Məhkəmə qərarları › İş №3(032)-34/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-34/2024

19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-34/2024 19.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi , Qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər X8- Patrul Xidmətinin mayoru X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin rəisi X2 “inzibati tənbeh vermə haqqında” 27 dekabr 2023-cü il tarixli TP ******* nömrəli qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şikayət vermiş şəxs X4 Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin rəisi X2 “inzibati tənbeh vermə haqqında” 27 dekabr 2023-cü il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə o, mülkiyyətində olan “VAZ 21723” minik markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində ailəsi ilə birlikdə Şirvan şəhəri T.Ələkbərov küçəsi ilə xx.xx.2023-cü il tarixdə 10:00 radələrində hərəkətdə olarkən Şirvan şəhər Polis Şöbəsinin YPX-nin əməkdaşları tərəfindən saxlanmaqla barəsində şikayət olması bəhanəsi ilə Şirvan şəhər Polis Şöbəsinə aparılmışdır. Polis Şöbəsində narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməklə nəqliyyat vasitəsini idarə etməklə şübhəli olduğunu bildirmişlər. O, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmədiyini bildirmişdir. Saxlandığı müddət ərzində heç bir test edilmədən və ya həkimə aparılmadan qanunsuz axşam saat 20:00-dək saxlanmaqla, nəqliyyat vasitəsi duracağa yerləşdirilməklə ailə üzvləri ilə birlikdə sərbəst buraxılmışdır. Daha sonra o, xx.xx.2023-cü il tarixdə polis şöbəsinin əməkdaşı ilə birlikdə Bakı şəhəri Maştağa qəsəbəsində narkoloji test keçirilməsi üçün aparılmış, test verdikdən sonra nəticələri götürməklə Şirvan şəhərinə qayıtmışdır. Hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin rəisi X5 tərəfindən qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməkdə şübhəli bilinməklə onun saxlanmasına dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət vermiş şəxs X3 məhkəmə bildirişi göndərilmiş, şikayət vermiş şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin rəisi X5 bildirdi ki, X4 təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, hərəkətləri ilə şübhə yaratdığından polis şöbəsinə dəvət olunmuşdur. Şirvan şəhərində narkoloji mərkəzi olmadığından, rəy üçün material Bakıya göndərilməli olduğundan və həmin gün mümkün olmadığından növbəti gün polis şöbəsinə gəlməsi üçün ondan iltizam alınmış, lakin o, təxminən 1 ay sonra polis şöbəsinə yaxınlaşmışdır. Müayinədən sonra onun narkotik vasitə qəbul etdiyi müəyyən edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş protokol məhkəməyə göndərilmiş, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Həmin şəxsin sürücülük hüququ məhdudlaşdırılmasın deyə ona kömək etmək üçün özü onun barəsində cərimə edilməsi barədə qərar qəbul etmişdir. Şəxsin isə polis şöbəsinə gəlməsini gecikdirməsində məqsədi müəyyən müddət vaxt keçməkə onun narkotik vasitə qəbul etməsinin bilinməsindən yayınmaq olmuşdur. S.E.Əliyev şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, habelə şikayəti nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333-1.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsinin polis mayoru X2 inzibati xəta haqqında 27 dekabr 2023-cü il tarixli TP ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarın surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixində saat 11.00-da Şirvan şəhər T.Ələkbərov küçəsində «Vaz21723» minik markalı ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333-1.1-ci maddələri ilə təqsirli bilinərək 600 (altı yüz) manat cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X1 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan qərarın surəti inzibati məsuliyyət məsələsi görülməsi üçün Şirvan şəhər X6 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. Şirvan şəhər Məhkəməsinin 3(032)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, məhkəmə iclasında X4 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat təxmini 10:00 radələrində atası xəstə olduğu üçün bacısı və həyat yoldaşı ilə Şirvan şəhər Mərkəzi xəstəxanasına gedən vaxt YPX-nin əməkdaşları onun nəqliyyat vasitəsini saxlamış, ona nəqliyyat vasitəsini psixotrop maddənin təsiri altında avtomobili idarə etməsi halı şübhə yaratdığından polis şöbəsinə dəvət etmişlər. Ambulator məcburinarkoloji tibbi yoxlamadan keçirilməsi üçün test vermək məqsədi ilə müalicə müəssisəsinə aparmışlar. Həmin müəssisədə müayinədən keçdikdən sonra narkotik vasitə qəbul etdiyi müəyyən edilmişdir. Etiraf edir ki, toyda olan vaxt təxminən 1 ay bundan qabaq marixuanadan istifadə etmiş, lakin hazırda heç bir narkotik vasitədən istifadə etmir və onun narkotik vasitələrdən və ya psixotrop maddələrdən heç bir asılılığı yoxdur. Əməlindən səmimi peşman olduğunu, maddi durumunun inzibati cəriməni ödəmək üçün yetərli olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh növünün seçilməsini məhkəmədən xahiş etmişdir. Həmin qərarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi qaydası İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsində göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1.4-cü maddəsinə əsasən dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda,onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 209 nömrəli, 27 iyun 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.2-ci bəndinə görə nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. «Qaydalar»ın 2.3-cü bəndinə görə alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır . «Qaydalar»ın 2.4-cü bəndinə görə xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir . «Qaydaları»ın 2.7-ci bəndinə görə nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. «Qaydaları»ın 3.1-ci bəndinə görə alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. «Qaydaları»ın 3.2-ci bəndinə görə nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. «Qaydaları»ın 3.4-cü bəndinə görə müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarındanyuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək və Şirvan şəhər Məhkəməsinin 3(032)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsinin polis mayoru X5 haqlı olaraq X4 barəsində “inzibati tənbeh vermə haqqında” 27 dekabr 2023-cü il tarixli TP ******* nömrəli qərarı qəbul etmiş, ona görə də şikayət əsassız olduğundan təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333-1.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsinin polis mayoru X2 inzibati xəta haqqında 27 dekabr 2023-cü il tarixli TP ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar