Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-34/2023 31.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, ünvan 1 ünvanında yerləşən Kayman Adalarının "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Kayman Adalarının "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına göndərilən “ metal borular ” yüklərin daşındığı 53476750 nömrəli vaqonla xx.xx.2022-ci il tarixdə saat 17:09-da Şimal Ərazi Baş Gömrük İdarəsinin “ Yalama " gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə daxil olmuş, lakin Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir . İnzibati xəta haqqında işə baxılmasının yeri və müddəti ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Kayman Adalarının "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Filialına məhkəmə bildirişi göndərilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş, ona görə də Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Kayman Adalarının "xxxx" Şirkətinin Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, Kayman Adalarının "xxxx" şirkətinin (VÖEN: **********) hüquqi ünvanına göndərilən mallar xx.xx.2022-ci il tarixdə saat 17:09-da Şimal Ərazi Baş Gömrük İdarəsinin “ Yalama " gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XXXVİİ fəslinə aid edilmiş İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta gömrük qaydaları əleyhinə olan xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla,mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir.Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətə səbəb olur,lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur.Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla,elektron sənəd formasında təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları” haqqında qərarında qeyd edilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. O cümlədən yuxarıda qeyd olunan qərarda göstərilmişdir ki, məlumatların elektron üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, Kayman Adalarının "xxxx" Şirkətinin ünvanına 53476750 nömrəli vaqonla daxil olan mallar xx.xx.2022-ci il tarixdə saat 17:09-da Şimal Ərazi Baş Gömrük İdarəsinin “ Yalama " gömrük postundan keçirməklə təyinat gömrük orqanı Cənub Ərazi Baş Gömrük İdarəsinə gətirilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2022-ci il tarixli vahid avtomatlaşdırılmış İdarəetmə Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokolundan görünür ki, Kayman Adalarının "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına 53476750 nömrəli vaqonla göndərilmiş “qara metallardan şovsuz borular” yükü xx.xx.2022-ci il tarixdə saat 17:09-da Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama" gömrük postundan Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir . İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Kayman Adalarının "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edilərkən xətanın gömrük qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xətanın hüquqi şəxs tərəfindən törədilməsi, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Kayman Adalarının "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat cərimə edilsin. Kayman Adalarının "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində tətbiq edilən cərimə X1 Kod : 210005, VÖEN **********, Müxbir hesab : A41NABZ******************** SWİFTBİK : CTREAZ22, Alan: Cənub Ərazi Baş Gömrük İdarəsi – Hesab : AZ73CTRE********************, VÖEN:**********, D3 qrafası Büdcə təsnifatının kodu- 142533, D4 qrafası-Büdcə səviyyəsinin kodu-7 hesabına ödənilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Etibar Hümbətov
Məhkəmə qərarları › İş №3(032)-34/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-34/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver