təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə X16 tərəfindən qəbul edilmişdir. İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.4-cü maddəsinə əsasən sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən bildiriş bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Göründüyü kimi inzibati xətalar qanunu səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına inzibati xətalar haqqında işlər üzrə sənədlərin (qərarlar, qərardadlar, protokollar, bildirişlər) sifarişli poçt göndərişi ilə çatdırılmasını, sifarişli poçt göndərişi çatdırılarkən ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişinin kötüyünə imza etdirilməklə verilməsini, bildirişin işə baxılması tarixinə ən azı 5 gün qalmış verilməsini müəyyən etmişdir. Bu qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilməsi müəyyən edilmişdir. Buna baxmayaraq hazırki iş üzrə tədqiq edilmiş sübutlardan inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə bildirişin İnzibati Xətalar Məcəlləsinin 57.1-57.4-cü maddəsinin tələblərinə uyğun olaraq işə baxılması 08 aprel 2024-cü il saat 14.00-a təyin edildiyi halda, Azərbaycan Respublikası Qida X4 X21 nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş poçt göndərişinin izlənməsi barədə məlumata görə X14 ünvanlanmış bildirişin xx.xx.2024-cü il tarixdə ona çatdırılması müəyyən edilmişdir. Bildirişin həmin tarixdən əvvəl X14 çatdırılmasını təsdiq edən sübutun məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikası X9 nümayəndələrinə təklif olunsa da, belə bir sübutun təqdim edilməsi təmin edilməmiş, yanlız qeyd edilmiş poçt göndərişinin izlənməsi barədə məlumat məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada X14 xəbər verilmədiyi, belə olan halda isə İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılması qeyri-mümkün olduğu halda Azərbaycan Respublikası Qida X4 X24 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarını pozaraq onun iştirakı olmadan işə baxaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin , səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə məhkəm hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən barəsində inzibati xəta haqqında iş üzrə aparılan şəxsə işə baxılmasının yeri və müddəti barədə məlumatın vaxtında verilməməsi və bununla da iştirakının təmin edilməməsi, onun İXM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulması kimi qiymətləndirilməli, buna görə də şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X6 rəisi X19 “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X8 göndərilməli, qalan hissədə şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şikayət qismən təmin edilsin. X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X6 “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli qərarı ləğv edilsin. X16 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X8 göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-335/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-335/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver